Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman maye və ya həblər formasında istifadə edilir. Vücudun ehtiyacı baxımından adətən həftə ərzində 2 və ya 3 gün balıq istifadəsi tövsiyə edilir. Ancaq bu vəziyyəti etməyən şəxslərə kapsul formasında qəbul məsləhət bilinir. Həkim təyinatı üzrə qəbul olunmalıdır. Allergik təsir yaradarsa istifadəsi dayandırılmalıdır.

Faydaları nələrdir?

Doktorinfo.az məlumat verir ki, qan-damar xəstəliklərinə qarşı qoruyur: Qan səviyyəsini tənzimləyir və damar quruluşunu qoruyur. İnfarkt riskini azaldır. Ritm pozğunluğu, yüksək təzyiq inkişafının qarşısını alır.

İmmunitet sistemini gücləndirir: Mütəmadi istifadə edilərsə immunitet sistemi guclenerek üst tənəffüs yolu xəstəlikləri arasında yer alan qrip və soyuqdəymə kimi xəstəliklərə qarşısı qoruyucu xüsusiyyəti yaranar.

Sümük sağlamlığını təmin edir: Kalsium və D vitamin eksikliyi mövcud olan şəxslərdə kollagen istehsalı azaldığı üçün irəliki zamanlarda sümük əriməsi ya da itkilər yaşana bilər. Mütəmadi istifadəsi sümükləri gücləndirir.

Qaraciyər yağlanmasının qarşısını alır: Bəzi şəxslərin qidalanma vərdişləri yağlanma ilə nəticələnir. Bu növ qidalanma və yaşayış tərzi şəxsdə piylənməyə yol açır. Qaraciyər yağlanması da ehtimalı yüksək olan problemlərdəndir. Həmçinin həddindən çox spirtli içki qəbulu olduğu zaman da qaraciyər yağlanması baş verir. Omega 3 yağ asitlərindən istifadə zamanı isə bu problemlərin qarşısı alınır.
Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?Psixoloji problemlerden qoruyur: Depressiya, şizofreniya kimi psixiatrik xəstəliklərə qarşı omega 3 yağ asitlərinin mütəmadi istifadəsi müsbət nəticə verir. Həmçinin uşaqlarda diqqət əksikliyi və hiperaktivlik pozğunluqlarının qarşısını almağa kömək edir.

Göz sağlamlığı üçün faydalıdır: İrəliləyən yaşlarda görmə zeifliyi arta bilər. Bunun üçün omeqanın qəbulu bu problemin baş vermə müddətini uzada bilər.

Arıqlamağa kömək edir: Omeqa 3 yağ asitlərinin istifadəsi piylənmənin qarşısını alır. Həmçinin arıqlamağa kömək edir.

İltihabın qarşısını alır: Bir sıra xronik iltihablanmalardan qaynaqlanan problemlərdə istifadəsi faydalı olur. Bununla bağlı olaraq yaranan bəzi bağırsaq xəstəlikllərinə və həzm sistemi ilə problemlərə qarşı təsiri olduğu görülüb.

Balıq yağının zərərləri nələrdir?
Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?Hər qidada, qida əlavələrində olduğu kimi omeqanın da həddindən çox qəbulu doğru deyildir.

Bəzi şəxslərin ağzında pis dad buraxa bilər

Mədə yanması, bulantılar, həzm sisteminə mənfi təsir göstərə bilər

Mede bulantısı yarada bilər

İshal

Bağırsaqlarda qaz yaranması.

Qəbul ediləcək miqdarı hekim tərəfindən təyin olunması məqsədəuyğundur.

Bəs hansı balıq yağlarından istifadə etmək olar?
Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?Apardığımız sorğunun nəticələrinə əsasən daha çox istifadə edilən böyük və uşaqlar üçün olan balıq yağı növlərini təqdim edirik:

Möllers Omega - 3

Orzax Ocean balıq yağı – 3 qarışıq meyvə aromalı balık yağıdır. Zəngin omega 3 yağ asidi, mineral, vitamin tərkibi ilə beyin, göz, ürək inkişafını dəstəkləyir. Ağır metallardan uzaq balıqlardan əldə edilə bilən məhsulun tərkibində rəngləndirici, dadlandırıcı və süni aroma mövcud deyil.

Nutrigen balıq yağı – İnkişaf çağındakı uşaqlar üçün istehsal edilir. Tərkibində zəngin mineral və vitamin qatqısı sayəsində uşaqları enerjili tutmasına kömək edir. Sümüklərə yaxşı təsir göstərir. D, K vitaminleri və sink sayəsində beyin inkişafına dəstək olur.

New Life Efa Daily Omega 3 – Vücudun ehtiyac duyduğu vitamin, mineral, yağ asidi kimi birləşmələri kifayət qədər miqdarda almaqdan keçir. Hər kəsin istifadəsi üçün uyğundur. Xüsusilə ürək problemləri və yüksək xolesterin üçün dəstəkləyici xüsusiyyəti mövcuddur.

EasyFishoil Omega 3 – Ən yaxşı balıq kapsülləri deyilən zaman ağıla çeynənilə bilən gel formalı balıq yağı gəlir. Limon və portağal aroması ilə istifade edilir. Uşaqların istifadəsi üçün uyğundur.

Venatura Omega-3 Balık Yağı – Yüksək miqdarda omega 3 yağ asitleri ilə zəngindir. 11 yaş və üzəri insanların istifadəsi üçün uyğundur. Yumşaq kapsüldən ibarətdir. Görmə, beyin, ürək funksiyalarının normal deyerinin qorunmasına dəstək olur.

Sorvagen Omega 3 Plus – Günə enerjili başlamasına kömək edir. Ürəyin normal funksiyalarını təmin edir. İçərisində 60 kapsül mövcuddur.

Şahanə Quliyeva

Sağlamlıq Xəbərləri     Baxılıb: 874   Tarix: 02 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sedasiya təhlükəlidir?

Sedasiya xəstənin qorxu, narahatlıq kimi hisslərini azaltmaq üçün istifadə edilən texnikadır. Sedasiya ne ucun edilir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, ən təməl məqsəd isə hərəkətsizliyi

Bağırsaq infeksiyası nədir?

Bağırsaq infeksiyası, xalq arasında ishal olaraq bilinən və gündəlik yaşayış tərzinə mənfi təsir göstərən infeksiya xəstəliyidir. Kiçik uşaqlarda daha çox müşahidə edilir. İshal, qusma, qarın ağrısı kimi problemlərə səbə

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

Günəş ləkələrindən necə qurtulmaq olar?

Günəş şüalarının insan sağlamlığı üçün hər nə qədər faydası olsa da müxtəlif zərərləri də vardır. Xüsusillə yaz aylarında tez-tez günəşə məruz qalmaq dəridə günəş yanıqlarına yol aça bilər. xəbər verir ki, günəş şüaları başd

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

İsti havalar hansı xəstəlikləri artırır?

Yazın gəlişi insan orqanizmində bir sıra dəyişikliklərə yol aça bilər. Yaranan hava dəyişkənliyi, təzyiq oynamaları, xəstəliklərə, ağrılara yol aça bilir. xəbər verir ki, bunlarla yanaşı qan-damar, ürək sisteminin fəaliyyətind

Böyümə hormonu nədir?

Growth hormonu və somatotropin kimi adlarla bilinən böyümə hormonu, beyindəki hipofiz vəzindən istehsal olunan, uşaqlarda və yeniyetmələrdə böyüməyə təşviq edən təbii hormondur. xəbər verir ki, vücudun əzələ və sümük quruluşunu

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə


mede agrisi sekis bogaz agrisi dis agrisi