Bağırsaq infeksiyası nədir?

Bağırsaq infeksiyası nədir?Bağırsaq infeksiyası, xalq arasında ishal olaraq bilinən və gündəlik yaşayış tərzinə mənfi təsir göstərən infeksiya xəstəliyidir. Kiçik uşaqlarda daha çox müşahidə edilir. İshal, qusma, qarın ağrısı kimi problemlərə səbəb olan bu xəstəlik uzunmüddət davam edərsə vücudda su itkisinə yol aça bilər. Bu səbəbdən bağırsaq infeksiyasından əziyyət çəkənlər gecikdirmədən tədbir görməlidirlər.
Bu xəstəliyə virus, bakteriyalar səbəb olur. Qida zəhərlənmələri də bağırsaq infeksiyasına yol aça bilər.

Növləri hansılardır?

Birdən çox səbəbə görə meydana çıxa bilər. Qastroenterit, bağırsaqda infeksiyaya səbəb ola biləcəyi üçün 3 fərqli qrupa ayrılır:

Bakterial Gastroenterit – Adətən E. Coli, Salmonella, Compylobakteri kimi bakteriya növləri bağırsaq infeksiyasının formalarındandır. Qida zəhərlənməsi səbəbindən yaranan ishal əlamətləri də bakterial qastroenterit hesab edilir.

Viral Gastroenterit – Rotavirus, Adenovirus, Norovirus kimi virusların səbəb olduğu bağırsaq infeksiyasıdır. Uşaqlarda görülən ishal əlamətlərinin böyük bir hissəsi viral qaynaqlıdır.

Parazit Gastroenterit – Bağırsaq qurdları kimi parazitlərin bağırsağa yerləşməsindən qaynaqlı olaraq ortaya çıxan bağırsaq infeksiyalarıdır.

Bəs bağırsaq infeksiyasının əlamətləri nələrdir?

Anidən başlayan sulu ishal

Mədə bulantısı, qusma

Qarın sancıları, ağrıları

Qızdırma

Baş ağrısı

Halsızlıq, yorğunluq

Quru dəri

Susuzluq

Ayaqlarda əsmə, ağrı

Təzyiqin düşməsi

Əgər bu əlamətlər 1 həftədən artıq davam edərsə dərhal həkimə müraciət edilməlidir.
Bağırsaq infeksiyası nədir?Diaqnoz necə qoyulur?

Analiz verilərək xəstəliyin növü araşdırılır. Ehtiyac olarsa qan analizi, USM təyin edilə bilər. Bağırsaq infeksiyasına yol açan faktor araşdırılır.

Necə müalicə edilir?

Bol istirahət, maye qəbulu, uyğun qidalanma ilə adətən tez sağalır. 1 həftə ərzində yaxşılaşma müşahidə edilməlidir. Bunun üçün 2 litr maye qəbul edilməli, lif tərkibi aşağı olan qidalar istifadə edilməlidir.

Bağırsaq soyuqlamasının birdəfəlik müalicəsi bu halın nədən qaynaqlandığına əsasən təyin edilir. Əgər bakteriyalar bağırsaq infeksiyasına səbəb olubsa antibiotik müalicəsi təyin edilə bilər. Əgər səbəbi virus qaynaqlıdırsa həkim hansısa dərmanı yazmaya bilər. Bol istirahət və maye qəbulu lazımdır.
Bağırsaq infeksiyası nədir?Bəs təbii yollarla necə müalicə edilə bilər?

Probiotik bakteriya tərkibli qatıq, ayran kimi qidalar infeksiyanın sağalmasında kömək edir.

Bağırsaq infeksiyaları zamanı nanə limon çayı faydalı olacaqdır. 1 stəkan qaynar suya 1 şirniyyat qaşığı nanə əlavə edib dəmləməyə qoyun. Sonra üzərinə limon əlavə edin. 5 dəq dəmləndikdən sonra içə bilərsiniz.

Bal da bağırsaq soyuqlaması zamanı effektlidir. Müalicə üçün 1 stəkan ilıq suya 1 şirniyyat qaşığı limon suyu və 1 şirniyyat qaşığı bal əlavə edib qarışdırıb içmək lazımdır.

Toyuq supunun da belə soyuqlama zamanı təsiri müsbətdir.

Sağlamlıq Xəbərləri     Baxılıb: 356   Tarix: 25 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

40 yaşından sonra yaranan ağrı nədir?

Əksər insanlarda 40 yaşından sonra sümük oynaq ağrıları daha çox müşahidə edilir. Bəzən bu növ ağrıları revmatizm ağrıları ilə qarışdırırlar. Ancaq mütəxəssislər belə ağrıların osteoartrit ağrıları olduğunu dilə gətirirlər

Aterosklerozun risk faktorları

Ateroskleroz nədir?. Ateroskleroz son zamanlar geniş yayılan problemlər arasında yer alır. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri damar sərtliyidir. xəbər verir ki, damar sərtliyi Aterosklerozdur. Aterosklero

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu

A vitamini nə üçün mühümdür?

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Hemangioma nədir?

Hemangioma, uşaqlarda görünən xoşxassəli damar şişidir. Damar endotelindən inkişaf edir. Doğuşdan sonra, bir ilə üç həftə ərzində dəri üzərində və ya altında meydana çıxır. Qız uşaqlarında daha çox müşahidə edilir. Yaranm

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Dəri ləkələri

Ləkə müalicəsi, üz və ya vücudun hansısa nahiyəsində yaranan ləkələrin aparılması üçün edilən tibbi vəziyyətdir. Bəs dəri ləkələrinin səbəbləri nələrdir?. Dəri ləkələri barədə ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əld


tecili tibbi yardim hamilelik testi babasil mualicesi bogaz agrisi