Kateqoriya
Axtar

Terapevt


Terapevt kimdir?

İnsanlar bir çox problemlə bağlı terapevtə, el dili ilə desək can həkiminə müraciət edirlər.
Ən yaxşı terapevt, daxili orqanların qeyri-cərrahi patologiyaları ilə məşğul olan həkimdir. Həkim terapevtin səlahiyyətində mədə-bağırsaq traktı, ağciyərlər, qaraciyər, böyrəklər, ürək-damar, metabolik pozğunluqlar və s. kimi problemləri müayinə və müalicə də mövcuddur.

Terapevt hansı xəstəlikləri müalicə edir?

Ürək-damar xəstəlikləri
Mədə-bağırsaq xəstəlikləri
Bakteriyaların yol açdığı xestelikler
Hepatit A, B, C
Revmatoloji xəstəliklər
Qan xəstəlikləri
Kəskin respirator xəstəliklər və s.

Terapiya nədir?

Terapiya, daxili xəstəlikləri öyrənərək, qeyri-cərrahi vasitələrlə xəstəlikləri müalicə edir.
Terapiya qeyri-cərrahi xidmət sahəsidir. Bura daxildir:
Ürək-damar xəstəlikləri
Mədə-bağırsaq xəstəlikləri
İfrazat sistemi xəstəlikləri
Endokrinoloji xəstəliklər
Revmatik xəstəliklər və s.

Həkim Terapevtin müayinəsi necə aparılır?

Terapevt hekim tərəfindən fiziki müayinə aparılır, şikayətlər dinlənilir, anamnez toplanılır. Ehtiyac olarsa laboratoriya analizləri, qastroskopiya və s. tələb edilə bilər.
Terapevt, terapevtik xidmətlər göstərmək üzrə ixtisaslaşan həkimdir.

Terapevt qəbulu necə keçirilir?

İlkin görüşdə ancaq konsultasiya keçirilir. Analizlər tələb edilir.
Can hekiminin qəbuluna ümumi profilaktik müayinə üçün də gedilə bilər.