Kateqoriya
Axtar

Dietoloq


Diyetoloq kimdir?

Dietoloq düzgün qidalanma sahəsində ixtisaslaşmış mütəxəssisdir. Həkim diyetoloqlar həm böyüklərə həm də azyaşlılara qidalanma menyüsü tərtib edə bilirlər.
Düzgün qidalanma sağlamlıq üçün vacib şərtdir. Hekim dietoloqlar piylənməni müalicə edir və düzgün pəhriz tətbiq edirlər. Bir dietoloq hekimle məsləhətləşmək, idman və fitneslə fəal məşğul olan, həmçinin əməliyyat və ya ciddi xəstəlikdən sonra sağalmaqda olanlar üçün faydalıdır.

Diyetologiya nədir?

Sağlam insan orqanizmasını, düzgün qidalanmağı öyrənən elmdir. Düzgün qidalanma insan sağlamlığının əsas hissəsidir. Dietologiya bölməsi artıq çəki ilə bağlı yaranan xəstəliklərin diaqnostikasını, müalicəsini öyrənir.

Hansı hallarda dietoloq həkimlərin qəbulu gərəklidir?

Piylənmədən əziyyət çəkilən zaman
Yaşlılıq. İrəli yaşda bir sıra sağlamlıq problemləri meydana çıxa bilir. Ürək-damar xəstəlikləri, diabet zamanı pasiyentlərə xüsusi qidalanma gərəkli ola bilir.
Allergiya zamanı. Qida allergiyasından əziyyət çəkən zaman diyetoloq qəbulu ehtiyacdır.
Bəzi uşaq xəstəlikləri zamanı gərəkli ola bilir.

En yaxsi dietoloqlar hansı xəstəlikləri müalicə edirlər?

Maddə mübadiləsi pozğunluqları zamanı yaranan problemlər
Həzm sistemi xəstəlikləri
Sidik-ifrazat sisteminin xəstəlikləri
Allergik xəstəlikləri
Ən yaxşı dietoloqları Doktorinfo.az saytında rahatlıqla tapa bilərsiniz.

Dietoloq müayinəsi necə keçirilir?

Anamnez toplanılır
USM gərəkli ola bilər
Müəyyən analizlər tələb edilə bilər.
Pəhriz həkiminin əsas işi düzgün qidalanma sxemlərinin hazırlanmasıdır.
Çəki ilə bağlı hər növ xəstəliklərlə bağlı həkim dietoloqlara müraciət edə bilərsiniz.