A vitamini nə üçün mühümdür?

A vitamini nə üçün mühümdür?A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır.

Doktorinfo.az xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur.

Yağda həll olunan vitamin qrupunda yer alan A vitamini retinol olaraq da adlandırılır. Bitkilərdə isə provitamin olaraq mövcuddur.
Ən çox yayılan provitamin A tipinin adı beta-karotendir. Kapsul formasında satılır.

A vitamininin faydalari nelerdir?

Diş, sümük, dəri üçün faydalıdır. Göz retinasında rəng verən piqmentləri istehsal edir.

Beta karoten tipi olan A vitaminləri antioksidantdır. Antioksidantlar hüceyrələri sərbəst radikal adı verilən maddələrin səbəb olduğu zədələrdən qoruyur. Sərbəst radikalların bəzi xronik və uzunmüddətdə davam edən xəstəliklər üçün faydalıdır.

A vitamini eksikliyi

Vücudda A vitamininin əksik olması vəziyyətində müxtəlif göz problemləri və görmə zəifliyi ortaya çıxa bilir. A vitamini əksikliyi eyni zamanda hiperkeratoza və ya quru dəriyə yol aça bilər.

A vitamininin artiqliği

Bu vitaminin çoxluğu da xəstəliklərə səbəb ola bilər. Hamiləlikdə yüksək miqdarda A vitamini qəbulu doğuş qüsurlarına səbəb ola bilər. Xronik vitamin A zəhərlənməsi mütəmadi olaraq gündə 25.000 İU-dan çox qəbul eedən şəxslərdə ortaya çıxa bilər. Bundan əlavə mədə bulantısı, sümük ağrısı, qusma kimi hallar da müşahidə edilə bilər.
Körpələr və uşaqlar A vitamininə qarşı daha həssasdırlar. Daha kiçik miqdarlarda A vitamini və ya retinol kimi A vitamini tərkibli qidalar qəbul olunsa da vücudda kifayət qədər olmadığı müddətcə problemlər yarana bilər.

Yüksək miqdarda qəbul edilən beta-karoten dəri rəngini sarı və ya narıncıya çevirə bilər. Vücudda azalandan sonra dəri rəngi normaya düşər.
A vitamini nə üçün mühümdür?A vitamini hansı qidalarda mövcuddur?

2 tip A vitamini mövcud olduğundan, A vitamini qaynaqlarını 2 hissəyə ayıra bilərsiniz.
Öncədən toplanılan A vitamini ağ pendir, ciyər, kərə yağı, yumurta, yağlı süd, pendir, böyrək, balıq yağı kimi qidalardan əldə edilir.

Provitamin A isə brokoli, kök, ispanaq, qırmızı bibər, kartof, portağal kimi sarı meyvələr və yaşıl yarpaqlı tərəvəzlərdə bol miqdarda mövcuddur.
Tərəvəz ya da meyvənin rəngi nə qədər tünddürsə, o qədər çox beta-karoten tərkiblidir. Bitki tərkibli beta-karoten qaynaqlarında yağ və xolesterin mövcud olmaz. Bu qaynaqlar yağla birlikdə yeyilərsə onlardan əldə edilən A vitamininin sovrulması artar. Vücudun A vitamini də daxil olmaq üzrə digər önəmli vitaminlər üçün də gündəlik ehtiyacı əldə etməyin ən yaxşı yolu bol növlü meyvə, tərəvəz, süd məhsulları, mərcimək, paxlalılardan istifadə etməkdir.
A vitamini nə üçün mühümdür?A vitamini ne ucun faydalidir?

A vitamini də vücudun maddələr mübadiləsinin problemsiz çalışmasını təmin etmək üçün gərəkli olan birləşmədir. Görmə, böyümə, qan artımı, toxuma hüceyrəsinin böyüməsi üçün gərəklidir. Vücudun xəstəliklərə qarşı immunitet sistemini gücləndirir. Ağız, mede, incə bağırsaqların və sidik yollarındakı dəri və toxumaların sağlam formada davamlılığını təmin edərək infeksiyalara qarşı qoruyur.

Ehtiyacınız olan A vitamini miqdarı yaşa və cinsiyyətlə bağlıdır. Ortalama olaraq tövsiyə edilir:

Doğuşdan 6 aya qədər – 400 mcg RAE

7-12 aylıq körpələr – 500 mcg RAE

1-3 yaş arası uşaqlar – 300 mcg RAE

4-8 yaş – 400 mcg RAE

9-13 – 600 mcg RAE

14-18 oğlan uşaqları – 900 mcg RAE

14-18 qız uşaqları – 700 mcg RAE

Qadınlar – 700 mcg RAE

Qeyd edək ki, son zamanlar artan qızılca xəstəliyi ilə bağlı ehtiyac olan vitamin dərmanların içərisində yer alır. Belə ki, mütləq surətdə ilkin başlanğıc dövründə çox miqdarda A vitamini qəbul edilməlidir. Əks halda xəstəlik bir sıra fəsadlara yol aça bilər, həmçinin xəstəliyin ağır keçməsinə səbəb ola bilər. Miqdarı isə yaşa görə həkim təyin edir.

Sağlamlıq Xəbərləri     Baxılıb: 549   Tarix: 04 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Özgüvən əksikliyi

Özgüvən əksikliyi, şəxsin öz bacarıqları, dəyər və ya özgüvən mövzusunda duyduğu yetərsizlik hissidir. xəbər verir ki, bu vəziyyət sosial münasibətlərdə, iş həyatında və ümumi həyatda mənfi təsirlər yaradır. Özgüvən əksikliy

Əsəbi cilovlamağın yolları

Əsəb duyğusu əksər zaman qarşılanmayan gözləntilər, təmin olunmamış istəklər və istənilməyən nəticələrə verilən reaksiya olaraq yaranır. Əsəb nədir? Necə cilovlamaq olar?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadə

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

Böyümə hormonu nədir?

Growth hormonu və somatotropin kimi adlarla bilinən böyümə hormonu, beyindəki hipofiz vəzindən istehsal olunan, uşaqlarda və yeniyetmələrdə böyüməyə təşviq edən təbii hormondur. xəbər verir ki, vücudun əzələ və sümük quruluşunu

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Aterosklerozun risk faktorları

Ateroskleroz nədir?. Ateroskleroz son zamanlar geniş yayılan problemlər arasında yer alır. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri damar sərtliyidir. xəbər verir ki, damar sərtliyi Aterosklerozdur. Aterosklero

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Karbon pilinq nədir?

Karbon pilinq ilə dəri yeniləmə texnikası, ilk dəfə 1997-ci ildə Qoldberq tərəfindən tanınıb. xəbər verir ki, aparılan araşdırmalarda, karbon pilinq müalicəsinin bir pilinq təsir bağışladığı, dəri səthini və tıxanmış məsamələr

Toyuq zəhərlənməsinin əlamətləri

Toyuq, sevəni də sevməyəni də çox olan ət məhsullarından biridir. xəbər verir ki, müxtəlif qida zəhərlənmələri arasında ən təhlükəli olanlardan toyuq zəhərlənməsində, salmonella bakteriyasının mövcudluğuna diqqət etmək lazımdır


qarin agrisi babasil mualicesi tecili tibbi yardim bogaz agrisi