Kateqoriya
Axtar

Androloq

Dr. Fəxri Quliyev

Dr. Fəxri Quliyev

Uroloq, Androloq

Rüfət Əsədbəyli

Uroloq, Androloq

Androloq kimdir?

Androloq həkimlər kişilərdə cinsi və reproduktiv funksiyanı korreksiya edən, intim sferanın müayinə, müalicə ilə məşğul olan mütəxəssislərdir.
Androloji xəstəliklər boşanmalara, doğumun azalmasına və əhalinin həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Bu sahə ümumilikdə, urologiya, venerologiya, endokrinologiya, plastik cərrahiyyə, damar cərrahiyyəsi, mikrocərrahiyyə kimi ixtisaslarla əlaqəlidir.

Andrologiya nədir?

Androloqiya, kişiləri, kişi orqanizminin anatomiyasını və fiziologiyasını, kişi cinsiyyət sisteminin xəstəliklərini və onların müalicə üsullarını öyrənən elm sahəsidir.
Həkim Androloq, erkən boşalma, kişi sonsuzluğu, andropauza, endokrin pozğunluqlar, prostatit, piylənmə, cinsi infeksiyalar, varikosel və s kimi bir çox problemin müayinə və müalicəsi ilə məşğul olur.
Androloq, kişi xəstəliklərinin müalicəsində ixtisaslaşmış mütəxəssisdir.
Kişi həkimi bir neçə növ müayinə, o cümlədən hormon səviyyələri üçün qan və sidik testləri, kompüter tomoqrafiya, skrotumun ultrasəs müayinəsini həyata keçirə bilər.

Androloqa nə zaman müraciət edilməlidir?

Kişi reproduktiv sistemində problemləri hiss etdirən əlamətlər müşahidə edilərsə müayinəyə gedilməlidir.
Ən yaxşı androloqları Doktorinfo.az saytında tapa bilərsiniz.
Problemin ilkin zamanında androloqa müraciət etməyiniz daha sonrakı önünə keçilməz xəstəliklərdən sizi xilas edə bilər.