İşığa həssaslıq, Fotofobiya nədir?

İşığa həssaslıq, Fotofobiya nədir?

Fotofobiya nədir? Necə narahat edir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxumağınız tövsiyə edilir.

Fotofobiya və ya işığa həssaslıq, adətən işığa qarşı hədsiz həssaslığı ifadə edən bir termindir.

Doktorinfo.az xəbər verir ki, bu vəziyyət şəxsin normaldan daha çox işıqla qarşılaşdığında narahatlıq hiss etməsinə səbəb ola bilir. Fotofobiya, gözləri qoruyucu reflekslərlə birlikdə gözlərdə narahatlıq, yanma, sulanma, baş ağrısı və bulanıq görmə kimi əlamətlərlə özünü göstərə bilir. Bir çox fərqli səbəblərlə ortaya çıxa bilər. Göz infeksiyaları, göz yaralanmaları, miqren, işığa həssaslıq ilə bağlı bəzi göz xəstəlikləri, göz təzyiqi kimi sağlamlıq problemləri bu fobiyaya yol aça bilər. Həmçinin bəzi dərmanlar bu həssaslığı artıra bilər.
İşığa həssaslıq, Fotofobiya nədir?Fotofobiyanin elametleri nelerdir?

Şəxsdən-şəxsə fərqlilik göstərir.

Gözlərdə narahatçılıq: İşığa həssaslq adətən gözlərdə narahatçılıq hissi ilə özünü göstərir. Gözlərdə batma, yanma və ya qaşıntı kimi əlamətlər ola bilər.

Baş ağrısı: Güclü işığa məruz qalmaq baş ağrısına səbəb ola bilir. Bu baş ağrısı adətən şiddətli ola bilir.

Sulanma və batma: İşığa həssaslıq gözlərin sulanması, hədsiz batma hissi və ya göz yaşarması ilə bağlıdır.

Bulanıq görmə: Hədsiz işıq altında gözlərdə yaranan narahatlıq, bulanıq görməylə nəticələnə bilər.

Göz qapaqlarını bağlama ehtiyacı: Şəxs işıq altında göz qapaqlarını bağlama və ya gözləri qısmaq istəyə bilər.

Göz qızarıqlığı: İşığa qarşı həssaslıq, göz qızarıqlığına səbəb ola bilir.

Fotofobiya nə üçün yaranır?

Göz infeksiyaları: Konyuktivit kimi infeksiyalar işığa qarşı həssaslığı artıra bilir.

Göz yaralanmaları: İşığa qarşı qoruyucu reflekslərin artması bu vəziyyəti artıra bilər.

Göz xəstəlikləri: Bəzi göz xəstəlikləri, xüsusilə retina problemləri və ya göziçi təzyiq artışına bağlı olanlar, bu fobiyaya səbəb ola bilir.

Miqren: Miqren krizində işığa qarşı hədsiz həssaslıq tez-tez görülə bilir.

Göz təzyiqi: Yüksək göz daxilindəki təzyiq bu riski artırır.
İşığa həssaslıq, Fotofobiya nədir?Bəzi dərmanların əks təsiri olaraq bu hal yarana bilər.

Fotofobiyanın diaqnozu necə qoyulur?

Adətən həkimlərin göz müayinəsi və xəstədə yaranan simptomların dəyərləndirilməsi zamanı aşkar edilir.

Doğru diqnoz, fotofobiyaya səbəb olan təməl problemin müəyyənləşməsinə və uyğun müalicə planının yaradılmasına kömək edir.

Xəstəliklər     Baxılıb: 81   Tarix: 01 may 2024
f Paylaş

Oxşar xəbərlər

Laringit nədir?

Laringit, qırtlaq və ya səs qutusu iltihabına verilən addır. Səs telləri həddindən çox istifadə edildiy zaman və ya infeksiyaya yoluxduğunda laringit ortaya çıxa bilir. Bəzi laringit xəstəlikləri zamanı səs duyulmaya bilər

Amilaz əksikliyi nədir?

Amilaz nədir? Aşağı olmasının hansı rolları mövcuddur?. Bu və daha ətraflı sualların cavabı üçün məqaləni sonadək oxuya bilərsiniz. Amilaz həzm sistemində böyük rol oynayır. xəbər verir ki, qarışıq karbohidratları daha bəsi

Varikosel nədir?

Damar genişlənməsi, xaya ciyəsi venalarının genişlənməsi varikosel adlanır. Əksər zaman soltərəfli olur. xəbər verir ki, gənc insanların qənimidir və gizli irəliləyir. Ümumi müayinə olunarsa müəyyən edilə bilir. Bes varikose

Sınıq qəlb sindromu nədir?

Sınıq qəlb sindromu ayrılıq, zəlzələ, boşanma kimi böyük travmalar sonrasında meydana çıxa bilər. xəbər verir ki, adətən keçici bir xəstəlikdir. Bəzən isə həyati təhdid yarada bilər. Ani sinə ağrısı əlamətlərilə ortaya çıxmağ

Proloterapiya nədir?

İnyeksion texnika hesab edilən proloterapiyanın tətbiqi qədimlərə dayanır. xəbər verir ki, bu metod zədələnmiş vətər və bağların regenerasiyasına yönəlmiş inyeksiondur. Bu üsulla sağalma ehtimalı yüksəkdir. Belə ki, zədələnmi

Kubital Tunel Sindromu nədir?

Dirsəyin uzun müddət təzyiqə məruz qalması və dirsəyin uzun müddət qatlanmas ilə edilən hərəkətlərin nəticəsi olaraq ortaya çıxan kubital tunel sindromu, əldə və barmaqlardakı ağrı, uyuşma və hissizlik ilə özünü bəlli edir

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Rəng korluğu nədir?

Rəng korluğu müəyyən rənglərin və ya rənglər arasındakı fərqlərin görülmədiyi görmə pozuntusudur. Rəng korluğu nə üçün olur?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, görmə mərkəzində xüsus

Çiçək xəstəliyi nədir?

Çiçək xəstəliyi bir növ infeksiya xəstəliyidir və dəri qabartılarından şiddətli ağrılara bir çox əlamət ilə ortaya çıxa bilməkdədir. xəbər verir ki, çiçək xəstəliyi klinik olaraq ilk dəfə Rhazes tərəfindən adlandırılıb. Cice


tecili yardim bogaz agrisi sekis boyrek agrisi