Boğaz ağrısı dərmanı

Boğaz ağrısı dərmanıBoğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır.

Doktorinfo.az xəbər verir ki, bogaz agrisi bir çox xəstəliyin hiss edilən ilk əlamətlərindəndir. Adətən soyuqdəymə və ya qrip kimi infeksiyalardan quru və ya tozlu hava kimi ətraf faktorlardan qaynaqlanır. Bakteriyaların səbəb olduğu daha az yayğın olan boğaz ağrısı növü olan strep boğaz infeksiyasının səbəb olduğu problemlərin qarşısını almaq üçün antibiotiklərlə müalicəyə ehtiyac duyula bilər.

Bogaz agrısına sebeb olan viral xestelikler hansilardir?

Soyuqdəymə

Qrip yəni influenza

İltihab

Qızılca

Su çiçəyi

Boğaz ağrısı viruslar və bakteriyalar kimi mikroblarla yanaşı ətraf faktorlar kimi başqa səbəblərdən də ortaya çıxa bilər.
Boğaz ağrısı dərmanıBu səbəblər aşağıda qeyd edilib:

Allergiya boğaz ağrısına səbəb ola bilər.

Havada quruluq boğaz ağrısına səbəb ola bilər. Daxili mekanlarda havada kifayet qeder nəmin mövcud olması, boğazda quruluq və cızılma hiss edilməsinə səbəb ola bilir. Adətən xroniki burun tıxanıqlığı səbəbiylə mütəmadi ağızdan nəfəs almaq yenə boğazda quruluğa və ağrıya səbəb ola bilir.

Qıcıqlanma – Hava kirliliyi və təmizlik məhsullarının tərkibində olan kimyəvi maddələrin buxarı kimi səbəblərdən qaynaqlanan daxili məkan çirkliliyi xroniki boğaz ağrısına səbəb ola bilər.

Mənfi vərdişlər də bu halı yarada bilər.

Bogaz agrisinin elametleri nelerdir?

Ağrı və ya boğaz içində qaşıntı hissi

Udqunan zaman şiddətlənən ağrı

İynə batma hissi

Udqunma çətinliyi

Şişmiş, parlaq qırmızı rəng almış badamcıqlar

Beyaz lekelere sahib və ya iltihablı badamcıqlar

Boğuq səs

Bunlarla yanaşı başqa simptomlar da ola bilər:

Qızdırma

Öskürək

Burun axıntısı

Baş ağrısı

Ümumi vücud ağrısı
Boğaz ağrısı dərmanıAsqırma

Bu vəziyyət irəliləyərsə oynaq, baş, qulaq ağrıları, nəfəs darlığı da yarana bilər.

Boğaz ağrısı xüsusilə qış aylarında rastlanılır. Qrip, soyuqdeyme ve diger növ xəstəliklər zamanı yaranır.

Bu zaman çoxlu maye qəbulu tövsiyə edilir.

Boğaz ağrısının təbii üsullarla müalicəsi

Boğaz ağrısı və ya üst tənəffüs yolları infeksiyası üçün qaynanmış suyun içinə 1 çay qaşığı qədər yodsuz duz qoyaraq qarqara edə bilərsiniz. Bu həm ağrıya həm də infeksiyaya yaxşı təsir göstərəcək.

Digər üsul isə zəncəfil qarışımıdır. Bir çox xəstəliyin müalicəsində istifadə edilir. 1 şirniyyat qaşığı balın içinə az miqdarda toz zəncəfil qarışdıraraq səhərləri gündə bir dəfə istifadə edə bilərsiniz.

Boğaz ağrısına yaxşı təsir göstərən üsullardan biri alma sirkəsidir. Sirkənin əsas maddəsi olan asetik bakteriyalarla mübarizədə son dərəcə uğurludur. Xüsusilə öskürək və boğaz ağrılarının həllində alma sirkəsinin son dərəcə faydalı olduğu qeyd edilir. Bunun üçün 1 fincan ilıq suyun içinə 2 xörək qaşığı alma sirkəsi əlavə edə bilərsiniz.
Boğaz ağrısı dərmanıLimonlu su və ya limonu yemək boğaz ağrısını azaldan təbii vasitələr içərisində yer alır.

Gülxətmi bitkisi boğaz ağrısı və öskürək üçün olduqca faydalıdır.

Bunun üçün gərəklidir:
Soyuq su və 30 qram qurudulmuş gülxətmi.

Hazırlanması:

1 litrlik banka su ilə doldurulur. Bitkini dəmiz bezə qoyub bağlamaq lazımdır. 8 saat ərzində saxlanılmalıdır. İstəyə görə bal da əlavə edə bilərsiniz. Gün ərzində içə bilərsiniz.

Boğaz ağrısı üçün tablet və spreylərdən də istifadə edilir.

Bes hansi boğaz agrisi dermanlarindan istifade ede bilersiniz?

Mivolis boğaz tabletləri

Heksasprey

Anginetten tabletləri

Hexoral

Stopangin

İngalipt

Angilor

Thymo sprey

Septhotte və s.

Bu növ dərmanlar adətən antiseptik xüsusiyyətə malikdir. Antibakterial təsir göstərir. Boğaz ağrısı keçənə kimi istifadə edilir.

Xəstəliklər     Baxılıb: 563   Tarix: 22 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Göz qapağının şişməsi nədir?

Göz qapağı, kirpik, göz yaşı vəzləri, tər vəzləri və yağ vəzlərindən yaranan dəri toxuması olaraq bilinir. Bu toxumalara təsir edən inflamatuar reaksiyalar səbəbiylə göz qapağı şişməsi meydana gəlir. xəbər verir ki, göz qapağ

Mədə şişkinliyi

Qarında yaranan gərginlik, təzyiq, dolğunluq hissi mədə şişkinliyi olaraq bilinir. Ümumilikdə bir müddət sonra özlüyündən yaxşılaşan bu vəziyyət yüngül narahatçılıqdan sancılara qədər dəyişən nəticələr verə bilər. xəbər veri

Boğaz qızarıqlığının səbəbləri

Boğaz qızarıqlığı damaq arxasında, badamcıqlarda və ya qırtlaqda kiçik nöqtələr halında görülən infeksiya əlamətidir. xəbər verir ki, adətən boğazda ağrı, yanma, öskürəyin də müşahidə edildiyi boğaz qızarıqlığı virus və bakteriy

Atopik Dermatit nədir?

Dəri xəstəlikləri, dəri üzərində fərqli formalarda reaksiya göstərə bilər. Hər xəstəliyin xarakterik xüsusiyyəti fərqli olduğundan, əlamətləri və xəstəyə yaşatdığı narahatçılıqlar da dəyişəcəkdir. xəbər verir ki, xronik dər

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Qarında köp

Bağırsaqda qazın yaranması bir çox insanın ortaq problemidir. Fizioloji prosesdir. xəbər verir ki, havanın bir hissəsi qida ilə udulur, əksəriyyəti isə qidanın mənimsənilmə prosesində formalaşır, bağırsaq mikroflorası tərəfində

Mədə qıcqırması

Mədə qıcqırması, döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılmasıdır. Mədə qıcqırması barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, ağız boşluğunda acı, turş da

Vitiliqo xəstəliyi nədir?

Dəridə bəyaz pulcuqların, ləkələrin olduğu, xroniki, yoluxucu olmayan dəri xəstəliyidir. Dəriyə rəngini verən melanin piqmentinin əksikliyindən qaynaqlanır. Xəstəliyin cinsiyyət fərqi yoxdur. xəbər verir ki, cəmiyyətdə 1-

Piylənmə xəstəliyi

Piylənmə, vücud indeksinin 30 və ya daha yüksək dəyərə sahib olduğu sağlamlıq cəhətdən risk yaradan vücudda həddindən çox yağ toplusudur. Ürək, diabet, yüksək təzyiq, xolesterin, qaraciyər xəstəliyi kimi xəstəliklərə təsi


sekis babasil mualicesi dis agrisi cinsi xestelikler