35 yaşdan sonra qocalma prosesi, cinsi həyat, qidalar: Yaşlanma ilə bağlı miflər açıqlandı

35 yaşdan sonra qocalma prosesi, cinsi həyat, qidalar: Yaşlanma ilə bağlı miflər açıqlandı"İnsan sağlamlığına şüurlu yanaşarsa, yaşlananda fiziki və intellektual qabiliyyətləri nəinki azalmaz, hətta gənclikdə olduğu kimi inkişaf edə də bilər".
Bu barədə rusiyalı neyroreabilitasiya üzrə mütəxəssis Alisa Korotina bildirib.
O, yaşlanma ilə bağlı miflərdən bəzilərini açıqlayıb.
Yaşlanma sürəti yalnız genetikadan asılıdır
"Ömrün uzunluğu ən yaxın qohumlarımızdan miras qalıb – bu doğrudur. Məsələn, valideynləri 80 ildən çox yaşamış uşaqların uzun ömürlü olma şansları daha yüksəkdir. Ancaq başa düşmək lazımdır ki, sağlam və aktiv həyat tərzi, düzgün qidalanma, alkoqoldan çəkinmək və sabit emosional fon da ömrün uzunluğuna, həmçinin keyfiyyətinə təsir göstərir", – deyə mütəxəssis bildirib.
Orqanizm 35 yaşdan sonra qocalmağa başlayır
Həkimin sözlərinə görə, hər bir orqanın öz qocalma yaşı var.
"İnsanın inkişafında əsas məqam beynin və onun bütün strukturlarının yetkinləşməsidir. Normalda bu orqanın fəaliyyətinin pik həddi 25 yaşdır, bundan sonra daha az aktiv işləməyə başlayır".
Bununla belə, o, bildirib ki, ümumi qəbul edilmiş tibbi təcrübədə orqanizmin qocalması 50 yaşından başlayır və insanın ümumi vəziyyətindən asılıdır.
"Bioloji yaş anlayışı var və o, pasportda doğum tarixi ilə üst-üstə düşməyə bilər. Hər bir insan fərdidir və qocalma prosesi də fərdi olaraq baş verəcək. Xarici görünüşə görə yaşı dərinin elastikliyi, boyun və biləklərdə qırışlarla müəyyən etmək olar, lakin bu əlamətlər aldadıcı ola bilər. Əgər insan alkoqoldan sui-istifadə edirsə, nikotin asılılığı varsa və kifayət qədər vitamin və mineral qəbul etmirsə, o zaman dəri daha tez qocalır. Həddindən artıq çəki və pis vərdişlər bütövlükdə bütün orqanizmin qocalmasını sürətləndirir", – reabilitasiya üzrə mütəxəssis bildirib.
Yaşlı insanların cinsi əlaqəyə ehtiyacı yoxdur
"Qocalıqda cinsi münasibətlər nəinki mümkündür, hətta sağlamlıq üçün faydalıdır. Bir insanın libidosu yaşla azalırsa və ya intim xarakterli başqa problemlər varsa, mütləq həkimə müraciət etməlidir", – deyə həkim xəbərdarlıq edib.
Bəzi qidalar qocalmanı ləngidə bilər
Həkimin sözlərinə görə, məhsullar qocalma prosesini əhəmiyyətli dərəcədə ləngidə bilməz, lakin ətraf mühit faktorları ömür uzunluğuna 60 faiz təsir edir. O, Aralıq dənizi pəhrizinə və oksigenlə zəngin dağ havasına malik regionlardakı uzunömürlüləri misal çəkib.
Eyni zamanda, Korotina gündə 1,5-2 litr təmiz su içməyi məsləhət görüb:
"Fakt budur ki, insan nə qədər az maye qəbul edərsə, metabolik proseslər bir o qədər pis baş verir və bədən daha tez qocalır".
Yaşlanmağı gecikdirmək və xroniki xəstəliklərin inkişafının qarşısını almaq üçün həkim mütəmadi olaraq ildə bir dəfə tibbi müayinələri tövsiyə etdi. O, bundan əlavə, sağlam və aktiv həyat tərzi keçirməyə, təmiz havada gündəlik gəzintilərə, səhər məşqlərinə və dartınma hərəkətlərinə laqeyd yanaşmamağa çağırdı.
"Sonda qeyd etmək istərdim ki, iti ağıl və aydın yaddaş intellektual fəaliyyətin müxtəlif sahələrini məşq edir və qoruyur. Kitab, qəzet, jurnal, məqalə oxumağa laqeyd yanaşmayın, daim sizi maraqlandıran məlumatları axtarın, şeir öyrənin, yaxınlarınız və dostlarınızla daha tez-tez ünsiyyət qurun", – deyə o, sözlərini yekunlaşdırıb.
Oxu.az / konkret.az

Sağlamlıq Xəbərləri     Baxılıb: 119   Tarix: 23 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Dırnaq yeməyin fəsadları

Çox yayılmış zərərli vərdişlərdən biri dırnaq yemə xəstəliyidir. Onixofagiya uşaq yaşlarından başlayır. xəbər verir ki, dırnaqları yeməklə infeksiya və bakteriyaların yaranıb çoxalmasına şərait yaradılır. Buna səbəb isə barmaqları

Dəri ləkələri

Ləkə müalicəsi, üz və ya vücudun hansısa nahiyəsində yaranan ləkələrin aparılması üçün edilən tibbi vəziyyətdir. Bəs dəri ləkələrinin səbəbləri nələrdir?. Dəri ləkələri barədə ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əld

40 yaşından sonra yaranan ağrı nədir?

Əksər insanlarda 40 yaşından sonra sümük oynaq ağrıları daha çox müşahidə edilir. Bəzən bu növ ağrıları revmatizm ağrıları ilə qarışdırırlar. Ancaq mütəxəssislər belə ağrıların osteoartrit ağrıları olduğunu dilə gətirirlər

İsti havalar hansı xəstəlikləri artırır?

Yazın gəlişi insan orqanizmində bir sıra dəyişikliklərə yol aça bilər. Yaranan hava dəyişkənliyi, təzyiq oynamaları, xəstəliklərə, ağrılara yol aça bilir. xəbər verir ki, bunlarla yanaşı qan-damar, ürək sisteminin fəaliyyətind

A vitamini nə üçün mühümdür?

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Yaz allergiyasından necə qorunmalı?

İsti günlərin, yaz fəslinin gəlməsi ilə allergiyanın artması mümkündür. Bu aylarda tumurcuqlar, polenlərə qarşı allergiyası olan şəxslərdə vəziyyətin pisləşməsi müşahidə edillə bilir. xəbər verir ki, bahar allergiyası bitk

Sidik rənginiz içilən su miqdarını ortaya çıxardır

İnsan vücudunun 60% sudan ibarətdir. Tərkibindəki minerallar, biokimyəvi reaksiyaların gerçəkləşməsində və sistemlərin uyğun çalışmasında rol alır. Sidik rənginizdən suyu nə qədər içdiyinizi görə bilərsiniz. xəbər verir ki

Masaj olunmağın faydaları nələrdi ?

Masajin faydaları nələrdi ? Masaj nə üçün istifadə olunur ? Niyə Bir çox şəxs massajdan istifadə edir. xəbər verir ki, masaj xidməti vücud sağlamlığı cəhətdən olduqca faydalıdır. Şəxslərin sağlam vücuda sahib olması üçü


sekis boyrek agrisi qarin agrisi hamilelik testi