Qanda leykositlərin aşağı və yuxarı olması nəyin əlamətidir?

Qanda leykositlərin aşağı və yuxarı olması nəyin əlamətidir?Qan, vücudda çox önəmli rollara sahibdir.
Bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir.

Bəs leykosit nədir? Nə qədər olmalıdır?

Leykositlər ağ qan hüceyrəsi və ya akyuvar olaraq bilinir.
Leykosit immunitet sisteminin ən vacib parçasıdır. Vücuddakı əsas məqsədi virus, bakteriya, göbələk və zəhərli toksinləri təmizləmək və onları yox etməkdir. Leykositlər bakteriyaların mövcud olduqları nahiyəyə damardan ayrılaraq çatırlar. İnsan vücudunu infeksiyalara qarşı qoruyur.

Nə qədər olmalıdır?

Leykosit dəyərləri qan analizi ilə ölçülür və yaş aralıqlarına görə fərqlilik göstərir. Yeni doğulan uşaqlarda mikro litr olaraq 9 min ilə 30 min aralığında olmalıdır. Uşaq və böyüklərdə isə 4500 ilə 11000 aralığında olmalıdır. Yaş qruplarına görə sayı fərqlilik göstərir.

- 0 ile 1 ay aralığında olan körpələrdə bu göstərici 9.4 - 34.0 MCL olmalıdır.

- 2 ile 12 ay aralığında olan körpələrdə bu göstərici 5.0 - 19.5 MCL olmalıdır.

- 1 ile 3 yaş aralığında olan uşaqlarda bu göstərici 6.0 - 17.5 MCL olmalıdır.

- 4 ile 5 yaş aralığında olan uşaqlarda bu göstərici 5.5 - 15.5 MCL olmalıdır.

- 6 ile 15 yaş aralığında olan uşaqlarda bu göstərici 4.5 - 13.0 MCL olmalıdır.

- 15 yaş ve üzeri aralığında olan şəxslərdə bu göstərici 4.5 - 11.0 MCL olmalıdır.
Qanda leykositlərin aşağı və yuxarı olması nəyin əlamətidir?Yüksəkliyi və aşağı olmasının səbəbləri

Leykosit dəyərinin mm3-də 10 mindən yüksək olması leykosit yüksəkliyini bildirir.

Yüksəkliyinin səbəbləri nələrdir?

Virus, bakteriya, göbələk kimi hər növ infeksiyalar

Revmatizm xəstəlikləri, xərçəng, iltihablı bağırsaq xəstəlikləri

Sümük iliyinin həddindən çox istehsalı ilə bağlı yaranan xəstəliklər

Stress

Qanın parçalanması ilə əlaqədar yaranan xəstəliklər

Hormon pozuntuları

Allergik xəstəliklər və s.

Leykositlərin həddindən artıq aşağı olması da düzgün deyil.

Qanda leykositlərin aşağı və yuxarı olması nəyin əlamətidir?Bunun da bir çox səbəbləri ola bilər:

Qrip kimi virusların səbəb olduğu xəstəliklər

Sümük iliyinin quruluşu ilə bağlı yaranan bəzi xəstəliklər

Sümük iliyi xərçəngi

Dərmanlar

Baktriyaların yol açdığı infeksiyalar

Kimyaterapiya

Qidalanmada pozğunluq

Radiasiya müalicələri

Vitamin əksiklikləri

Bu zaman insanların immunitet sistemi də zəiflədiyi üçün bəzi əlamətlər və xəstəliklər ortaya çıxar. Bu xəstəliklərin ən vacibi mütəmadi infeksiya halı və halsızlıqdır. Şəxs, immunitet sisteminin aşağı olması səbəbiylə tez-tez xəstələnə bilər. Bu səbəbdən xəstəlik zamanı qan analizində leykositlərin miqdarı vacibdir. Buna baxılır və daha sonra göstəriciyə uyğun müalicə tərtib edilir.

Qanda leykositlərin aşağı və yuxarı olması nəyin əlamətidir?

Sağlamlıq Xəbərləri     Baxılıb: 12706   Tarix: 21 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Günəş ləkələrindən necə qurtulmaq olar?

Günəş şüalarının insan sağlamlığı üçün hər nə qədər faydası olsa da müxtəlif zərərləri də vardır. Xüsusillə yaz aylarında tez-tez günəşə məruz qalmaq dəridə günəş yanıqlarına yol aça bilər. xəbər verir ki, günəş şüaları başd

Özgüvən əksikliyi

Özgüvən əksikliyi, şəxsin öz bacarıqları, dəyər və ya özgüvən mövzusunda duyduğu yetərsizlik hissidir. xəbər verir ki, bu vəziyyət sosial münasibətlərdə, iş həyatında və ümumi həyatda mənfi təsirlər yaradır. Özgüvən əksikliy

Sedasiya təhlükəlidir?

Sedasiya xəstənin qorxu, narahatlıq kimi hisslərini azaltmaq üçün istifadə edilən texnikadır. Sedasiya ne ucun edilir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, ən təməl məqsəd isə hərəkətsizliyi

Hemangioma nədir?

Hemangioma, uşaqlarda görünən xoşxassəli damar şişidir. Damar endotelindən inkişaf edir. Doğuşdan sonra, bir ilə üç həftə ərzində dəri üzərində və ya altında meydana çıxır. Qız uşaqlarında daha çox müşahidə edilir. Yaranm

Karbon pilinq nədir?

Karbon pilinq ilə dəri yeniləmə texnikası, ilk dəfə 1997-ci ildə Qoldberq tərəfindən tanınıb. xəbər verir ki, aparılan araşdırmalarda, karbon pilinq müalicəsinin bir pilinq təsir bağışladığı, dəri səthini və tıxanmış məsamələr

Dəri ləkələri

Ləkə müalicəsi, üz və ya vücudun hansısa nahiyəsində yaranan ləkələrin aparılması üçün edilən tibbi vəziyyətdir. Bəs dəri ləkələrinin səbəbləri nələrdir?. Dəri ləkələri barədə ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əld

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

Böyümə hormonu nədir?

Growth hormonu və somatotropin kimi adlarla bilinən böyümə hormonu, beyindəki hipofiz vəzindən istehsal olunan, uşaqlarda və yeniyetmələrdə böyüməyə təşviq edən təbii hormondur. xəbər verir ki, vücudun əzələ və sümük quruluşunu

Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsi

Amiloidoz, amiloid adı verilən və sümük iliyində istehsal olunan bir zülalın orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasın


cinsi xestelikler dis agrisi bogaz agrisi qarin agrisi