Xurmanın faydaları və zərərləri

Xurmanın faydaları və zərərləriXurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir.

Quru ya da təzə meyvə olaraq istifadə edilir. Qurudularaq da istifadə edilən xurmanın quruduqdan sonra qida dəyəri artır. Yüksək miqdarda lif tərkibli xurma şirin dada sahibdir. Dəmir tərkibi yüksək olduğu üçün qansızlıqla mübarizədə önəmli rol oynayır.

İçərisindəki vitamin və minerallar sayəsində ürək və ağciyərə faydalıdır.

Orta böyüklükdə xurmanın qida dəyəri:

Kalori: 25

Yağ: 0,4 gram (g)

Karbonhidrat: 5 g

Lif: 0,7 g

Şəkər: 4,5 g

Protein: 0,19 g

B-6 vitamini: 0,012 milliqram (mg)

Dəmir: 0,1 mg

Maqnezium: 4 mg

Potasium: 50 mg
Xurmanın faydaları və zərərləriXurmanın sağlamlığa faydaları nələrdir?

Kalsium, dəmir, fosfor, potasium, sink tərkiblidir. Şəkərdən fərqli olaraq boş kalori yaratmadığı üçün şəkərin vücuda daha sağlam formada daxil olmasını təmin edir.
Həzm sistemini tənzimləyir. Yüksək lif quruluşuna sahib olan meyvə, qəbizlik kimi həzm sistemi problemlərinin qarşısını alır. Bağırsaq hərəkətlərini tənzimləyərək həzm sistemi funksiyasını dəstəkləyir.

Təbii dadlandırıcı xüsusiyyəti vardır. Tərkibindəki şəkər sayəsində təbii dadlandırıcı olaraq istifadə edilə bilər.

Vücudu xəstəliklərə qarşı qoruyur. Antioksidantdır. Hüceyrələri orqanizmi, zərərli reaksiyalara səbəb ola bilən və xəstəliyə yol aça bilən sərbəst radikallardan qoruyur. Eyni zamanda xurmanın tərkibində, xronik xəstəlik risklərinin qarşısını almağa kömək olan polifenoller və lignanlar mövcuddur.

Sümük sağlamlığını qoruyur və yaxşılaşdırır. Maqnezium, selenium qaynaqları cəhətdən zəngindir. Bu vitaminlər və minerallar, sümükləri sağlam və güclü edir. Həmçinin sümük sağlamlığı üçün gərəkli olan K vitamini ilə zəngindir.

Yaddaşı gücləndirir. Tərkibində yer alan B vitamini xüsusiyyəti ilə altsheymer xəstəliyinə qarşı qoruyucudur. Mütəmadi istifadə edildiyi zaman bu növ xəstəliklərə yoluxma ehtimalını azaldır.

Xurmanın zərərləri varmı?

Bəzi əks göstərişləri mövcuddur.

Diabet xəstələrinin diqqətlə istifadə etməkləri tövsiyə edilir. Kalori dəyəri səbəbiylə çəki problemi olan insanların çox istifadəsi tövsiyə edilmir.
Xurmanın faydaları və zərərləriƏks təsirləri bunlardır:

Bəzi şəxslərdə allergik təsirlər verə bilər

Gözlərdə qaşıntı, qızarıqlıq, sulanma və işığa qarşı həssaslıq

Nəfəs almaqda çətinlik

Dəri səpkiləri

Kökəlmək

Şişkinlik baş verə bilər.

Allergiya yaranarsa istifadəsi dərhal dayandırılmalı və mütəxəssisə müraciət edilməlidir.

Sağlam Qida     Baxılıb: 740   Tarix: 28 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ödəmi bədəndən atmağın yolları

Vücuddakı maye toplanması ilə əlaqəli olaraq toxumaların şişməsi vəziyyətinə ödəm adı verilir. xəbər verir ki, mayenin vücud toxumalarında çox artıq yer alıb sıxışmasına bağlı olaraq ortaya çıxan ödəm adətən əl-ayaq biləklər

Gecə yatmazdan öncə yumurta yeməyin faydaları

Yumurta, faydası çox olan əsaslı qidalardan biridir. Yumurtanın faydaları və zərərləri nələrdir?. Nə üçün gecə yatmazdan öncə yeyilməlidir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bir ədəd yumurtanı

Tahının (küncüt yağı) faydaları nələrdir?

Qış aylarının gəlməsiylə birlikdə adını tez-tez eşitməyə başladığınız, vücudu xəstəliklərə qarşı qoruduğuna inanılan qarışımlardan biri tahın bəhməzidir. Bəs tahın (küncüt yağı) bəhməzinin faydaları nələrdir?. təqdim edir:

Öpüş xəstəliyi nədir?

Öpüşmə əsnasında tüpürcək yolu ilə yayıldığı üçün öpüş xəstəliyi olaraq bilinən mononükleoz, Epstein-barr virusunun səbəb olduğu hərarət, boğaz ağrısı, limfa vəzlərində şişlik əlamətiylə xarakterizə edilən yayılan viral infeksiyadır

Sink nədir?

Sink, vücudumuz üçün həyati önəm daşıyan mineraldır. Sink nə üçün vacibdir? Sink hansı qidalarda mövcuddur?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bu mineral, bir çox kimyəvi maddələr reaksiyasını

Düyü yemək faydalıdır?

Düyü, tərkibindəki vitaminlər baxımından olduqca dəyəlidir. İçərisində 100-də 80 karbonhidrat, 100-də 7 protein, 100-də 2 yağ, 10 mg kalsium, 0,9 mg dəmir, 0,08 mg B1 vitamini (Tiamin), 1,6 mg Niasin, 94 mg fosfor, 92 m

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Qara çayın faydaları və zərərləri nələrdir?

Qara çay tərkibindəki antioksidant sayəsində xərçənglə mübarizədə vacib yer tutur. Bununla birlikdə infeksiya, sümüklərin qüvvətlənməsi, qaraciyər detoksu, dərinin parlaması, yaddaşın quvvetlenmesi kimi bir çox faydası vardır

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. [redurl=5]. Çörəkotunun mətbəxlərd


boyrek agrisi sekis bogaz agrisi babasil mualicesi