Qarazirə yağının faydaları

Qarazirə yağının faydalarıQara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı.

Çörəkotunun mətbəxlərdə istifadə edilən ən dəyərli toxum olduğundan xəbərdarsınızmı?

Doktorinfo.az məlumat verir ki, toxumun, immunitet sistemindən, mədə və həzm prosesinə qədər bir çox faydaları mövcuddur.

İlk olaraq çörəkotunun nə olduğundan bəhs edək. Asiya, Ağ dənizə bölgəsinə məxsus çiçəkli bitkidir. Özünəməxsus dadı ilə seçilən qara zirə, toz halına gətirilərək istifade edildiyi kimi toxumlarının sıxılması ilə də yağı əldə edilir. Kalsium, demir, sink, tiamin, niasin, fosfor və fol turşusu ilə zəngindir.
Qarazirə yağının faydalarıÇörəkotunun faydaları nələrdir?

İmmunitet sistemini gücləndirir

Xerçengle mübarizə aparır

Həzm sistemi problemleri zamanı şişkinliyi aradan qaldırır

Antihistamin xüsusiyyətə malikdir. Allergik reaksiyaların aradan qaldırılmasında effektli ola bilər.

Astma dərmanları istifadə edən şəxslər, bu dərmanların yanında çörəkotu yediklərində öskürək, xırıltı, tənəffüs və ağciyər şikayətərində yaxşılaşma görülə bilər.
Qarazirə yağının faydalarıHəmçinin helikobakteriya infeksiyası zamanı çörəkotunun istifadəsi faydalı ola bilər.

Qan tezyiqi səviyyəsini aşağı sala bildiyi üçün çörəkotunun yüksək təzyiq üçün təsirli olduğunu gözləmək doğru deyildir.

Qara zirənin yararları üçün eslinde bütün məlumatlar tamamilə təsdiqini tapmayıb. Astma, diabet, yüksək təzyiq, ekzema, menstruasiya ağrıları kimi xəstəliklər və şikayətlərlə bağlı faydalarını araşdırmağa ehtiyac vardır.

Qara zirə ilə yanaşı yağının da olduqca mühüm faydaları mövcuddur:

Yağı toxumundan ferqli deyil, ancaq əldə edilən kapsülləri səbəbindən son illərdə xüsusilə daha çox istifadə edilir.
Qarazirə yağının faydalarıYüksək antioksidantdır – Hüceyrələri sərbəst radikallardan qoruyan antioksidantlar, qara zirə yağında bolca mövcuddur.

Tənəffüsü rahatladır - Bronxial astma kimi vəziyyətlərə qarşı qorumanı təmin edərək ağciyər sağamlığına müsbət təsir göstərir. Astmanın teneffüs yolları üzərində yarada biləcəyi iltihabı azaltmağa kömək edə bilər.

Xolesterini aşağı sala bilər - Bəzi araşdırmalar, çörəkotu yağının xolesterin və qan təzyiqini aşağı salaraq ürək xəstəlikləri riskini aşağı sala bilir.

Çörəkotu yağı yaş asidləri cəhətdən zəngindir. Bu keyfiyyətli yağlar doymamış yağ olan omeqa 6 və omeqa 9-dur. Omeqa 6, saç böyüməsi və dəri yenilənməsini təmin edərkən, omeqa 9 enerjinizi artırıb ruh halını yaxşılaşdırmağa kömək edir.

Yaddaşı güclendirir – Yaddaş, diqqət mövzusunda effektlidir.

Sedef xesteliyi müalicəsində faydalıdır. A, B, C vitamini tərkibli qara zire dərinin nəmlənməsinə kömək edir. A vitamini, amino asidlər və yağ asidləri dəri hüceyrələrini yeniləmək üçün birlikdə çalışırlar. Qara zirə, dəridə görülə bilən rəng dəyişimlərinin önünə keçə bilir. Ləkələrin və qızarıqlıqların da görüntüsünü azalda bilər.

Qara zirənin (Çörekotu) əks təsirləri:
Qarazirə yağının faydalarıBöyrək xəstəliyi olanlar üçün çörəkotu yağı təhlükəli ola bilər. Ailəsində böyrək sağlamlığı ilə əlaqəli problemi olan qara zirə yağı istifadəsindən qaçınmalıdır.
Hamile və süd verən qadınların isə çörəkotu yağı istifadesinden qaçınması gərəklidir. Hamilələrdə yeməklərin içində istifadə edilən çörəkotunun zərəri olmaz, ancaq bu miqdardan daha çox qara zirə yemək rəhmdə sancılar yarada bilər. Bu səbəbdən həkimlə məsləhətləşməkdə fayda vardır.

Çox istifadə etmək, qusma və müxtəlif mədə problemləri yarada bilər.

Şahanə Quliyeva

Sağlam Qida     Baxılıb: 2451   Tarix: 30 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Sarıkökün faydaları və zərərləri

Sarıkök(zərdəçal), yeməklərə dad verən faydalı bitki növüdür. Son illərdə ədviyyat olaraq istifadəsi artıb. xəbər verir ki, sarıkökün istifadəsi vacibdir, ancaq çox istifadəsi də tövsiyə edilmir. Sarıkökün faydaları nələrdir?

Balqabaq tumu yağının möcüzəvi faydaları

A, B, E vitamini mövcud olan, omeqa 3, 6, potassium, dəmir, fosfor və maqnezium kimi minerallar baxımından olduqca zəngin olan balqabaq tumu yağı içərisindəki bütün bu maddələr sayəsində insan orqanizmi üçün olduqca faydalıdır

Qarağat yarpaqlarının faydaları nələrdir?

Qarağat insan orqanizmi üçün faydalı olan giləmeyvə hesab edilir. Qara qarağatın özü kimi, yarpaqlari da çox faydalıdır. Bəs qara qarağat yarpaqlarının faydaları nələrdir?. təqdim edir:. İmmun sisteminin zəifləməsini arada

Öpüş xəstəliyi nədir?

Öpüşmə əsnasında tüpürcək yolu ilə yayıldığı üçün öpüş xəstəliyi olaraq bilinən mononükleoz, Epstein-barr virusunun səbəb olduğu hərarət, boğaz ağrısı, limfa vəzlərində şişlik əlamətiylə xarakterizə edilən yayılan viral infeksiyadır

Qarpızın bilinməyən faydaları

Yay mövsümünün ən ləzzətli və sərinləşdirici dadlarından olan qarpız, vitamin və mineral tərkibi cəhətdən olduqca faydalı meyvədir. Qarpızın faydaları nələrdir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz

Badam südünün faydaları

Badam südü bitki mənşəli qidalar arasında ən çox istifadə edilən südlərdən biridir. xəbər verir ki, xüsusilə bitkisəl qidalamağa meyilli olan şəxslər ya da tamamilə veqan qidalanma tərzində qidalanan şəxslər süd və süd məhsullar

Kartofu bu formada yeməyin - Düzgün istifadə qaydaları

Kartof, insanlar tərəfindən çox sevilən və bol miqdarda istifadə edilən tərəvəzdir. Yetişmə baxımından asan və qida dəyərləri cəhətdən zəngin tərkibi ilə seçilir və bir çox fərqli üsulda istifadə edilir. Tərkibindəki vitaminlər

Çiyələk yarpaqlarının faydaları

Yaz fəslinin gəlməsi ilə birlikdə giləmeyvələrin istifadəsi də bir o qədər də artdı. xəbər verir ki, xüsusilə də uşaqların sevərək yediyi çiyələyin bir çox faydaları mövcuddur. Ancaq bununla yanaşı çiyələyi yeyən zaman atıla

Tahının (küncüt yağı) faydaları nələrdir?

Qış aylarının gəlməsiylə birlikdə adını tez-tez eşitməyə başladığınız, vücudu xəstəliklərə qarşı qoruduğuna inanılan qarışımlardan biri tahın bəhməzidir. Bəs tahın (küncüt yağı) bəhməzinin faydaları nələrdir?. təqdim edir:


boyrek agrisi mede agrisi qarin agrisi tecili tibbi yardim