Qulaq ağrısı

Qulaq ağrısı
Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəlikləri zamanı da yarana bilər.

Doktorinfo.az məlumat verir ki, qulaq, xarici, orta və iç qulaq olmaq üzrə üç ayrı hissədən ibarətdir. Bu səbəbdən ağrının qaynağını tapmaq üçün öncə qulağın hansı hissəsində başladığını aşkarlamaq lazımdır.

Qulaq agrisinin sebebleri:

Qulaq ağrılarının başlıca səbəbi infeksiyadır. İnfeksiyadan qaynaqlansa belə baş vermə nahiyəsinə görə fərqli ağrılarla özünü biruzə verə bilər.

Məsələn, daxili qulaq infeksiyasında qulaq ağrısı ilə yanaşı mədə bulantısı, baş gicəllənmə, qusmanın olacağı ehtimal edilir. Ancaq xarici qulaq infeksiyalarında isə qulağın üst hissəsində şişlik, qızarıqlıq, qaşıntı müşahidə edilə bilər. Orta qulaq infeksiyaları zamanı isə yüksək temperatur ola bilər və ya qulaqda doluluq hissi yarana bilər.

Aparılan araşdırmalara görə, 3 yaşından kiçik uşaqlarda ağrılar daha çox baş verir. Ancaq 5 yaşdan sonra isə bu ehtimal aşağı düşür. Orta qulaq infeksiyası daha çox uşaqlarda müşahidə edilir.

Qulaq ağrısıQulağın içərisinə kibrit, qulaq təmizləyici çöp kimi ucu iti maddələr salmaq düzgün deyil. Bu qulağın içərisini zədələyə və ağrıya yol aça bilər.
Boğaz infeksiyaları da qulaq ağrılarına səbəb ola bilər. İnfeksiya qulaqdan qaynaqlanmasa da, boğaz infeksiyaları qulaq ağrısını yarada bilər.

Qulaq agrisinin mualicesi:

Qulaq agrilari zamanı diaqnoz və müalicə müddəti əhəmiyyət kəsb edir. İlk göstərilən tibbi yardımdan çox şey asılıdır. Qulaq ağrısı əgər mədə bulantısı, baş gicəllənmə, qızdırma kimi hallara səbəb olursa gecikmədən həkimə müraciət etmək lazımdır. Müalicənin effekti ilk 2 həftə ərzində özünü göstərəcəkdir.

Ağrının səbəbindən asılı olaraq, damcılardan, antibiotiklərdən istifadə edilə bilər.

Qulaq ağrıları adətən sadəcə qulaqdan qaynaqlanmır. Keçirilən ağır infeksiyanın fəsadı olaraq qulaq iltihablanması, tıxanması baş verir. Bu bəzən yüngül formada keçsə də bəzən antibiotikə ehtiyac olur. Bu məqamda həkim sizə saqqız çeynəməyi, şar şişirtməyi tövsiyə edə bilər. Buna səbəb isə bu hərəkətlər olduğu zaman qulaqda çirkin toplanmasının qarşısı alınır. Qeyd edilən məşğuliyyətlər dərman müalicəsiylə birlikdə edilən zaman effektini daha da yüksək səviyyədə göstərir.

Qulaq ağrısıƏgər qulaq ağrısı şiddətlidirsə və təcili həkim çağıra bilmirsinizsə bu zaman nələr edilə bilər?

İlk olaraq aptekdən ağrıkəsici ala bilərsiniz. Buna misal olaraq parasetamol, ibuprofeni misal çəkə bilərik.

Xalq tebabeti usulları ile qulaq agrilarini muveqqeti olaraq azalda bilersiniz:

Sarımsaq: tərkibində olan antibiotik təsirindən qulaq infeksiyalarının ağrıları zamanı tövsiyə edilir. Sarımsaq susam yağında bişirildikdən sonra soyudulur. Yağından qulağa bir neçə damla tökülür.

Soğan: bu da həmçinin sarımsaqla oxşar xüsusiyyətlərə malikdir. İsidilərək soğanın suyu çıxarılır. Daha sonra qulaq yoluna bir neçə damca tökə bilərsiniz.

Nanə cövhər yağı: ağrı olan nahiyəyə və qulaq arxasına çəkərək ağrıları azalda bilərsiniz.

Komfara yağı: uşaqlarda və böyüklərdə istifadəsi müsbət təsirə malikdir. Ağrı olan hissəyə çəkilir daha sonra isə qulağa pambıq qoya bilərsiniz. İstiliklə ağrı tamamilə keçə və ya azala bilər.

Qeyd edək ki, infeksiyalar xaricində qulaq infeksiyalarından qorunmaq üçün gigiyenaya diqqət göstərməli və sulu formada saxlamamalısınız. Həmçinin infeksiya keçirmisinizsə, ağrılar şiddətlidirsə həkimə müraciət etməyiniz tövsiyə edilir.

Xəstəliklər     Baxılıb: 906   Tarix: 11 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Çəpgözlük

Çəplik görmə funksiyalarının pozulmasıdır. xəbər verir ki, bir baxış istiqamətində gözün funksiyalarının doğru işləməməsindən qaynaqlanır. Bes ceplik nece duzeldilir?. Görmə kəskinliyi artırılır. İkili görmə varsa düzəldilir

Övrə nədir?

Dəri və selikli qişalarda olan kiçin qan damarından ətraf toxumaya plazma sızması nəticəsində yaranan şişliklərə övrə deyilir. xəbər verir ki, müxtəlif səbəblərdən yarana bilər. Övrənin yaranma səbəbləri:. Bəzi dərmanlarda

Real dünyadan uzaqlaşma, Derealizasiya nədir?

Derealizasiya nədir? Hansı problemlərə yol açır?. Derealizasiya, şəxsin real dünyanın xaricinə çıxıb öz şəxsiyyətindən və ətrafından uzaqlaşdığı və qopduğu dissosiyativ pozuntudur. Bu pozğunluq həmçinin düşüncəsizlik formad

Osteopatiya nədir?

Osteopatiya bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Yunanca "Osteon"(sümük), "pathos" (ağrı çəkmək) sözlərindən ibarət olan osteopatiyanın qarşılığı sümük ağrısı çəkmək mənasına gəlir. xəbə

Varikosel nədir?

Damar genişlənməsi, xaya ciyəsi venalarının genişlənməsi varikosel adlanır. Əksər zaman soltərəfli olur. xəbər verir ki, gənc insanların qənimidir və gizli irəliləyir. Ümumi müayinə olunarsa müəyyən edilə bilir. Bes varikose

İşığa həssaslıq, Fotofobiya nədir?

Fotofobiya nədir? Necə narahat edir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxumağınız tövsiyə edilir. Fotofobiya və ya işığa həssaslıq, adətən işığa qarşı hədsiz həssaslığı ifadə edən bir termindir. xəbər verir ki

Qulaq qripi nədir?

Qulaq infeksiyaları ən çox qarşılaşılan vəziyyətlərdən biri qulaq qripidir. xəbər verir ki, normalda orta qulaq boşluğunda hava mövcuddur. Qulaq zərinin iki tərəfində yəni orta qulaq ilə xarici qulaq yolu arasında təzyi

Kubital Tunel Sindromu nədir?

Dirsəyin uzun müddət təzyiqə məruz qalması və dirsəyin uzun müddət qatlanmas ilə edilən hərəkətlərin nəticəsi olaraq ortaya çıxan kubital tunel sindromu, əldə və barmaqlardakı ağrı, uyuşma və hissizlik ilə özünü bəlli edir


bogaz agrisi mede agrisi qarin agrisi tecili yardim