Uşaqlarda boğaz ağrısı və qızdırma

Uşaqlarda boğaz ağrısı və qızdırmaHavaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar.

Doktorinfo.az məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir.

Bes usaqlarda bogaz infeksiyasi neden olur?

Boğaz iltihabı ya da infeksiyası olaraq adlandırılan problem, üst tənəffüs yollarında görülür və virus mənşəli olaraq yayılır. Bəzi uşaqlarda isə soyuqdəymə zamanı meydana çıxır.

Əgər uşaq bağçaya, məktəbə gedirsə bu vəziyyətlə tez-tez qarşılaşmağı mümkündür. Adətən qış aylarında bu növ viruslar çoxalır. Uşaq kifayət qədər qidalanmırsa, immunitet sistemi güclü deyilsə, bu virusların vücudda yerləşməsi daha da asanlaşır.

Otaqların qapalı olması, havalandırmanın zəif olması xəstəliyin yayılma sürətini artırır. Uşaqlarda boğaz iltihabı 7 gün ərzində ortadan qalxa bilir.

Usaqlarda bogaz iltihabinin elametleri nelerdir?

Əgər bu əlamətləri müşahidə edirsinizsə, boğaz iltihabından şübhələnmək mümkündür:

Udqunmada çətinlik

Bogaz agrisi

Boğazda yanma

Ağrı

Yüksək qızdırma

Öskürək və ya asqırma

Boğazda qızarıqlıq, ağ yaralar

Sümük ağrıları

Halsızlıq

İştahsızlıq

Burun axıntısı

Bəzən qulaq ağrısı
Uşaqlarda boğaz ağrısı və qızdırmaUşaqlarda boğaz infeksiyasının növləri hansılardır?

Faringit – Mukozanın iltihablanması

Laringit – Qırtlaq iltihablanması

Tonsilit – Badamcıqların iltihabı

Həmçinin qrip və soyuqdəymə zamanı uşaqlarda boğaz ağrısı meydana çıxa bilər.

Usaqlarda bogaz infeksiyasinin mualicesi nece olur?

Mütəxəssislər adətən virus və ya bakteriya mənşəli boğaz infeksiyalarında antibiotik müalicəsini tövsiyə etmirlər. Çünki immunitet sistemi bu növ iltihablarla mübarizə aparacaq dərəcədə güclüdür. Boğaz ağrısı üçün ağrıkəsicilər, spreylər təyin edilə bilər.

Qeyd edək ki, əgər uşaqda yüksək qızdırma varsa və bu boğaz infeksiyasından qaynaqlanırsa, boğazdakı iltihab keçmədikcə hərarət dərmanla düşsə də yenidən daha çox yüksələcək. Bu səbəbdən boğaz iltihabı zamanı hərarətdən öncə şişkinliyi azaltmaq ilk məqsəd olmalıdır.

Belə anlarda uşaqların çoxlu maye qəbulu vacibdir. Çünki maye bədəndəki virusların xaricə atılmasına dəstək olur.

Ev şəraitində hansı tədbirlər görülə bilər?

Uşaqlarda boğaz ağrısı və qızdırmaEvi havalandırmaq lazımdır.

Siqaretdən istifadə edənlər varsa bundan imtina etməlidirlər. Çünki duman boğaz infeksiyasını artıra bilər.

Burun spreylərindən istifadə edilməlidir.

Bitki çaylarından istifadə edilə bilər. Bu zaman nanə, limon, çobanyastığı çayı, ballı süd faydalı ola bilər.

Uşaqlarda boğaz çirk edibsə bunun üçün 3 faizli pereksdən istifadə edə bilərsiniz.

Bunun üçün gərəklidir:

2 xörək qaşığı 3 faizli pereoksit

1 stəkan su

İlıq suya qeyd edilən miqdarda pereks əlavə edilir və qarışdırılır. Daha sonra qarqara edilir. Üzərindən 20 dəqiqə sonra isə hansısa boğaz spreyi püskürdülür. Belə ki, pereks boğaz çirkini dağıdacaq, sprey isə qurudacaqdır. Gün ərzində 3-4 dəfə təkrarlaya bilərsiniz.

Vurğulayaq ki, səhvə bu qarışım uşağın boğazına getsə narahat olmağa dəyməz. Ancaq körpə uşaqlar üçün mütləq həkimlə məsləhətləşmək vacibdir.

Məcbur yedizdirməkdən qaçınılmalıdır. Ağır, yağlı yeməklər bu növ xəstəliklər zamanı tövsiyə edilmir. Əvəzinə yüngül qidalar, sulu yeməklərin yeyilməsi tövsiyə edilir.
Əgər xəstəlik davam edərsə həkimə müraciət etmək vacibdir. Çünki boğaz iltihabı keçmədiyi zaman yüksək qızdırma kimi digər problem yaradan narahatçılıqlar da aradan qalxmayacaq.

Sağlamlıq Xəbərləri     Baxılıb: 2432   Tarix: 17 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Özgüvən əksikliyi

Özgüvən əksikliyi, şəxsin öz bacarıqları, dəyər və ya özgüvən mövzusunda duyduğu yetərsizlik hissidir. xəbər verir ki, bu vəziyyət sosial münasibətlərdə, iş həyatında və ümumi həyatda mənfi təsirlər yaradır. Özgüvən əksikliy

A vitamini nə üçün mühümdür?

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Qaş qaldırma proseduru nədir?

Yaşa bağlı olaraq vücudun digər nahiyələrində sallanmalar ola bilər. Bu isə qırışlarla meydana gəlir. İlk olaraq qaş və alın nahiyəsinə təsir göstərir. xəbər verir ki, qaş qaldırma estetikası ilə yanaşı şəxsdə görmə problemind

Dəri ləkələri

Ləkə müalicəsi, üz və ya vücudun hansısa nahiyəsində yaranan ləkələrin aparılması üçün edilən tibbi vəziyyətdir. Bəs dəri ləkələrinin səbəbləri nələrdir?. Dəri ləkələri barədə ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əld

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Böyümə hormonu nədir?

Growth hormonu və somatotropin kimi adlarla bilinən böyümə hormonu, beyindəki hipofiz vəzindən istehsal olunan, uşaqlarda və yeniyetmələrdə böyüməyə təşviq edən təbii hormondur. xəbər verir ki, vücudun əzələ və sümük quruluşunu

Əsəbi cilovlamağın yolları

Əsəb duyğusu əksər zaman qarşılanmayan gözləntilər, təmin olunmamış istəklər və istənilməyən nəticələrə verilən reaksiya olaraq yaranır. Əsəb nədir? Necə cilovlamaq olar?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadə


tecili yardim sekis babasil mualicesi qarin agrisi