Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək zamanı nə etməli?Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər.

Uşaqlar nə üçün öskürür?

Öskürək adətən tənəffüs yollarındakı zədələnmələrdən qaynaqlanır.

Öskürəyin səbəbi aşağıdakılar ola bilər:

Soyuqdəymə, üst tənəffüs yolu xəstəlikləri

Astma

Qrip

Sətəlcəm

Allergiya

Uşaqlarda gecə quru öskürək nədən olur?

Uşaqlarda öskürək zamanı nə etməli?Xüsusilə gecələr bəzi öskürəklər arta bilir. Allergiya və sinuzittə mukus boğazdan geriyə doğru axaraq, gecələri quru və dayanması çətin öskürəyə səbəb olur. Əgər uşağınız sadəcə gecələri öskürürsə astma və ya reflüks ola bilər.

Uşaqlarda bəlğəmli öskürək nədən olur?

Qrip, faringit kimi üst tənəffüs yolları infeksiyası bəlğəmli öskürəyə səbəb ola bilir. Uşaqlarda qızdırma və öskürək, tənəffüs yolları infeksiyasının əlamətidir. Allergik olan uşaqlarda bəlğəmli öskürək xüsusilə qış aylarında görülür. Burun tıxanıqlığı da bəlğəmli öskürəyə yol aça bilər. Müalicə edilmədiyi təqdirdə uşaqlarda sətəlcəm kimi ciddi xəstəliklərə yol aça bilir.
Öskürək, uşağınızın gündəlik həyatına mənfi təsir edə bilər. Əgər keçmirsə başqa xəstəliklərin əlamətləri ola bilər.

Uşaqlarda keçməyən öskürək varsa səbəbi bunlar ola bilər:

Astma

Reflüks

Doğuşdan gələn problem

Xronik sinüzit və s.

Daha böyük uşaqlarda keçməyən öskürəklər psixoloji ünsürlərdən də asılı ola bilər.

Uşaqlarda quru öskürəyə nə yaxşı təsir edir?

Öskürəyin səbəbi nə olsa da su, uşaqlarda bəlğəm atıcı olaraq ən təsirli üsuldur. Bu səbəbdən uşaq bol-bol maye qəbul etməsi daha tez sağalmasına dəstək olacaqdır.
Uşaqlarda gecə öskürəyi zamanı yatağın baş tərəfini yüksəltmək faydalı ola bilər. Bundan əlavə həkim təyinatı üzrə öskürək siropları verə bilərsiniz. İnhalyasiya da düzgün seçim ola bilər. Ancaq bunun üçün həkim göstərişi olmalıdır.

Uşaqlarda bəlğəmli öskürəyə nə yaxşı təsir göstərir?

Öskürən zaman uşağı üz üstdə saxlayıb belinə ehmalca vurmaq bəlğəmi çıxartmaqda təsirli ola bilər.
Gülxətmi dəmləməsi öskürək zamanı çox faydalıdır. Çaydan gün ərzində bir neçə dəfə içmək ağrı və öskürəkdən xilas olmağına dəstək olacaqdır. Əgər uşaq körpədirsə gün ərzində 3-4 çay qaşığı qədər qəbul etmək kifayət edəcəkdir.

1 şirniyyat qaşığı kərə yağını ərimə mərhələsinə gəldiyi zaman qazın altını keçirib üzərinə 1 şirniyyat qaşığı bəhməz əlavə edin. İlıq olduqdan sonra qəbul edilməlidir. Gecələr yatmazdan öncə və səhər yeməyindən sonra vermək effektli nəticə ola bilər.

1 stəkan isti südə 1 şirniyyat qaşığı sarıkök əlavə edin. Səhərləri və gecə yatmazdan öncə sarıköklü süd bəlğəmli öskürəyə yaxşı təsir edər.
Uşaqlarda öskürək zamanı nə etməli?Uşaqlarda öskürək hansı vəziyyətlərdə risklidir?

Uşağınız nəfəs almaqda çətinlik çəkirsə

Daimi, ağrılı, boğucu öskürək varsa

Qusma, göyərmə baş verərsə

Yuxusu, qidalanması pozularsa

Anidən istilik yüksələrsə

Sarı-yaşıl bəlğəm çıxararsa gözləmədən həkimə müraciət edin.

Sağlamlıq Xəbərləri     Baxılıb: 828   Tarix: 19 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ginekologiya nədir?

Ginekologiya qadın xəstəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Ginekoloq kimdir?. xəbər verir ki, ginekoloji problemləri müayinə və müalicə edən həkim isə yüksək ixtisaslı mütəxəssis, ginekoloqdur

Qaş qaldırma proseduru nədir?

Yaşa bağlı olaraq vücudun digər nahiyələrində sallanmalar ola bilər. Bu isə qırışlarla meydana gəlir. İlk olaraq qaş və alın nahiyəsinə təsir göstərir. xəbər verir ki, qaş qaldırma estetikası ilə yanaşı şəxsdə görmə problemind

Burqer xəstəliyi: Əlamətlər və müalicəsi

Burqer xəstəliyi, qollarda və ayaqlarda mövcud olan damarlarda inkişaf edən və nadir görülən xəstəlikdir. Siqaret istifadəsi ilə bağlı inkişaf edən və adətən kişilərdə görülən arteriya xəstəliyidir. xəvər verir ki, xəstəliyi

Qanda qlükozanın yüksəkliyi

Qanın tərkibində qlükozanın miqdarı bəzi insanlarda yüksək olur. Bu hal nədir?. xəbər verir ki, mütəxəssislər diabetdən öncəki vəziyyət kimi dəyərləndirirlər. Qanın yüksək olması maddələr mübadiləsini pozur ki bu da metaboli

Bağırsaq infeksiyası nədir?

Bağırsaq infeksiyası, xalq arasında ishal olaraq bilinən və gündəlik yaşayış tərzinə mənfi təsir göstərən infeksiya xəstəliyidir. Kiçik uşaqlarda daha çox müşahidə edilir. İshal, qusma, qarın ağrısı kimi problemlərə səbə

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

Aterosklerozun risk faktorları

Ateroskleroz nədir?. Ateroskleroz son zamanlar geniş yayılan problemlər arasında yer alır. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri damar sərtliyidir. xəbər verir ki, damar sərtliyi Aterosklerozdur. Aterosklero

Psixologiya nədir?

Psixologiya elmi nədir?. Psixologiya insan zehninin fəaliyyətini, davranışını və emosional təcrübələrini öyrənən elm sahəsidir. Tarixi qədimlərə dayanır. xəbər verir ki, psixolgiya insanın psixikasını, yəni ruh halını öyrənir

Hemangioma nədir?

Hemangioma, uşaqlarda görünən xoşxassəli damar şişidir. Damar endotelindən inkişaf edir. Doğuşdan sonra, bir ilə üç həftə ərzində dəri üzərində və ya altında meydana çıxır. Qız uşaqlarında daha çox müşahidə edilir. Yaranm


mede agrisi tecili yardim sekis boyrek agrisi