Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, nefrit xəstəliyiBöyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməsi nəticəsində meydana gələn bir növ sidik yolu infeksiyasıdır.

Doktorinfo.az xəbər verir ki, böyrək infeksiyası eyni zamanda "Piyelonefrit" adı ilə bilinir.

Boyrek iltihabinin elametleri nelerdir?

Sidiyə gedərkən yanma və ya ağrı hissi

Tez-tez sidiyə getmə
Böyrək iltihabı, nefrit xəstəliyiBulanıq, pis qoxulu və ya qanlı sidik

Göbək altı nahiyədə ağrı

Qarın və ya yanlarda ağrı

Bulantı, qusma

Yüksək qızdırma, üşümək, titrəmə.

Böyrək iltihabı adətən alt sidik yollarındakı infeksiyanın yayılması sonrası inkişaf etdiyindən əlamətlər də bu səbəbdən dəyişiklik göstərə bilər.

Boyrek iltihabi ne ucun olur?

Böyrək iltihabı, alt üriner sistemdən yəni məsanə və üretradan, böyrəklərdə irəliləməsi nəticəsində ya da genital sistem infeksiyaları sonrası başqa bir orqandakı infeksiyanın qan və lenfatik yollarla yayılması ilə meydana gələ bilər.

Boyrek iltihabinin, nefritin mualicesi necedir?

Əlamətlərin şiddətinə görə yüngül ağızdan alınan antibiotik dəstəyi ilə müalicə edilir.

Böyrək iltihabı kimlərdə olur?
Böyrək iltihabı, nefrit xəstəliyiXüsusilə qadınlarda müalicə edilməyən genital infeksiyalar sidik yollarına keçərək infeksiyanın inkişaf etməsinə səbəb ola bilərlər.

Vezikoüreteral reflü (məsanədəki sidiyin böyrəklərə doğru geri qaçmasına yol açan doğuş anomaliyaları) böyrəklərində digər doğuş anomalilər mövcud olan, böyrək daşları olan, az su içən, sidiyini tutan kimsələrdə böyrək infeksiyasının inkişaf etmə riski yüksəkdir.

Həmçinin diabet varlığında, nöropatik məsanə inkişaf etmişsə, mütəmadi sidik yolu problemi varsa və əməliyyat gərəkdirən əlamət prostat böyüməsi olan xəstələr riskli qrupdadır.

Böyrək infeksiyasına yol açan bakteriyaların böyük hissəsi bağırsaqlarda mövcud olan mikroorqanizmlərdir.

Böyrək iltihabının nəticəsində nə olur?

Uyğun müalicə edilməyən alt sidik yolları infeksiyasının boyreklere irelilemesi nəticəsində böyrək iltihabı inkişaf etməkdədir. Böyrəklərə çatan infeksiya nəticəsində xəstədə yüksək qızdırma, yan ağrısı, üşümə, titrəmə inkişaf edə bilər. Bu mərhələdə xəstəxanaya yatırılaraq uyğun antibiotik müalicəsi başlanılmalıdır. Tamamilə müalicə edilmədiyi təqdirdə infeksiya xronikləşəcəkdir və tez-tez böyrək iltihablanması meydana gələcəkdir.
Böyrək iltihabı, nefrit xəstəliyiNefrit ve diger boyrek xesteleri ucun risk faktorlari:

Yüksək təzyiq

Diabet

Piylənmə

Ürək xəstəlikləri

60 yaşdan yuxarı şəxslər

Boyrek iltihabi telukelidir?

Müalicə edilməsə böyrəklərdə zədə, böyrək çatışmazlığı, hipertoniya kimi ciddi vəziyyətlər ortaya çıxa bilər.
Bu səbəbdən zamanında müayinəyə gedilməli və zamanında müalicə başlanılmalıdır.

Böyrək iltihabında nə zaman həkimə gedilməlidir?

Sidiyə gedərkən yanma və ya ağrı, bulanıq, pis qoxunun gəlməsi, qarın ağrısı, böyrək nahiyəsində ağrı, məsanədə təzyiq hissi, hərarət böyrək iltihabının olmasından xəbər verir. Bu əlamətlər yaranıbsa müalicə başlanılmalıdır.

Böyrək iltihabının bitkilərlə müalicəsi mümkündür?

Daha çox maye qəbul etmək, C vitamininin qəbulu, probiotik bakteriyaların mövcud olduğu süd məhsullarından istifadə vəziyyətə müsbət təsirini göstərə bilər.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 1901   Tarix: 06 may 2024
f Paylaş

Oxşar xəbərlər

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Öd yolu xərçəngi nədir?

Öd yolunun ən çox görülən xəstəliklərindən biri öd kisəsi daşları, digəri isə şişlərdir. Öd yolu xərçəngi həzm sistemində inkişaf edən xərçənglər arasında 5-ci yerdədir. Vücud öd kisəsi funksiyasını yerinə gətirmədiyi zama

Bronxit nədir?

Bronxit, ağciyərlərə hava daşıyan bronxların mikroorqanizmlər, siqaret istifadəsi ya da allergenlər səbəbiylə mukus və xırıltı ilə ortaya çıxan iltihablanma vəziyyətidir. Hava yolları divarında olan bu iltihablanma hava yollarını

Şalazyon, göz qapağı kistası nədir?

Şalazyon, göz qapağı kistası, gözdə mövcud olan yağ vəzlərinin bir səbəbdən tıxanması ilə yaranan bir xəstəlik olaraq bilinir. xəbər verir ki, şalazyon, göz qapağınızda görülən kiçik, adətən ağrısız, yumru və ya şişlikdir

Çiyin ağrılarının səbəbləri

Çiyin ağrıları son zamanlar kifayət qədər yayılıb. xəbər verir ki, çiyin ağrısı çiyin və ətrafında hansısa səbəblərdən qaynaqlana bilir. Ciyin agrisinin sebebleri ve risk faktorlari nelerdir?. Sağ ya da sol çiyin ağrısı adətə

Hipertoniya: Əlamətləri və müalicəsi

Bütün dünyada ən çox görülən xəstəliklərdən biri hipertoniyadır. Orta yaşlı insanlarda daha çox müşahidə edilir. Yaşlı insanlarda xroniki hala çevrilə və nəzarətdə saxlanmadığı təqdirdə ölümə belə yol aça bilər. Yüksək təzyi

Senkop (Ürəkgetmə) nədir?

Senkop nədir?. Tibb elmində qarşılaşılan sual olub şəxslərin səbəbsiz huş itirmə vəziyyətlərində müayinə əsnasında xəstələrin tez-tez soruşduqları suallardandır. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz

Mastit nədir?

Mastit, adətən əmizdirmə müddətində süd vəzisində süd toplanmasına bağlı olaraq süd vəzi toxumasının iltihablanmasıdır. Mastit barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, əmizdirmə müddətind

Kifoz nədir?

Kifoz xəstəliyi kiçik ölçüdə olan zaman şəxsi çox narahat etməz, ancaq böyüdüyü zaman insan həyatında böyük problemlərə yol aça bilir. Kifoz problemi şəxsin gündəlik həyatında etdiyi iş və hərəkətlərdən qaynaqlanır. Kifo


mede agrisi boyrek agrisi tecili yardim bogaz agrisi