Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsi

Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsiAmiloidoz, amiloid adı verilən və sümük iliyində istehsal olunan bir zülalın orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasına səbəb olan nadir xəstəlikdir.

Doktorinfo.az xəbər verir ki, bəzi amiloidoz növləri ürək, böyrəklər, qaraciyər, ağciyərlər kimi müəyyən orqanlara təsir göstərərək vücudda yayılır. Nəfəs darlığı, yorğun hiss etmə, vücudda ödəm kimi əlamətlərlə ortaya çıxan amiloidoz xəstəliyinin müalicə olmasa da simptomları yaxşılaşdırmaq üçün tədbirlər görülə bilər.

Yayğın olaraq müşahidə edilən amiloidoz, orqanlara və toxumalara təsir göstərən geniş görülən növdür. Bəzi vəziyyətlərdə sistemik amiloidoz həyati təhlükə yaradaraq orqanın zədələnməsinə gətirib çıxara bilir. Lokalizə amiloidoz vücudun ancaq bir orqanına ya da hissəsinə təsir göstərər.

Vucuda nece tesir gosterir?

Uzun zəncirlər halında mövcud olan proteinlərin, enerji təmin etmə, vücuddakı mayeni tənzimləmə, immun sistemin gücləndirmə və vücudun müddətlərini tənzimləməyə qədər bir çox vəzifələri vardır. Zülallar vəzifələrini yerinə yetirdikdən sonra qan dövranını tərk edirlər. Amiloidoz zamanı isə zülallar anormal formada orqanlarda toplanır və beləliklə bu vəziyyət meydana gəlir.
Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsiAmiloidoz xesteliyinin elametleri nelerdir?

Növünə, təsir etdiyi nahiyəyə görə fərqlilik göstərə bilir. Ümumilikdə isə əlamətləri təqdim edirik:

Həddindən artıq yorğunluq

Oynaq agrilari

Gücsüzlük

Göz qızarıqlığı

Dəri rəngində fərqlilik

Nəfəs darlığı

Ayaqlarda uyuşma

Dil şişməsi və s.

Amiloidoz ne ucun olur?

Vücuddakı zülallar fərqlilik göstərdiyi zaman müəyyən orqanlara ya da toxumalara yerləşərək protein toplanmaları yaratdığı vəziyyətlərdə meydana gəlir. Bəzi hallarda amiloidoz, altda yatan problemlər zamanı meydana çıxır. 50 yaşdan yuxarı şəxslər arasında daha çox yayılıb.

Diaqnoz necə qoyulur?

Qanın analizi, sidik analizi, tomoqrafiya, ekokardioqrafiya və s. testlər istənilə bilər. Diaqnoz qoyulan zaman zədələnmiş orqanlar aşkar edilir.
Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsiAmiloidozun mualicesi

Amiloidoz növləri müxtəlif formalarda müalicə edilir:

Hədəfə yönəlik müalicə: Burada məqsəd genlərin ya da toxumaların müalicə edilməsidir.

Sümük iliyi və ya kök hüceyrə nəqli: Dəyişik plazma hüceyrələri olan sümük iliyini yox etmək və yerinə sağlam plazma hüceyrələrinin yaranması üçün yüksək miqdarda kimyaterapiya tətbiq edilə bilər.

Orqan nəqli: Qalıcı olan amiloidoz növlərinin müalicə etmək üçün şəxsin sağlamlıq vəziyyətindən asılı olaraq böyrək, qaraciyər, ürək transplantasiyası tövsiyə edilə bilər.

Spesifik zülal, genlərin ya da toxumaların hədəf alındığı müalicə sistemi əsas götürülür.

Simptomlarının azalması və yaşayış keyfiyyətini artırmaq üçün müxtəlif üsullardan yararlanmaq mümkündür.

Amiloidoz xəstələri üçün tövsiyələr:

Mütəmadi olaraq idman hərəkətləri etmək

Vücuda kifayət qədər duz almaq

Düzgün qidalanmaq

Yetərli miqdarda su içmək

Tütün məhsulları və spirtli içkilərdən uzaq durmaq

Şahanə Quliyeva

Sağlamlıq Xəbərləri     Baxılıb: 405   Tarix: 23 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

Özgüvən əksikliyi

Özgüvən əksikliyi, şəxsin öz bacarıqları, dəyər və ya özgüvən mövzusunda duyduğu yetərsizlik hissidir. xəbər verir ki, bu vəziyyət sosial münasibətlərdə, iş həyatında və ümumi həyatda mənfi təsirlər yaradır. Özgüvən əksikliy

Histamin nədir?

Histamin, insan vücudunda təbii olaraq mövcud olan, bitki və heyvanlar tərəfindən sintez edilə bilən bioloji amindir. xəbər verir ki, histidin tərkibli qida maddələri histaminə çevrilə bilir. Histamin ola bilməsi üçün ortamd

Vitamin əksikliyi vücudda özünü necə biruzə verir?

Vücud sağlamlığı cəhətdən böyük əhəmiyyət kəsb edən vitaminlər, əksildiyi zaman həyati risk daşıyan vəziyyətlərə səbəb ola bilər. Vitaminlər adətən çox əksilmədikcə hansısa problemi yaratmaz. Vitamin əksikliyini təbii yollarl

Yaz allergiyasından necə qorunmalı?

İsti günlərin, yaz fəslinin gəlməsi ilə allergiyanın artması mümkündür. Bu aylarda tumurcuqlar, polenlərə qarşı allergiyası olan şəxslərdə vəziyyətin pisləşməsi müşahidə edillə bilir. xəbər verir ki, bahar allergiyası bitk

Göz sulanması nədir?

Tibbi ifadəsi ilə epifora olan göz sulanması, gözlərin artıq göz yaşı istehsalı və ya göz yaşlarının olması gərəkdiyi kimi axmaması səbəbiylə meydana gələn vəziyyətdir. Göz sulanmasının səbəbləri barədə ətraflı məlumat üçü

İsti havalar hansı xəstəlikləri artırır?

Yazın gəlişi insan orqanizmində bir sıra dəyişikliklərə yol aça bilər. Yaranan hava dəyişkənliyi, təzyiq oynamaları, xəstəliklərə, ağrılara yol aça bilir. xəbər verir ki, bunlarla yanaşı qan-damar, ürək sisteminin fəaliyyətind

Yeməkdən sonra çay içmək bu xəstəliyi yaradır

Qanda hemoqlabin adlı zülalın insan orqanizmi üçün əhəmiyyətli dərəcəsi çoxdur. xəbər verir ki, bu zülalın aşağı düşməsi və ya qırmızı qan hüceyrələrinin sayının azalması qanazlığı problem yarada bilər. Anemiya isə ayrılıqd

Təzyiq ölçən zaman nələrə diqqət edilməlidir?

Təzyiq insan sağlamlığından xəbər verən əsas əlamətlərdən biridir. Ancaq hər formada təzyiq ölçmək doğru deyil. Bunun da düzgün üsulu mövcuddur. Bes evde tezyiq olcen zaman hansi sehvlere yol verilir?. xəbər verir ki, il


boyrek agrisi mede agrisi sekis hamilelik testi