Göy öskürək xəstəliyi nədir?

Göy öskürək xəstəliyi nədir?Göy öskürək, xalq arasında boğmaca da adlandırılan xəstəlik, yoluxucu üst tənəffüs yolu infeksiyasıdır. Hər yaşda görülə bilər, ancaq 1 yaş altındakı uşaqlarda boğmaca, ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xəstəlik, boğazın bordetella pertussis adı verilən bakteriyalarla yoluxması nəticəsində ortaya çıxar. Üst tənəffüs yolu infeksiyası şəklində başlayır və adətən aşağı hərarət, titrəmə, öskürək olaraq görülür. Daha sonra şiddətli öskürək krizləri ilə seyr edilir. Xesteliyin ağırlığı uşağın yaşına görə dəyişir. Erkən yaşda yoluxarsa xəstəlik ağır irəliləyər və ciddi problemlərə səbəb ola bilər. Boğmaca, sətəlcəm riski və beyin iltihabına səbəb ola bilən ciddi xəstəlikdir.

Bəs necə yoluxur?

Göy öskürək xəstəliyi nədir?Doktorinfo.az xəbər verir ki, hava-damcı yolu ilə yoluxma baş verir. Virusu daşıyan şəxslərin öskürməsi ya da asqırması ilə bakteriyalar havaya qarışıb teneffüs yoluyla digər şəxslərə yoluxur. Boğmaca diaqnozunun dəqiqləşdiyi zaman yoluxuculuğu daha yüksəkdir.

Uşaqları öskürən digər şəxslərdən uzaqda saxlamaq tövsiyə edilir.

Müalicə edilməsə xəstəliyə yoluxan şəxsin öskürəyin başlamasından üç həftə ərzində xəstəliyi başqalarına keçirə bilər.
Mikroba məruz qalmaqla xəstə olmaq arasındakı müddət adətən yeddi ilə on gün arasındadır, ancaq bu müddət üç həftə qədər də ola bilər.

Başlanğıcdakı əlamətləri aşağıdakılardır:

Adətən aşağı hərarət

Titrəmə

Burun axıntısı

Quru öskürək

Yorgunluq

Burun tıxanıqlığı

Asqırmaq

Adətən ikinci həftədən sonra şiddətli öskürəklə seyr edilən müddət başlayar.

Göy öskürək xəstəliyi nədir?Şiddətli öskürək krizləri 2-4 həftə ərzində davam edər. Uzun davam edən şiddətli öskürək krizlərlə başlayır və dərin nəfəs kəsilmələri və xırıltılar ola bilər. Adətən gecələri gələr. Qusmalarla nəticələnə bilər.

Göy öskürək kiçik uşaqlarda çox ciddi ola bilər. Öskürək krizləri sırasında uşaqda göyərmə, nəfəs durması ola bilər.
Göy öskürək xəstəliyi nədir?Kəskin öskürəkdən təzyiq səbəbiylə göz içində qanaxma baş verə bilər. Uzun müddət oskurek krizi səbəbiylə beyin oksigensiz qala bilər. Öskürək, daha böyük yaşdakı uşaqlar və böyüklərdə, müalicə səbəbiylə daha yüngül seyr edilə bilər.

Yaxşılaşma müddəti 1-3 həftə davam edər. Sağalmaq mərhələsində ikinci mərhələ əlamətləri geriləməyə başlayar. Şəxs normala dönmədən öncə öskürəkdə azalma görülür.
Yoluxduqdan sonra ilk 15 gün daha yüngül, digər 15 gün isə ağır öskürəklərə səbəb ola bilər. Sağalma müddəti olaraq adlandırılan son bir ayda isə gedərək azalır.

Şahanə Quliyeva

Uşaq xəstəlikləri     Baxılıb: 776   Tarix: 22 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar arasında yayılan rotavirus xəstəliyi nədir?

Rotavirus, xüsusilə 5 yaşdan aşağı uşaqlarda ishala səbəb olan çox yayılmış infeksiya növüdür. 9 fərqli növü mövcud olan rota virusların içərisində ən çox yayılan infeksiyaya səbəb olan qrup Rotavirus A formasıdır. 6-24 a

Müalicə edilməyən sarılıq beyinə zərər verir

Uzun müddət gözləntinin ardından uşağınızı qucağınıza almağın xoşbəxtliyi heç nə ilə ölçülə bilməz. Ancaq bəzi xəstəliklər, bu xoşbəxtliyə kölgə sala bilər. Xüsusilə də uşaqda görülən, bəzən bəsit görünən sarılıq belə ağı

Uşaqlarda mədə bulantısının səbəbləri

Mədə bulantısı ağrısız, xoş olmayan qusma hissinə yaxın olaraq bilinən şikayətdir. xəbər verir ki, mədə bulantısı adətən kimyəvi xəbərdarlıq və ya hərəkətə bağlı yarana bilən tam olaraq səbəbi açıqlana bilməyən bir vəziyyətdir

Uşaqlarda sümük kistaları

Uşaqlarda daha çox çiyin nahiyəsində görülən sümük kistləri bəzən heç bir əlamət verməsə də bəzən ağrı ilə özünü biruz verir. xəbər verir ki, sümüklərdə qırıqlara səbəb ola bilən kistlər nadir də olsa uşaqlarda qısalığa bel

Körpələrdə dayanmayan ağlamaq - Kolik problemi nədir?

Sağlam uşaqlarda sıx aralıqlarla, uzun müddətli və çox görülən ağlama və ya narahatçılıq vəziyyətinə kolik adı verilir. Valideynlər üçün bu dövr xüsusilə sıxıntılı və çətin bir haldır. Kolik körpələrdə krizlər adətən 6-c

Uşaqlarda qulaq ağrısı

Uşaqlarda qulaq ağrısı yayılan xəstəliklər sırasındadır. xəbər verir ki, adətən körpələrdə və 3-4 yaş aralığı uşaqlarda daha çox görülür. Bes daha cox usaqlarda gorulen qulaq agrisinin sebebleri nelerdir?. Soyuqdəymə - B

Uşaqları xəstəlikdən necə qorumalı?

Soyuq havalar, yazın gəlişi ərəfəsi zamanı havaların soyuq və ya isti keçməsi xəstəliklərin artımına səbəb olur. Bununla da uşaqların immunitet sistemi xüsusilə zəifləyir. Bu məqamda valideynlər bəzi nüanslara diqqət etməlidirlər

Əl-ayaq-ağız xəstəliyi olan "Koksaki virusu" nədir?

Son illərdə yayılan əl-ayaq-ağız xəstəliyi xüsusilə isti fəsillərdə daha çox müşahidə edilir. Bu xəstəliyə səbəb olan koksaki virusu insanların həzm sistemlərində yaşayıb artan, yayılan virus ailəsinin üzvüdür. Əksər zama

Ən yaxşı pediatr kimdir?

"Ən yaxşı həkim kimdir, "Dərdimizi kimə ünvanlayaq?" kimi suallar bir çoxlarının yaralı yeridir. Bu dəfə mövzumuzu "Bakıda ən yaxşı pediatr kimdir?" sualı ətrafında yazdıq. Bu barədə şəhərdə, sosia


babasil mualicesi qarin agrisi boyrek agrisi mede agrisi