Osteoxondrozun təbii yolla müalicəsi

Osteoxondrozun təbii yolla müalicəsiBu gün dünyanın bütün ölkələrində, hər insan onurğa problemləriylə qarşılaşır.

Doktorinfo.az məlumat verir ki, ən geniş yayılan xəstəliklərindən biri osteoxondrozdur. Statistikaya görə, dünyanın bütün sakinlərinin 80 aizi bu xəstəlikdən əziyyət çəkir.

Bes osteoxondroz nedir?

İntervertebral disklərin qığırdaq toxumasına təsir göstərən xronik xəstəlikdir. Qocalıqda qaçınılmaz problemdir, çünki zamanla onurğada atrofik dəyişikliklər meydana çıxa bilər. Onurğanın hansı qismində problem olmasından asılı olaraq üç tip osteoxondroz vardır:

Servikal

Sinə

Lomber.

Tibdə 4 osteoxondroz mərhələsi vardır:

Mərhələ 1 – Yüngül simptomlar olur. Adətən ümumi bir halsızlıq olur.

Mərhələ 2 – Ağrılar başlayır, onurğadakı qığırdaq toxumaların zədələnməsi meydana gəlir. Osteoxondroz narahatçılıq verməyə başlayır.

Mərhələ 3 – Onurğada ciddi dəyişikliklər baş verir, əyrilik və qambur görünür.

Mərhələ 4 – Geri dönüşü olmayan dəyişikliklərin meydana gəldiyi dövrdür. Ən xırda hərəkətdə belə ağrılar hiss olunur. Bu mərhələdə adətən xəstə şikəst qalır.
Osteoxondrozun təbii yolla müalicəsiOsteoxondroza sebeb olan faktorlar ve sebebler

Bir neçə səbəbi vardır. Onurğada patolojik dəyişikliklərə yol açan digər ən geniş yayılmış səbəblər:

Onurğa yaralanması

Metobbalik xəstəliklər

Stress

Fiziki gərginlik

Hərəkətsiz çalışma

Mənfi duruş

Narahat ayaqqabılar

Düz ayaq

Zəif bel əzələləri

Yuxu pozğunluğu

Hiportemiya

Vitamin əksikliyi

Hamiləlik

Osteoxondrozun elametleri

Əzələ spazmı

Baş gicəllənməsi

Osteoxondrozlu baş ağrıları

Sümük ağrıları və titrəmə

Artan yorğunluq

Bel ağrısı

Vertebral arter sindromu

Boyun ağrısı

Bu simptomlar daha çox yayılıb.

Növlərinə görə digər başqa əlamətlər də müşahidə edilə bilər.

Nece mualice edilir?
Osteoxondrozun təbii yolla müalicəsiDərman müalicəsi və vitamin qəbulu

Fizioterapiya müalicəsi

Artan yorğunluğu aradan qaldırmaq

Massaj, üzmə və gimnastika

Sanatoriyalarda istirahət.

Dərman müalicəsinin əsas məqsədi ağrını azaltma deyil, eyni zamanda qan dövranını yaxşılaşdırmaq, iltihabı azaltmaq və qığırdaq toxumasını əvvəlki halına gətirməkdir. Tabletlərdən ağrıkəsicilər və steroidal olmayan antiinflamatuar dərmanlar adətən reseptə yazılır. Qığırdaq toxumasını əvvəlki halına gətirmək üçün kondroprotektörlər təyin edilir. Məlhəmlər və kremlər də ağrını yüngülləşdirmək üçün istifadə edilir. Fizioterapiya, massaj təyin edilə bilər.

Müalicəyə qərar verdiyiniz zaman bunlarda diqqət göstərməlisiniz:

Müalicənin ildə iki dəfə, bir mualicə kursu etməlisiniz.

Həkimlərin bütün tövsiyələrinə riayət etməlisiniz.

Fiziki cəhətdən aktiv olmalısınız.

Osteoxondrozun tebii yolla mualicesi

Xalq təbabətindən istifadə

1 xörək qaşığı cəfəri toxumunu xırdalanıb 1 stəkan qaynar suda 1-2 saat müddətində dəmlənilir. 1 şirniyyat qaşığı qədər gündə 5-6 dəfə daxilə qəbul edilir.

Digər üsul

2 xörək qaşığı quşarmudu meyvəsinin üzərinə 500 ml qaynar su tökülür və 1-2 saat müddətində dəmlənilir. Daha sonra süzülür. Gündə 3-4 dəfə 1/3 stəkan qəbul edilə bilər.

Zəli və hicama da müsbət təsir göstərə bilir. Ancaq buna həkim göstərişi olmadan etdirmək tövsiyə edilmir.

Növbəti üsul:

1 kq ağcaqovaq qabığı, 1 kq tozağacı qabığı, 100 qr palıd qabığını xırda formada doğrayıb qarışdırmaq lazımdır. Daha sonra 1 xörək qaşığı qədər alıb üzərinə 1 stəkan qaynaq su əlavə edib 5-7 dəqiqə qaynatmaq lazımdır. Daha sonra isə süzülür. Bu qarışım gündə 1 dəfə olmaqla 1/2 stəkan həcmində qəbul edilə bilər.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 963   Tarix: 15 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Laringit nədir?

Laringit, qırtlaq və ya səs qutusu iltihabına verilən addır. Səs telləri həddindən çox istifadə edildiy zaman və ya infeksiyaya yoluxduğunda laringit ortaya çıxa bilir. Bəzi laringit xəstəlikləri zamanı səs duyulmaya bilər

Mədə qanaxması nədir?

Mədə qanaxması, reflüks, xərçəng kimi bir çox həzm sistemi pozğunluğunun əlaməti olaraq ortaya çıxar. Mədə qanaması haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, ani başlayan qanaxmalard

Amilaz əksikliyi nədir?

Amilaz nədir? Aşağı olmasının hansı rolları mövcuddur?. Bu və daha ətraflı sualların cavabı üçün məqaləni sonadək oxuya bilərsiniz. Amilaz həzm sistemində böyük rol oynayır. xəbər verir ki, qarışıq karbohidratları daha bəsi

Hipertoniya: Əlamətləri və müalicəsi

Bütün dünyada ən çox görülən xəstəliklərdən biri hipertoniyadır. Orta yaşlı insanlarda daha çox müşahidə edilir. Yaşlı insanlarda xroniki hala çevrilə və nəzarətdə saxlanmadığı təqdirdə ölümə belə yol aça bilər. Yüksək təzyi

Öd yolu xərçəngi nədir?

Öd yolunun ən çox görülən xəstəliklərindən biri öd kisəsi daşları, digəri isə şişlərdir. Öd yolu xərçəngi həzm sistemində inkişaf edən xərçənglər arasında 5-ci yerdədir. Vücud öd kisəsi funksiyasını yerinə gətirmədiyi zama

Ürək ritm pozğunluğu

Ürək ritm pozuntusu ürəyin müntəzəm döyüntü ritmini itirdiyi bir vəziyyəti ifadə edər. Ürək ritm pozuntusu haqqında daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, bu pozğunluqlar uşaqlardan böyüklər

Selenium nə üçün vacibdir?

Seleniumun nədir? Faydaları, əksikliyi barədə daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Selenium, vücudun fizioloji funksiyalarını yerinə gətirə bilməsi üçün gərəkli olan element hesab edilir. xəbər veri

Osteopatiya nədir?

Osteopatiya bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Yunanca "Osteon"(sümük), "pathos" (ağrı çəkmək) sözlərindən ibarət olan osteopatiyanın qarşılığı sümük ağrısı çəkmək mənasına gəlir. xəbə

Distoni xəstəliyi nədir?

Distoni problemi nədir?. Səbəb və əlamətləri barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Distoni, əzələlərin gərginləşdiyi, təkrarlayan bir hərəkət pozuntusu olaraq bilinir. Xüsusilə Parkinson kimi xəstəliklərdə


tecili tibbi yardim cinsi xestelikler hamilelik testi sekis