Ayaq ağrıları nədən qaynaqlanır?

Ayaq ağrıları nədən qaynaqlanır?Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər. Əzələ skelet sistemi üzərində görülən ən çox ağrı ayaqlarda yaranan ağrıdır.

Ayaq agrilarinin sebebleri neler ola biler?

Doktorinfo.az xəbər verir ki, ayaqda bir çox sümük, əzələ, sinir, yumşaq toxumalar və s mövcuddur. Bunlardan hansısa birində xəstəlik və ya zədələnmə baş verərsə ayaq ağrısının yaranmasına səbəb olur. Eyni zamanda gün ərzində ayaq üzərində çox durmaq, narahat ayaqqabı geyinmək kimi faktorlar da bu ağrıya yol aça bilər.

Sümük çıxıntıları, sümük qırığı, mazol, diabetik neyropati, düz daban sindromu, batıq ayaq dırnağı və s ən geniş yayılmış ayaq problemlərindən hesab edilir.
Ayaq ağrıları nədən qaynaqlanır?Ayaq ağrısının müalicəsi:

Gündəlik həyatda çox ciddi zədələnməyən ayaq ağrıları adətən evdə müalicə edilə bilər. Ancaq tətbiq edilən müalicə üsullarına baxmayaraq şikayətlər azalmayıbsa bu zaman mütəxəssisə müraciət etmək lazımdır. Ayağın hansisa bir nahiyesinde ağrının hiss edildiyi zaman buz tətbiq edərək ağrını qismən azalda, şişliyin qarşısını ala bilərsiniz. Ağrının şiddətinə və səbəbindən asılı olaraq ağrıkəsici və əzələ genişləndirici dərmanlar da istifadə edə bilərsiniz.

Əgər ayaqda bir qırığın və ya toxuma zədələnməsinin sebeb oldugu ağrı mövcuddursa və tam ağırlıq verilə bilmirsə dəstəyə ehtiyac vardır. Bu vəziyyətdə ayağı əlavə gücə salmağa ehtiyac yoxdur. Eyni zamanda ayağı bağlamaq və yüksəkdə tutmaq təsirli olacaq. Ayaqda meydana gələn həddindən çox şişmələrdə ağrılar şiddətlənə biləcəyi üçün mütləq buz kompresi tətbiq edilməlidir.

Duzlu və sodalı suda ayaq vannası etməklə də ağrıları azalda bilərsiniz. Bu həmçinin şişliklərin azalmasına kömək edəcək.

Usaqlarda ayaq agrisinin sebebleri

Ayaq ağrıları nədən qaynaqlanır?Uşaqlarda və yeniyetməlik zamanında idmanla məşğul olanlarda çox görülür. Bu yaralanmalarin 3-də biri ayaqlarda və bunların da çoxu diz nahiyəsində görülür. Uşaqlarda yaxşı planlaşdırılmamış və düzgün tətbiq edilməmiş hərəkətlər bu ağrılara yol açar. Uşaqlarda sümük, əzələ-tendon uzanmağı arasındakı uyğunsuzluq və ya uşaqların ağır idman hərəkətlər etməsi bu ağrılara yol aça bilər. Ancaq hər uşaqda görülməyə bilər.

Burxulmalar, gərgin məktəb həyatı, edilən idman məşqləri də ayaq ağrılarına səbəb ola bilər.

Ayaq ağrılarının əsas səbəblərindən biri də məhz D vitamini əksikliyi ola bilər. Əgər oynaqlarda ağrılar mütəmadi olaraq davam edirsə bunun səbəbi vitamin əksikliyi ola bilər. Bu səbəbdən qanda D vitamini göstəricisini öyrənin.

Ağrıların qaynağı fərqli ola bilər. Ön ayaq, orta və arxa ayaqdan meydana gələ bilər. Bu səbəbdən ağrının şiddətinə və zamanına diqqət yetirmək lazımdır. Əgər şiddətli ağrı keçmirsə travmatoloq-ortopedə müraciət etmək ən düzgün qərar olacaq.
Ayaq ağrıları nədən qaynaqlanır?

Sağlamlıq Xəbərləri     Baxılıb: 959   Tarix: 05 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuq hava hansı xəstəlikləri artırır?

Keçən soyuq havalar insan vücudunda müxtəlif problemlər yarada bilər. Dəridə quruluq, çatlama ilə yanaşı mövcud olan xəstəlikləri daha da kəskinləşdirə bilər. Orqanizmin havaya və kəskin iqlim dəyişməsinə reaksiyası meteopatiy

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Qanda qlükozanın yüksəkliyi

Qanın tərkibində qlükozanın miqdarı bəzi insanlarda yüksək olur. Bu hal nədir?. xəbər verir ki, mütəxəssislər diabetdən öncəki vəziyyət kimi dəyərləndirirlər. Qanın yüksək olması maddələr mübadiləsini pozur ki bu da metaboli

İsti havalar hansı xəstəlikləri artırır?

Yazın gəlişi insan orqanizmində bir sıra dəyişikliklərə yol aça bilər. Yaranan hava dəyişkənliyi, təzyiq oynamaları, xəstəliklərə, ağrılara yol aça bilir. xəbər verir ki, bunlarla yanaşı qan-damar, ürək sisteminin fəaliyyətind

Qida zəhərlənməsi

Qida zəhərlənməsi əlamətləri, həzm sisteminə təsir göstərən narahatçılıqları əhatə edir. Qida zəhərlənməsi nədir? Qida zeherlenmesinin səbəbi varmı?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər veri

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Təzyiq ölçən zaman nələrə diqqət edilməlidir?

Təzyiq insan sağlamlığından xəbər verən əsas əlamətlərdən biridir. Ancaq hər formada təzyiq ölçmək doğru deyil. Bunun da düzgün üsulu mövcuddur. Bes evde tezyiq olcen zaman hansi sehvlere yol verilir?. xəbər verir ki, il

Müalicəvi massajın faydaları

Digər adı ilə də bilinən Medikal massaj stress atma və rahatlamaq, bəzi xəstəliklərin müalicəsi üçün edilən massaj növüdür. Vücudun dövran sisteminə yaxşı təsir etməkdə və ümumilikdə ağrı, iltihablanma, sinir sıxışması kim

Travmatologiya nədir?

Bir çox xəstəlikləri müalicə edən travmatologiya tibbin bir sahəsidir. Travmalar, qəzalar nəticəsində insan vücudunda bir çox yanıqlar, sınıq, əzilmələr və s kimi hallar baş verir. Hansi xestelere travmatologiya sobesind


dis agrisi qarin agrisi mede agrisi hamilelik testi