Menstruasiya gecikməsinin səbəbləri

Menstruasiya gecikməsinin səbəbləriHansısa sağlamlıq problemi olmayan hər qadında 21 ilə 35 gün müddətində ya da təxminən 28 gün gündə bir dəfə menstruasiya baş verir. Bu period müddəti təxminən 2 ilə 7 gün arasında həyata keçir. Vücuddakı hormonların düzgün çalışması menstruasiya periodunun hər ay vaxtında olması üçün əsas faktordur. Minimum vaxtından 7 gün sonra da olmaması gecikmə olaraq adlandırılır. Bir çox fərqli səbəblərdən gecikmələr baş verə bilər.

Doktorinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, hər qadında menstruasiya gecikməsi baş verə bilər. Bir il ərzində 2 ya da 3 dəfədən daha çox bu hal yaşanarsa bu problemin mövcudluğunun xəbərçisidir. Ətraf faktor, stres, psixoloji faktorlar, mövsümi keçişlər, hormonal veziyyetler ya da istifadə edilən dərmanlar bu kimi vəziyyətə yol aça bilər.
Menstruasiya gecikməsinin səbəbləriQadının hamilə qalması ilə birlikdə menstruasiya qanaxması da kəsilir.

Menstruasiya gecikməsinin səbəbləri nələrdir?

Menstruasiya gecikməsinə səbəb ola bilecek bir çox fərqli səbəb mövcuddur. Ən geniş yayılanları təqdim edirik:

Hamiləlik: Adət gecikməsinə səbəb olan faktordur.

Xroniki xəstəliklər: Ömür boyu təsiri qalıcı olan xroniki xəstəliklər də bu adət gecikmələrinə təsir edə bilər.

Polikistik Over sindromu: Yumurtaların üzərində yer alan kistaların kişilik hormonlarını çox istehsal etməsi aybaşının gecikmesine səbəb ola bilər. Kişilik hormonunun çox olması kistaların artmasına səbəb olur, kistalar da kişilik hormonlarına təsir göstərər və bu döngə belə davam edər. Bunun müalicəsi dərman yolu ilə həyata keçir.

Çəki itkisi və ya çəkinin normadan çox olması: Əgər çəkiniz normal çəkinin 10 faiz altındadırsa vücudunuzun çalışma prinsipi dəyişər və bu da yumurtalamağa mənfi təsir göstərər. Artıq çəkili və hətta piylənmə olan qadınlarda da menstruasiya gecikməsi problemi baş qaldırır. Artıq çəki hormonal dəyişikliklərə səbəbiyyət verir və bu da aybaşı gecikməsinə zəmin yaradır.

Süd vermə müddəti: Bu müddət ərzində qadın menstruasiya olmaya bilər və ya gecikmələr yaşaya bilər.
Menstruasiya gecikməsinin səbəbləriHamiləlikdən qoruma dərmanları: İstifadə edən qadınlar gecikmələrlə tez-tez üz-üzə qala bilər. Dərmanlardan istifadə edilmədiyi təqdirdə gecikmələrin normaya dönməsi 6 ay kimi müddətdə baş verir.

Stres faktoru: Beyinin hipotalamus nahiyəsi menstruasiya dövrünü tənzimləyir. Stress əsnasında yaşanılan vəziyyətlər beyinə təsir göstərər və adət gecikməsinə səbəbiyyət verir.

Tiroid pozğunluqları: Şəxsin hipertroidi və hipotroidi olması da adət gecikdirici təsirə səbəbiyyət verə bilər.

Əlamətləri nələrdir?
Menstruasiya gecikməsinin səbəbləriKəskin qarın və bel ağrısı

Hamilə qalma potensialının olması

16 yaşına qədər reqlin olmaması

14 yaşına qədər süd vəzilərinin böyüməməsi və s.

Şahanə Quliyeva

Qadın xəstəlikləri     Baxılıb: 159   Tarix: 12 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Vaginal quruluq nədir?

Vaginal quruluq həyat keyfiyyətinə təsir göstərəcək ağrılı və acılı bir vəziyyət olaraq qarşınıza çıxar. Normal şərtlərdə vaginadakı astar, vaginanı qalın və elastik tutmağa kömək edən bir maye ilə əhatə olunur. xəbər veri

Cinsi münasibət zamanı ağrı... Disparoni nədir?

Cinsi münasibət əsnasında yaşanılan ağrı disparoni olaraq adlandırılır. Bu vəziyyət, cinsi sağlamlıq mövzusunda önəmli problemi təmsil edir. Disparoni, şəxslərin cinsi həyatına mənfi təsir göstərə bilər və müxtəlif səbəblər

Qadınların beyini bu səbəbdən quruyur

Siqaret kişilərdə ilk növbədə ürək-damar xəstəlikləri riskini artırdığı halda, qadınlarda tamam başqa ağır risk daşıyır. -a istinadən bildirir ki, bu nəticəyə ABŞ Arizona universitetinin genonika üzrə alimləri yeni elmi tədqiqatı

Radioterapiyanın xərçəng müalicəsində faydası varmı?

Süd vəzi xərçəngi Azərbaycanda da geniş yayılmış xəstəliklərdən biridir. Bu xəstəlikdə erkən diaqnoz böyük əhəmiyyət kəsb edir. Şişin ölçüsündən, formasından, növündən asılı olaraq müalicə üsulu tərtib edilir. Bəs süd vəz

Erkən klimaks

Klimaks qadınlarda 46-54 yaşlarında reptoduktiv funksiyaların sönməsi ilə xarakterizə edilən perioddur. Bu zaman estrogen və progesteron ifrazı azalır. məlumat verir ki, daha sonra hormonal pozuntu menstrual funksiyanın kəsilməsin

Hamiləlik niyə düşüklə nəticələnə bilir?

Hamiləliyin ilk aylarında düşüklər görülə bilər. Bu hal, özünü ağrı və qanaxma ilə göstərir. Bu, hamiləliklərin 10-25 faizində baş verir. Düşüyün qarşısını almaq üçün öncədən həkim müayinəsindən keçmək lazımdır. Hamiləlikd

Süd vəzi ağrıları - Hansı təhlükəlidir?

Süd vəzi ağrısı, bir çox qadının həyatının fərqli zamanlarında qarşılaşdığı geniş yayılan şikayətdir. Bu ağrı, hormonal, süd vəzi toxumasındakı dəyişikliklərdən ciddi sağlamlıq problemlərinə qədər bir çox faktorlardan qaynaqlan

Cinsi orqanda qaşınmanın müalicəsi

Xarici cinsiyyət orqanları nahiyəsindəki qaşınma bir çox qadınları narahat edir. Belə ki, vulva qadının xarici cinsiyyət orqanı olub, qasığın arxasında, aralığın önündə və böyük cinsiyyət dodaqlarının arasında yerləşir. Onlar

Onkoloqdan ÇAĞIRIŞ: Bu qidadan tamamilə imtina edin

Rusiya Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin qastroenteroloq, dietoloq və onkoloqu Artur Bernatski hazır qəhvədən tamamilə imtina etməyə çağırıb. -a istinadən bildirir ki, onkoloq qeyd edib ki, hazır qəhvələrdə praktik


babasil mualicesi boyrek agrisi cinsi xestelikler hamilelik testi