Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur.
Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə olan pekan qozu güclü antioksidantdır, protein, yağ qaynağıdır. Son illərdə istehsalı və istehlakı xeyli yayılan pekan qozunun faydaları saymaqla bitməz.

Bəs faydaları nələrdir?

Sahib olduğu yüksək antioksidant ilə immunitet sisteminin güclenmesinde rol oynayır

Qan dəyərinin tarazlanmasına kömək olur

Xolesterini aşağı salır

Ürək-damar sağlamlığını dəstəkləyir

Prostat narahatçılığının müalicəsində effektlidir, prostat xərçənginə qarşı qoruyucu xüsusiyyətə sahibdir

Diabet riskini azaldir

Beyin inkişafını dəstəkləyərək beyin hüceyrələrinin qorunmasına kömək edir

Yaddaşı gücləndirir

İnfarkta qarşı qoruyur

İştahı artırır və arıqlamağa kömək edir

Pekan qozu ilə arıqlamaq mümkündür?

Doktorinfo.az məlumat verir ki, uzunmüddət toxluq hissi verir, arıqlamağa kömək edir. Piylənmə və artıq çəkili şəxslər üzərində edilən araşdırmalar, düzgün arıqlamaq müddətinə bu qidanın dəstək ola biləcəyini göstərib.
Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?Pekan qozu necə istifadə edilir?

Əsas qida dəyərlərinə sahibdir. Ferqli yeməklərdə də istifadə edilə bilər. Məsələn, qatiq, yulaf əzməsinə qarışdırıla bilər, salatların üzərinə səpilir. Həmçinin keks, krep, peçenye kimi şirniyyatlarda da istifadə edilir.

Pekan qozu allergik reaksiyalara yol aça bilər?

Allergik reaksiyaları normal qozda olduğu kimidir. Qızarıqlıq, səpgilər, mədə bulantısı, qusma, qaşıntı kimi reaksiyalar ortaya çıxa bilər.

Normal qozla pekan qozunun fərqi nədir?
Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?Bəzi fərqlər mövcuddur. Pekan qozunun xarici qabığı normal qoza görə daha düzgün quruluşa sahibdir və daha incədir. Hətta qabığını, qoz qıracağına ehtiyac duymadan əllə rahatlıqla qıra bilərsiniz.

Dad baxımından da iki qoz arasında fərq vardır. Pekan qozu nisbeten daha şirin bitki növüdür. Zəngin qida tərkibi ilə də qozdan seçilir.

Ləzzəti və faydaları ilə dünyanın bir çox ölkəsində yetişdirilir. Avstraliya, Yaponiya, Meksika, Afrika, İsrail və digər ölkələrdə yetişdirilir. Son zamanlar Azərbaycanın rayonlarında da yetişdirilir.

Bu qozdan istifadə etmək adətən hansısa risk yaratmaz. Buna baxmayaraq yeyərkən diqqət edilməli olan məqamlar mövcuddur:

Badam, fısdıq, qoz kimi qidalara allergiyası olanların bu qoz növündən istifadələri tövsiyə edilmir.

Tərkibində oksalat adlı maddə olduğundan böyrək daşı riski olan şəxslərin pikan qozundan diqqətlə istifadə etməkləri tövsiyə edilir.

Ciddi sağlamlıq problemi olanlar bu növ qozdan istifadədən öncə həkimləri ilə məsləhətləşməkləri tövsiyə edilir.

Şahanə Quliyeva

Sağlam Qida     Baxılıb: 671   Tarix: 10 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Balqabaq tumu yağının möcüzəvi faydaları

A, B, E vitamini mövcud olan, omeqa 3, 6, potassium, dəmir, fosfor və maqnezium kimi minerallar baxımından olduqca zəngin olan balqabaq tumu yağı içərisindəki bütün bu maddələr sayəsində insan orqanizmi üçün olduqca faydalıdır

Yüksək təzyiq üçün bu qidanı yeyin

Təzyiq xəstəliyi bir çox insanı narahat edir. xəbər verir ki, təzyiqdən əziyyət çəkənlər təzyiqlərini daima nəzarətdə saxlamalı və dərman qəbul etməlidirlər. Yüksək təzyiq barədə ətraflı məlumatı saytımızda bu haqda yazıla

Xərçəng riskini aşağı salır - Kökün faydaları

Kök özünəməxsus dad və qoxuya sahibdir. Rəng cəhətdən bir neçə növü var. Faydaları isə hər rəngində olduqca yüksəkdir. Kökün, 85%-i sudan, 10 %-lik hisəsi lif və şəkərdən, qalan qismi az miqdarda yağ, protein, vitamin v

Böyrək xəstələri necə qidalanmalıdırlar?

Böyrək xəstəlikləri son zamanlar geniş formada vüsət alıb. Böyrək xəstələri qidalanmaqlarına da xüsusi diqqət göstərməlidirlər. Düzgün qida düzgün müalicə ilə birlikdə davam etdiyi zaman effekti olur. Tərkibində D vitamin

Qarpızın bilinməyən faydaları

Yay mövsümünün ən ləzzətli və sərinləşdirici dadlarından olan qarpız, vitamin və mineral tərkibi cəhətdən olduqca faydalı meyvədir. Qarpızın faydaları nələrdir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz

Əjdaha meyvəsinin faydaları və zərərləri

Əjdaha meyvəsi (Hylocereus Undatus) kaktus ailəsinə məxsus və rəngli meyvə növüdür. xəbər verir ki, əjdaha meyvəsi fərqli rənglərə sahib qabığı və iç meyvəsi ilə diqqət çəkir. Son illərin məşhur meyvələrindən hesab edilir

Alçanın faydaları

Alça, faydası bol olan yaz meyvələrindəndir. xəbər verir ki, fərqli növlərə, ləzzətə sahibdirlər. Yaşıl, qırmızı, sarı rəngləri ilə süfrələrin bəzəyidir. Alcanin qida deyeri nedir?. Kalori: 30 qr. Karbonhidrat: 8 qr. Lif

Alma qabığı və çayı meyvəsindən daha faydalıymış... Faydaları nələrdir?

Almanın faydalarından daha öncəki məqaləmizdə bəhs etmişdik. Ancaq əksər insan almanın qabığını soyaraq yeməyi seçirlər. xəbər verir ki, mütəxəssislər alma qabığının ən az alma kimi faydalarının olduqca çox olduğunu dil

Maqneziumun qəbulu nə üçün vacibdir?

Maqnezium, vücudun normal fəaliyyəti üçün olduqca vacib mineraldır. Vücut bu mineralı özü istehsal edə bilmədiyi üçün qidalar və ehtiyac olduqda əlavələr formasında qəbul edilməlidir. Enerjinin yaranması, qan təzyiqinin tənimlənməsi


mede agrisi sekis bogaz agrisi qarin agrisi