Vaginal quruluq nədir?

Vaginal quruluq nədir?Vaginal quruluq həyat keyfiyyətinə təsir göstərəcək ağrılı və acılı bir vəziyyət olaraq qarşınıza çıxar. Normal şərtlərdə vaginadakı astar, vaginanı qalın və elastik tutmağa kömək edən bir maye ilə əhatə olunur.

Doktorinfo.az xəbər verir ki, ancaq vaginal quruluq vəziyyətində toxumalar incəlir. Kifayət qədər nəmə sahib olmayan vaginada quruluq olur. Bu vəziyyət tualet ehtiyacını görmə, fiziki hərəkətlər etmək, oturma və cinsi münasibət əsnasında ağrıya səbəb ola bilər.

Vaginal qurulugunun sebebleri

Səbəblər arasında bir çox faktor ola bilər. Doğuş,

Doğuşdan qoruyan həblər,

Kimyaterapiya

Hormon müalicəsi,

Yumurtalıqların alınması,

Vagina və ətrafında qoxulu kosmetik məhsullar istifadəsi

Depressiya,

Siqaretdən istifadə,

Mütəmadi stresə məruz qalma

Diabetə bağlı olaraq quruluq yaşana bilər.

Vücuddakı estrogen səviyyəsinə və klimaksa bağlı olaraq da vaginada quruma ola bilər.
Vaginal quruluq nədir?Vaginal qurulugun elametleri

Cinsi münasibət zamanı ağrı

Vaginada qaşınma və yanma

Vulvada ağrı

Tez-tez sidiyə getmək

Ağrıya bağlı olaraq cinsi münasibətə girmək istəməmək

Qeyd edək ki, vaginal quruluğun diaqnozu ginekoloq tərəfindən qoyulur. Daha sonra vaginal müayinə edilir. Müayinə əsnasında, vaginada bir incəlmə və ya qızarıqlıq olub-olmadığı yoxlanılır.

Quruluq üçün müalicə üsulları

Vaginal quruluq müalicəsi üçün müxtəlif üsullar mövcuddur. Bu üsullar evdə təbii məhsullarla və ya həkim resepti ilə edilə bilər. Evdə edilən müalicələrdə üzüm çəyirdəyi, zeytun, kokos yağı kimi təbii məhsullar istifadə edilrək nəmləndirmək təmin edilə bilər.

Müxtəlif dərman vasitələrindən də istifadə edilə bilər. Bu həkim tərəfindən təyin edilir.

Quruluq vəziyyəti yaşamazdan və ya yaşadıqdan sonra təkrarlanmaması üçün diqqət etməyiniz gərəkən bəzi məqamlar mövcuddur:

Vaginal quruluq nədir?Kifayət qədər su istifadəsi lazımdır: Gündəlik olaraq su istifadəsinin kifayət miqdarda olması, vücudda və eyni zamanda vaginadakı nəm tarazlığını təmin edə bilər.

Düzgün qidalanma: Sağlam və düzgün qidalanma, vagina sağlamlığına müsbət istiqamətdə təsir edə bilir. Xüsusilə omeqa 3 cəhətdən zəngin qidalar, vaginanın nəm səviyyəsinə dəstək ola bilər.

Ətirdən istifadə etməmək: Vaginada qoxulu məhsullar və parfümlər istifadə etmək, vaginanın daxili tarazlığını poza bilir. Bu səbəbdən ətir və qoxulu kosmetik məhsullar istifadədən qaçına bilərsiniz.

Əlavələr: Əgər həkiminiz tövsiyə edirsə sizə uyğun olan vitamin və ya mineral əlavələrini istifadə edə bilərsiniz.

Qadın xəstəlikləri     Baxılıb: 118   Tarix: 09 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Menstruasiya gecikməsinin səbəbləri

Hansısa sağlamlıq problemi olmayan hər qadında 21 ilə 35 gün müddətində ya da təxminən 28 gün gündə bir dəfə menstruasiya baş verir. Bu period müddəti təxminən 2 ilə 7 gün arasında həyata keçir. Vücuddakı hormonların düzgü

Əkizlərin fərqli ataları ola bilərmi? - CAVAB

Həkimlərin "milyonda bir dəfə olur" dediyi heteropaternal superfekundasiya fenomeni bu dəfə televiziya proqramı ilə gündəmə gətirilib. . -a istinadən bildirir ki, tibbi olaraq heteropaternal superfekundasiya kim

Cinsi münasibət zamanı ağrı... Disparoni nədir?

Cinsi münasibət əsnasında yaşanılan ağrı disparoni olaraq adlandırılır. Bu vəziyyət, cinsi sağlamlıq mövzusunda önəmli problemi təmsil edir. Disparoni, şəxslərin cinsi həyatına mənfi təsir göstərə bilər və müxtəlif səbəblər

Süd vəzi xərçəngində hansı müalicə növü istifadə edilir?

Xərçəng, bədxassəli şişdir. Bu şişlərin böyüməsi, yayılması artıq sağlamlıq üçün böyük problemlərə yol açır. bədxassəli şişlərin böyüməsi, orqan və toxumalarda mövcud olduqları nahiyəni, həm də ona yaxın hissələri zədələməs

Lazerlə genital estetika nədir?

Lazerlər ginekoloji xəstəliklərin müalicəsində və genital estetikada istifadə edilir. Lazerlə genital estetik prosedurları non-invazivdir yəni cərrahi prosedurdu və ümumi anesteziya gərəkli deyil. Lazerlə tətbiq hansısa ək

Vaginal iltihabın müalicəsi

Vagina nahiyəsində ağrı, axıntı və qaşıntı kimi simptomlarla xarakterizə olan vagina iltihabı qadınların sosial həyatını və cinsi sağlamlığına mənfi təsir göstərən xəstəliklərdəndir. məlumat verir ki, müxtəlif səbəblərə bağl

Erkən klimaks

Klimaks qadınlarda 46-54 yaşlarında reptoduktiv funksiyaların sönməsi ilə xarakterizə edilən perioddur. Bu zaman estrogen və progesteron ifrazı azalır. məlumat verir ki, daha sonra hormonal pozuntu menstrual funksiyanın kəsilməsin

Qeysəriyyə doğuş nədir?

Qeysəriyyə doğuş gərəkli vəziyyətlərdə körpənin cərrahi olaraq alındığı doğuş üsuludur. Üstünlükləri və riskləri hər ana və uşağa görə dəyişir. Qeyseriyye dogus nedir?. Daha ətraflı məlumat üçün məqaləni axıra qədər oxuyun

Süd vəzi xərçənginin əlamətləri - Onkoloq sadaladı

Süd vəzisi xərçəngi qadınlarda ən çox yayılmış xərçəng növlərindən biridir. Təəssüf ki, xəstəliyin diaqnozu daha çox sonrakı mərhələlərdə aşkarlanır. -a istinadən Rusiyadan olan onkoloq-mammoloq Marqarita Maqdalyanovanı


boyrek agrisi mede agrisi cinsi xestelikler tecili yardim