Hamiləlikdə Herpes virusu təhlükəlidir?

Hamiləlikdə Herpes virusu təhlükəlidir?Hamiləlikdə yaşanılan problemlərdən biri dərinin müxtəlif nahiyələrində yaranan uçuqlar, səpkilərdir. Herpes simpleks olaraq bilinən bu problemə səbəb olan virus təmas yolu ilə hamiləyə yoluxduğu zaman diqqətli olmaq vacibdir.

Herpes nədir?

Hamiləlik vaxtında qadınlar bir çox problemlərlə qarşılaşa bilərlər. Bunlardan biri də herpesdir. Bu zaman dəridə içi su dolu ağrılı qabarcıqlar yaranır. Herpes illərlə heç bir fəsad, təhlükə törətmədən də yaşaya bilər. Ancaq bədən zəif düşən zaman aktivləşməsi mümkündür.
Virusun 8 tipi olsa da daha çox 3 formasına rastlanılır. Bunlardan ilki ağızda, burun və ətrafında görülən HSV 1-dir. Digər növü isə adətən genital nahiyədə yaranır. 3-cü forma isə sinir sinisteminə yerləşə bilən virusdur.

Necə ortaya çıxır?

Hamiləlik zamanı immunitet sistemi zəifləyə bilir. Bu ərəfədə yoluxma riski yüksək olur. Bundan əlavə düzgün qidalanmamaq, gigiyenaya diqqət etməmək kimi faktorlar da bu virusa yoluxdura bilər. Qrip kimi immuniteti daha da aşağı salan xəstəliklər də herpesə zəmin yaradır.
Hamiləlikdə Herpes virusu təhlükəlidir?Qarındakı dölə təsir edirmi?

Vücuda yerləşən viruslar ölmədiyi üçün hamiləlik zamanı təhlükəli hesab olunur. Çünki bu, həm ana, həm də uşağa mənfi təsir göstərir. Dölün tələf olmasına, uşaqsalma hallarına, beyin zədələnməsinə yol aça bilər.

Virus necə inkişaf edir?

Virusa yoluxduqdan 2 -10 gün arasında uçuqlar, səpkilər yaranmağa başlayır. Ağız, burun və ətrafında yaranan səpkilər qırmızı rəngdə, qabarıq, ağrılı olur, yanma hissi verir. Daha çox böyüyür, bir müddət sonra qabıqlanaraq tökülür.

Vaginal nahiyədə yaranan səpkilər zamanı sidiyə gedilmə çox ağrılı prosesə çevrilə bilir. Çünki həssaslıq, yanma hissi verir. Bu səbəblə qadınlarda vaginal axıntı, şişkinliklər müşahidə edilə bilər. Bundan əlavə halsızlıq, yorğunluq kimi simprtomlar da müşahidə edilə bilər.

Dəqiq araşdırma olmasa da hamiləlik vaxtı virusun dölə mənfi təsir etdiyi düşünülür. Çünki təsirdən asılı olaraq bu, bəzi hamiləliyin yarıda qalmasına, dölün tələf olmasına yol aça bilər.
Ağız və burunda yaranan uçuqların uşağa keçmə ehtimalı olduqca azdır. Ancaq vaginal nahiyədə yaranan uçuqlar zamanı çox diqqətli olmaq lazımdır. Doğuş başladıqda isə virusun uşağa yoluxma ehtimalını nəzərə alaraq qeysəriyyə əməliyyatı təyin edilə bilər. Beləliklə uşağın doğuş kanalı vasitəsilə virusla təması riski azalır.
Hamiləlikdə Herpes virusu təhlükəlidir?Necə qorunmalı?

Bu zaman antiviral dərmanlardan istifadə edilir. Burada məqsəd infeksiya riskini azaltmaqdır.

Gigiyenaya diqqət yetirmək lazımdır.

Hamiləlik zamanı immunitet sistemi mümkün qədər qorunmalı və gücləndirilməlidir.

Hamiləlikdə Herpes virusu təhlükəlidir?

Hamiləlik     Baxılıb: 487   Tarix: 31 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hamilə qadınlar belə qidalanmalıdır

Hamiləlik dövründə bir qadının qida ehtiyacları dölün böyüməsini və inkişafını dəstəkləmək üçün dəyişir. Balanslaşdırılmış pəhriz həm ananın, həm də körpənin sağlamlığını təmin etmək üçün çox vacibdir. -a istinadən bildiri

Hamiləlik hesablanması

Hamiləliyin hesablanması son menstruasiya tarixinə və normal hamiləlik müddətinin 40 həftə olduğuna əsaslanır. məlumat verir ki, hamiləliyin hesablanması doğum tarixini proqnozlaşdırmaq və hamiləliyin inkişafını izləmək üçü

Hamiləlikdə appendisit

Hamiləlikdə appendisit diaqnozu digər xəstələrə görə daha çətindir, çünki böyüyən uşaqlıq appendiks orqanını itələyərək yerini dəyişdirər. xəbər verir ki, appendiks normalda qarının sağ alt qisimində tapılır, yoğun bağırsa

Hamiləlikdə doppler müayinəsi nə zaman edilməlidir?

Ətraflı USM, vücudun müəyyən orqanlarını və ya sistemlərini araşdırmaq üçün yüksək frekanstda səs dalğalarını istifadə edən bir müayinə üsuludur. Bu texnologiya, orqanların quruluşunu ətraflı formada göstərir. Adətən hamiləli

Hamiləlik əlamətləri

Hamiləlik əlamətləri, hər qadında fərqli zamanlarda, fərqli formalarda ortaya çıxa bilər. Bəzi qadınlar, bu əlamətləri heç yaşamasa da, bəziləri bütün əlamətləri yaşaya bilər. məlumat verir ki, hamiləlik əlamətləri, adətə

Hamiləlikdə ürək problemləri

Hamiləlik zamanı xanımların ürək-damar sistemində bir çox dəyişikliklər yaranır. xəbər verir ki, bu dəyişikliklər 5-8-ci həftədən başlayır və doğuşdan bir müddət sonraya qədər davam edir. Doğuş müddətində isə ananın qan-dama

Hamiləlikdə böyrək daşı və müalicəsi

Böyrək daşı, hər zaman narahatçılıq yaradan problemdir. Hamiləlikdə isə bu vəziyyət daha da ağrılı hala çevrilə bilər. Hamiləlikdə böyrək daşının əlamətləri nələrdir?. Tək tərəfli böyrək ağrısı. Böyrəklərdə şişlik. Bulantı-qusma

Hamiləlik testi necə edilir?

Hamilelik testi bir çox qadının hamiləliklə bağlı suallarını cavablayan üsuldur. Hamiləliyin olub-olmamasını öyrənmək üçün qan və sidikdən analiz verilir. HCG hormonu qanda və ya sidikdə axtarılır. Bu, hamiləliyi təyin edə

Hamiləlik testi müsbətdir, amma döl yoxdur... - Boş hamiləlik nədir?

Boş hamiləlik, mayalanan yumurta rəhm içinə yerləşir, ancaq embriona çevrilmədiyi zaman baş verən düşmədir. Embrion olmasa da vücud hamiləlik hormonu koryonik gonadotropin istehsal etməyə davam edər. Bu müddətdə mədə bulantısı


sekis cinsi xestelikler bogaz agrisi tecili tibbi yardim