Gül yağının faydaları

Gül yağının faydalarıMürəbbə hazırlanmasında, qoxusu ilə bir çox fərqli sahələrdə istifadə edilən gülün özünün faydaları ilə yanaşı yağının da yararları mövcuddur.

doktorinfo.az gül yağının faydalarını təqdim edir:

Təbii dəri qulluğunda istifadə edilir – Gül yağı hüceyrələrin yenilənmə müddətini sürətləndirərkən yaranan zədələrin də sürətli bərpasını dəstəkləyir. Bu xüsusiyyətləriylə gül yağı uzun müddətdə dəridə qocalmağa qarşı təsir göstərir.

Antibakterial xususiyyetleri mövcuddur – Gül yağının antibakterial xüsusiyyətləri mövcud olduğundan deride yaraların daha sürətlə yaxşılaşmasına dəstək olur.

İltihabların yaxşılaşma müddətini sürətləndirir – Antibakterial xüsusiyyətləri ilə yanaşı antienflamatuar xüsusiyyətləri də mövcuddur. Bunun sayəsində vücudda yaranmış iltihabların daha sürətlə yaxşılaşmasına və zeiflemesine kömək olur.

Yanıq, kəsik və yaraların da sağalmasına dəstək olur – Mütəmadi istifadə zamanı dəridə yaranan yara, kəsiklərin daha sürətlə keçməsini təmin edir.

Dəriyə parlaqlıq qazandırır – Dəri rənginin bərabərləşməsində effektli rola malikdir. Tez-tez istifadə edilən təbii məhsullardan biridir. Dəriyə təbii parlaqlıq qazandırır.

İmmunitet sistemini gücləndirir – Gül yağının antioksidant xüsusiyyətləri də mövcud olduğundan vücudu xəstəliklərə qarşı qoruyur. Bunun sayəsində immunitet sistemini gücləndirdiyi də geniş olaraq bilinən faydaları arasındadır.
Gül yağının faydalarıMenstruasiya zamanında ağrıları yüngülləşdirir – Tez-tez yaşanılan ağrıların azalmasına dəstək olur. Bunun üçün az miqdarda gül yağıyla yüngül qarın nahiyəsinə massaj tətbiq etmək tövsiyə edilir.

Cinsi istəyi artırır – Qoxusu sayəsində cinsi istəyi artırır. Bu xüsusiyyətinin kişilər üzərində daha effektli olduğu bildirilir.

Vücuda enerji verir – Qan dövranını sürətləndirir. Maddələr mübadiləsi üzərində effektli rola sahibdir. Mütəmadi istifadə zamanı enerji verir. Şəxsin özünü daha enerjik hiss etməsinə səbəb olur.

Yuxusuzluq problemini həll edir – Uçucu yağlardan gələn rahatlaşdırıcı xüsusiyyəti ilə yuxusuzluq problem yaşayanlara da destek olur. Xüsusilə stress qaynaqlı yuxusuzluğa çarədir.
Gül yağının faydalarıNecə istifadə edilir?

Rahatlaşdırıcı xüsusiyyətini dəyərləndirmək üçün gül yağını vannanıza 10 damla qədər damlada billərsiniz. Bunun üçün vannanı su ilə doldurub içində gözləməlisiniz.

Və ya ayaqlarınız üçün içi su dolu vedrəyə bu yağdan damladıb 10-15 dəqiqə gözlətməyiniz lazımdır.

Gül yağını ballı, zeytun yağlı, E vitaminli fərqli dəri maskalarına daxil edərək istifadə edə bilərsiniz.

Şahanə Quliyeva

Xalq Təbabəti     Baxılıb: 225   Tarix: 04 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Yasəmən yağının faydaları

Gözəl qoxusu və özünə xas görüntüsü ilə seçilən yasəmən yağının bilmədiyimiz bir çox faydaları var. Yasəmən yağının faydaları nələrdir?. təqdim edir:. Vücuda müxtəlif tesirleri mövcuddur. Yasəmən yağı astiseptik və antibaktria

Daban ağrısının təbii müalicəsi

Daban ağrısı, yeriyişə, duruşa, vücudun hərəkətlərinə təsir göstərən problemdir. Ayaq əzələlərində, oynaqlarda və sümüklərdə meydana çıxan problemlər səbəbilə ayaq dabanında ağrı yarana bilər. məlumat verir ki, ayaq dabanınd

Üz qırışlarını necə azaltmaq olar? - Təbii vasitələr

Həm genetik həm də ətraf bir çox faktora bağlı olaraq zaman ərzində dərinizdə üzümüzdə qırışlar yaranmağa başlayır. Bu qırışların sayının çoxalması və dərinləşməsi də keflərin pozulmasına səbəb ola bilir. Üz qırışı nə üçü

Dəfnə yarpağının şəfalı möcüzələri

Dəfnə yarpağı qədimdən şəfalı, gözəl qoxulu bitki kimi bilinir. Bu bitkidən həm turşularda, həm yeməklərdə, alternativ tibdə istifadə edilir. Bes faydalari nelerdir?. Bəzən bərəkət bitkisi kimi də adlandırılan defne yarpağını

Böyrəkləri təmizləyən reseptlər

Böyrək insan orqanizmi üçün vacib orqandır. Vücudu zərərli toksinlərdən təmizləyir. xəbər verir ki, böyrəkləri çox yükləmək də doğru deyil. Toksin və ziyanlı maddələri orqanizmdən temizlemek üçün təbii vasitələrdən də istifad

Hər kəsin evində var - Sadə üsullarla ağrılardan xilas olun

Gündəlik hər insan müxtəlif ağrılardan əziyyət çəkə bilər. Bəzən ağrılar elə zaman başlayır ki həkimə müraciət edə bilmirik və ya maddi vəziyyət buna şərait yaratmır. Bu zaman ev şəraitində ağrılardan necə xilas ola bilərik?

Sarımsaqla qurd müalicəsi

Qurd problemi hər yaş qruplarında görülə bilir. Qıl qurdu isə ən geniş yayılan növüdür. xəbər verir ki, 5 ilə 14 yaş arasındakı usaqlarda daha çox müşahidə edilir. Yoluxucu xəstəlik olsa da öldürücü deyil. Bəzi xəstələrd

Kürək ağrısının təbii müalicəsi

Bel ağrısı nədən qaynaqlanır?. Kürək ağrısına nə yaxşı təsir göstərir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bel agrisinin sebebleri:. təqdim edir:. Duruş pozğunluqları. Uzun müddətdə masa arxasınd

Beyin damarlarını açan vasitələr

Beyin damarlarının tutulması bir sıra problemləri yanında yarada bilər. Bu hala bir çox faktor sebeb ola bilər. Hansı səbəbdən beyin damarları tutula bilər?. xəbər verir:. İrsi hal. Stress. İnsult. Yüksək şəkər. Qalxanvar


cinsi xestelikler hamilelik testi boyrek agrisi tecili tibbi yardim