Zəncəfilin faydaları və zərərləri

Zəncəfilin faydaları və zərərləriZəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir. Şirniyyatlara əlavə edilir, həmçinin çay formasında da istifadə edilir. Antibakterial xüsusiyyəti mövcuddur.

Zəncəfilin mədə və həzm sistemindəki faydaları:

Mədə şişkinliyi üçün faydalıdır.

Mədə ağrısı və mədə bulantısını keçirməyə kömək edir.

Kimyaterapiya qəbul etmiş şəxslərdə və hamilələrdə yaranan mədə bulantısının keçməsinə yardım edir.

Reflüks xəstəliyi zamanı effektlidir.

Bağırsaq pozulmalarına yaxşı təsir göstərir.
Zəncəfilin faydaları və zərərləriÜrək sağlamlığı və tənəffüs yolları üçün faydaları:

Mütəmadi istifadə edilərsə qan dövranını tənzimləyir, damarlardakı yağ toplanmasının qarşısını alır.

İnfarkt riskini azaldır.

Xolesterinin düşməsinə kömək edir.

Nəfəs darlığı üçün zəncəfil yağından istifadə edə bilərsiniz.

İnfeksiyalara qarşı təsirləri

İmmunitet sistemini gücləndirir və vücudun infeksiyalara qarşı daha sürətli reaksiya verməsini təmin edir.

Antiseptik xüsusiyyəti, mədə və bağırsaq infeksiyalarının keçməsində kömək edir.

Göbələk infeksiyalarının yaxşılaşmasına ən təsirli bitkidir.

Ağrılara qarşı təsirləri

Sinir uclarında mövcud olan müxtəlif hüceyrələrə təsir edir və ağrını keçirdir.

Menstruasiya ağrılarının keçməsinə kömək edir.

Diz ağrısı üzərində də təsiri mövcuddur.

Zəncəfilin faydaları və zərərləriZəncəfilin zərərləri nələrdir?

Çox istifadə zamanı mədə yanması və mədə turşuması kimi problemlərə yol aça bilər.

Qan sulandırıcı xüsusiyyəti mövcuddur.

Yeni zəncəfil yaxşı çeynənilərək istifadə edilməzsə bağırsaq tıxanıqlığına yol aça bilər.

Öd daşı olan şəxslərə mənfi təsir göstərir.

Hamiləlik müddətində diqqətlə istifadə edilməlidir. Çox istifadə zamanı düşük riski yarana bilir.

Çox istifadə edildiyi zaman ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Zəncəfil necə istifadə edilir?

Təzə zəncəfil, istilik və oksigenə qarşı dayanıqsızdır. Təzə zəncəfil kökü, hava almayan sərin yerdə saxlanılmalıdır. Soyuqdəymə zamanı effektlidir. Zəncəfil tozunun bir şirniyyat qaşığından çox istifadə edilməməsi tövsiyə edilir. Bu miqdarlar immunitetə görə fərqlilik göstərə bilər. Kəskin dadı olduğundan yeməklərə az əlavə edilməsi tövsiyə edilir.

Sağlam Qida     Baxılıb: 1149   Tarix: 04 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Artıq duz istifadəsinin vücuddakı əlamətləri

Bəzi insanlar duzsuz süfrəyə oturmur. Ancaq duzun yeməyə qatdığı ləzzət qədər zərəri də bir o qədərdir. Bu, ən az şəkər qədər zərərlidir. xəbər verir ki, mütəxəssislər, insan vücudunun gündəlik duz ehtiyacının 6 qram olduğun

Yumurtanın faydaları və zərərləri

Yumurta, faydası çox olan əsaslı qidalardan biridir. Bir ədəd yumurtanın həm bəyaz qismi, həm də sarı hissəsi, protein, vitamin və mineral baxımından olduqca zəngindir. Xüsusilə səhər yeməklərində yemək olduqca faydalıdır

Çox dərdin dərmanı - Soğan suyunun faydaları və zərərləri nələrdir?

Soğan mətbəxlərdən əksik olmayan, hər yeməkdə istifadə olunan tərəvəzdir. Təbii antibiotik olan soğanın suyu da insan sağlamlığı üçün əvəzsizdir. Bəs soğan suyunun faydalari nələrdir?. təqdim edir:. Güclü antioksidantdır

Artıq tullamağa ehtiyac yoxdur - Qatıq suyunun faydaları

Qatığın insan orqanizmi üçün bir çox faydaları mövcuddur. Əksər zaman isə qatığın üzərinə toplaşan artıq suları isə atırıq. Mütəxəssislər isə atılan suyun əslində olduqca faydalı olduğunu dilə gətirirlər. xəbər verir ki

Yediyimiz ətin faydaları və zərərləri

Ölkəmizdə hazırlanan yeməklər zamanı ən çox seçilən qırmızı ət növləri adətən dana və qoyun ətidir. Qırmızı ətdən hazırlanan yeməklər zamanı, heyvanın hansı hissəsinin bişiriləcəyi də vacibdir. Çünki ətin daha sərt, yumşaq

Xəstəliklərdən sağaldan şəfalı bitkiləri nə qədər tanıyırıq?

Təbii məhsulların artıq çətin tapıldığı və çox dəyərli olduğu zamanda yaşayırıq. Çünki tərkibi dəyişən qidalar sağlamlıq cəhətdən bir çox problemə zəmin yaradır. Bəs hansı şəfalı bitkiləri tanıyırıq və nə qədər məlumatlıyıq?

Sink nədir?

Sink, vücudumuz üçün həyati önəm daşıyan mineraldır. Sink nə üçün vacibdir? Sink hansı qidalarda mövcuddur?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bu mineral, bir çox kimyəvi maddələr reaksiyasını

Pəhriz zamanı nələri səhv edirik?

Arıqlamaq bir çox xanımın arzusudur. Bu baxımdan bir çox pəhriz növlərinə əməl edilir. Bəs hansı yanlışlar düzgün formada arıqlamağın qarşısını alır?. Pəhriz zamanı nələrə diqqət edilməlidir?. Çox aşağı kalorili qidalanmayın

Çoxlarının müraciət etdiyi Propolisi əslində istifadə etmək olarmı?

Propolis, arıların yarpaq tökən ağacların tumurcuqlarından və qabıqlarından topladığı, balmumu polen və tüpürcək ifrazatları ilə zənginləşdirdikləri bir maddədir. Arılar propolisi pətəkləri dezinfeksiya etmək, tikinti material


mede agrisi tecili yardim sekis boyrek agrisi