Çia toxumunun faydaları və zərərləri

Çia toxumunun faydaları və zərərləriÇia toxumu, Amerika bitkisidir. Kiçik, qara və ya ağ rəngli toxumlar formasındadır. Tərkibində yüksək miqdarda lif ilə Omega 3 mövcuddur.
Yüksək lif miqdarı ilə həzmi asanlaşdırır və toxumlar şişərək uzunmüddətli toxluq hissi yaradır. Tərkibi insan sağlamlığı üçün faydalıdır.

Gündəlik nə qədər istifadə edilməlidir?

Gündəlik vitamin ehtiyacı üçün 1-2 xörək qaşığı qədər çia toxumu istifadə edilməlidir.

100 qram çia toxumunun tərkibi aşağıdakı kimidir:

Kalorilər: 486

Yağ: 31 q

Trans yağ: 0,1 q

Xolesterol: 0 mq

Sodium: 16 mq

Potasium: 407 mq

Karbonhidratlar: 42 q

Pəhriz lifi: 34 q

Şəkər: 0

Protein: 16

Kalsium: 631 mq

Dəmir: 7,7 mq

Maqnezium: 335 mq
Çia toxumunun faydaları və zərərləriFaydaları nələrdir?

Qlutenə həssaslığı olan insanlar üçün istifadə edilə qidalar olduqca əhəmiyyət kəsb edir. Qlutensiz qidaları istifadə etməli olan şəxslər, rahatlıqla çia toxumundan istifadə edə bilərlər.

Antioksidant tərkibi ilə qocalmağın qarşısını alır

Bağırsağın funksiyasını asanlaşdırır, qəbizlik problem zamanı faydalıdır

Dəri sağlamlığı üçün olduqca faydalıdır

Həzmi asanlaşdırır, bağırsaqların daha yaxşı çalışmasını təmin edir. Qəbizlik zamanı effektivdir

Ürək sağlamlığını qoruyur

Enerji verir

Maddələr mübadiləsinin fəaliyyətini tənzimləyir

Xərçənglə mübarizə aparır

Sümük sağlamlığını qoruyur

Hamilə qadınlar tərəfindən istifadə edilir

Kalsium qaynağıdır.

Bu toxum necə istifadə edilir?

Yeməzdən öncə bunlara diqqət etmək vacibdir:

Toxumları islatmaq üçün su qatılmalıdır.

Jeleye bənzər qatılığı alması üçün minimum bir saat suda gözlədilməlidir.

Bişirilmədən istifadəsi daha əsasdır. Çünki bu zaman qida dəyəri ölmür. Yeməklərdə, salatlarda bir çox fərqli formalarda istifadə edilə bilər.

Bəs kimlərin istifadə etməsi düzgün hesab edilmir?
Çia toxumunun faydaları və zərərləriTəzyiq dərmanlarının əks təsirlərini artıra bilir.

Allergik qida olduğundan allergiyalı insanlar istifadə edərkən diqqətli olmalıdırlar.

Udma çətinliyi olan insanlar istifadə etməməlidirlər.

Digər faydaları

Çia toxumu yağ ilə əriyən A, D, E, K vitaminləri ilə zəngindir.

Diabet 2 riskini azaldır. Belə xəstələr arasında aparılan araşdırmalara əsasən, qan təzyiqi və iltihabın azaldığı müşahidə edilib.

Sümükləri gücləndirir.

Tərkibindəki kalsium tərkibi ilə sümükləri daha güclü edir.

Diş sağlamlığını qoruyur – Kalsium ilə fosforla yanaşı A vitamin və sinklə zəngin olan çia toxumu dişləri qorumaq üçün istifadə edilən qidalar arasında yer almaqdadır. Kalsium, diş sağlamlığının əsas təməl qaynağıdır. Sink isə mikrobları öldürür, bakteriyaları ağızdan kənarlaşdırır.

Çia toxumunun Hamiləlikdə yararları

Hamiləlik vücudun önəmli qida maddələri istifadə edilə bilər.

Yüksək qan şəkəri hamiləlikdə problem yarada bilər. Çia toxumu qan şəkərini tarazlayaraq riski aşağı salır.

Hamiləlik zamanı kalsium qəbulu olduqca vacibdir. Çia toxumu isə kalsiumla zəngindir.

Çia toxumu arıqladır?

Yüksək lifli qidalar uzunmüddət toxluq hissini təmin edir. Liflər yüksək miqdarda suyu əmir və mədədə həcmi artırır, qida sovrulmasını azaldır.

Çia toxumunun zərərləri varmı?

Həddindən çox yeyildiyi zaman mədə problemlərinə yol aça bilər. Bol su ilə istifadə etmək daha vacibdir. Tövsiyə edilən miqdar, gün ərzində 2 dəfə 20 qr (1,5 xörək qaşığı) qədərdir.

Sağlam Qida     Baxılıb: 8156   Tarix: 05 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Limonun faydaları

Xəstə olduğumuz zaman C vitamini üçün bolca istifadə etməyə çalışdığımız limonun bir çox faydaları mövcuddur. xəbər verir ki, limondan istifadə etmək üçün bir çox səbəb vardır. Limonun faydalari nelerdir?. Limon immunitet

Ödəmi bədəndən atmağın yolları

Vücuddakı maye toplanması ilə əlaqəli olaraq toxumaların şişməsi vəziyyətinə ödəm adı verilir. xəbər verir ki, mayenin vücud toxumalarında çox artıq yer alıb sıxışmasına bağlı olaraq ortaya çıxan ödəm adətən əl-ayaq biləklər

Xəstəliklərin qənimi - İtburnu bəhməzinin faydaları nələrdir?

İtburnu bitkisi insan sağlamlığı üçün olduqca vacib və əhəmiyyətli bitkidir. Bu barədə öncəki məqaləmizdə bəhs etmişdik. xəbər verir ki, itburnu çayı, bitkisi faydalı olduğu kimi, bəhməzinin də yararları olduqca mühümdür

Pəhriz zamanı nələri səhv edirik?

Arıqlamaq bir çox xanımın arzusudur. Bu baxımdan bir çox pəhriz növlərinə əməl edilir. Bəs hansı yanlışlar düzgün formada arıqlamağın qarşısını alır?. Pəhriz zamanı nələrə diqqət edilməlidir?. Çox aşağı kalorili qidalanmayın

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. [redurl=5]. Çörəkotunun mətbəxlərd

Artıq duz istifadəsinin vücuddakı əlamətləri

Bəzi insanlar duzsuz süfrəyə oturmur. Ancaq duzun yeməyə qatdığı ləzzət qədər zərəri də bir o qədərdir. Bu, ən az şəkər qədər zərərlidir. xəbər verir ki, mütəxəssislər, insan vücudunun gündəlik duz ehtiyacının 6 qram olduğun

Bir çox problemin düşməni olan qurudulmuş xurmanın faydaları nələrdir?

Qurudulmuş xurma bir çox xəstəlik üçün şəfa mənbəyi hesab olunur. xəbər verir ki, ürək problemləri, təzyiq, şəkər kimi bir çox narahatlıqlar zamanı effektli təsirə malikdir. Payız-qış mövsümünün ən dadlı nemətlərindən biridir

Sarımsağın möcüzəvi faydaları

Sarımsaq, yeməklərə ləzzət qatan və xalq arasında möcüzəvi qida olaraq qəbul edilən bitkidir. İmmuniteti gücləndirməsi, qan təzyiqini, qan şəkərini və xolesterini aşağı salması sarımsağın faydaları arasında yer alır. Sarımsaq

Qarğıdalının faydaları və zərərləri

Bir çox insanın sevərək yediyi qidalardan olan qarğıdalının tərkibi lif və vitaminlərlə zəngindir. Qarğıdalının faydaları və zərərləri nələrdir?. Qarğıdalının nəyə faydalı və ya zərərli olduğunu bilmək üçün məqaləni sonadə


tecili yardim bogaz agrisi babasil mualicesi tecili tibbi yardim