Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Nəfəs darlığı hansı problemin xəbərçisidir?Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiyi hər anı hiss edər. Nəfəs darlığı, nəfəsin çatmaması, hava aclığı ehtiyacı, tənginəfəs qalmaq kimi əlamətlərlə üzə çıxar. Həmçinin istirahət zamanı anidən döş qəfəsində sıxlaşma hissi, dərin nəfəs almaq ehtiyacı bu narahatçılığın ən çox bilinən xüsusiyyətləridir. Bu vəziyyət ürəyin artıq yüklənməsindən qaynaqlana bildiyi kimi, ağciyər xəstəliklərindən də xəbər verə bilər.

Bu hal şəxsin gündəlik həyatına mənfi təsir göstərir. Bəzi vəziyyətlərdə ağciyərə bağlı olaraq yaranan nəfəs darlığı, ürək problemlərinə ya da tamamilə psixoloji səbəblərə bağlı olaraq da görülə bilər. Bu səbəbdən nəfəs darlığı, ağciyərə bağlı səbəblər və ağciyər xaric digər səbəblər olaraq iki ayrı forma olaraq dəyərləndirilir. Ancaq ağciyər və ya ürək problemi yaşayan xəstələr deyil, burun quruluşunda əyrilik, şişlik olanlar, sümük problemi olan xəstələrdə nəfəs alıb-vermədə problem yaşana bilir.

Xüsusilə nəfəs darlığına səbəb olan faktorlar aşağıdakı kimidir:

Siqaretdən istifadə ağciyərlərə zərər verdiyi üçün nəfəs darlığına səbəb olur. Xüsusilə əlamətləri yaş irəlilədikcə ortaya çıxır. Bu vəziyyət passiv istifadəçilər üçün də keçərlidir. Siqaret dumanına məruz qalan birisinin də irəlidə nəfəs darlığı problem yaşaması ehtimalı yüksəkdir.

Hava və ətraf kirliliyi də nəfəs darlığına səbəb olmaqdadır. Kirli hava ağciyərlərə zərər verir və bu vəziyyət zaman daxilində ortaya çıxır.
Nəfəs darlığı hansı problemin xəbərçisidir?Nəfəs darlığının əlamətləri:

Anlıq titrəmə

Dayandırıla bilməyən öskürək problemi və bu problem anidən başlaya bilir

Vücudun yorğun düşməsi

Şəxsin ağciyərlərində yaşadığı ağrılı vəziyyət

Nəfəs darlığı problemi

Xırıltılı nəfəs almaq

Öskürək ilə birlikdə yaşanan əzələr ağrıları

Sürətli ürək döyüntüsü

Arıqlamaq

Akut və ya fərqli deyimlə anidən ortaya çıxan nəfəs darlığının səbəbləri isə bu formada sıralanır:

İnfarkt

Ürək çatışmazlığı

Qan itkisi

Tənəffüs yolu tıxanıqlıqları və yad cism varlığı və s.

Xronik olaraq görünən nəfəs darlığının səbəbləri:

Piylənmə

Ağciyər xəstəlikləri (siqaret istifadəsi, KOAH)

Yaşlılıq

Astma

Ürək böyüməsi

Damar tıxanıqlığı

Qeyd edək ki, qanazlığı yaşayan şəxslərdə də nəfəs darlığı görülür. Çünki anemiyada oksigeni daşıyacaq olan hemoqlabin səviyyəsi düşür. Nə qədər hava alınsa da oksigen düşdüyü üçün toxumalar hipoksik yəni oksigensiz qalır və şəxsdə nəfəs darlığı hissi yaranır.

Nəfəs darlığı hansı problemin xəbərçisidir?Tiroid xəstəliklərində də nəfəs darlığı müşahidə edillə bilər. Bu zaman tiroid homonu kifayət qədər çalışmır və maddələr mübadiləsi yavaş çalışır.
Böyrək xəstəliklərində xüsusilə böyrək çatışmazlığı zamanı nəfəs darlığı meydana çıxa bilər.

Nəfəs darlığının diaqnozu necə qoyulur?

Xəstənin tibbi keçmişi mütəxəssis tərəfindən ətraflı araşdırıldıqdan sonra fiziki müayinələr edilir. Gərəkli gördüyü vəziyyətdə həkim, ağciyər qrafiki, qan analizləri, tənəffüs funksiya testləri, tomoqrafiya və s. kimi fərqli radioloji və laboratoriya analizləri tələb edilə bilər. Nəticələrə uyğun müalicə tərtib edilir.

Şahanə Quliyeva

Sağlamlıq Xəbərləri     Baxılıb: 648   Tarix: 07 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Lordoz və kifoz nədir?

Onurğa deformasiyaları bir çox insanda görülən problemlərdəndir. xəbər verir ki, onurğa deformasiyası onurğa sütununun normal əyriliklərindən kənara çıxmasına deyilir. Bəs onurğa deformasiya dedikdə nə başa düşülür?. Lordoz

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

Boğaz iltihabı: Növləri və müalicələri

Boğaz iltihabı, gündəlik həyatda tez-tez qarşılaşılan və xüsusilə havaların soyuması ilə artan problemdir. xəbər verir ki, bakteriyaların, virusların səbəb ola biləcəyi bu problem, boğazda meydana gəlməsi ilə birlikdə şəxsləri

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

Təzyiq ölçən zaman nələrə diqqət edilməlidir?

Təzyiq insan sağlamlığından xəbər verən əsas əlamətlərdən biridir. Ancaq hər formada təzyiq ölçmək doğru deyil. Bunun da düzgün üsulu mövcuddur. Bes evde tezyiq olcen zaman hansi sehvlere yol verilir?. xəbər verir ki, il

Dəri ləkələri

Ləkə müalicəsi, üz və ya vücudun hansısa nahiyəsində yaranan ləkələrin aparılması üçün edilən tibbi vəziyyətdir. Bəs dəri ləkələrinin səbəbləri nələrdir?. Dəri ləkələri barədə ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əld

İmmunoterapiya nədir?

Vücudun immun sistemi, mikroorqanizmlərin və anormal hüceyrələrin tanınması və bunlara qarşı hücuma keçilməsi kimi əhəmiyyətli rol oynayır. xəbər verir ki, biolojik terapiya, bu təbii qorunma sisteminin xəstəliklərə qarş

Qida zəhərlənməsi

Qida zəhərlənməsi əlamətləri, həzm sisteminə təsir göstərən narahatçılıqları əhatə edir. Qida zəhərlənməsi nədir? Qida zeherlenmesinin səbəbi varmı?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər veri

Travmatologiya nədir?

Bir çox xəstəlikləri müalicə edən travmatologiya tibbin bir sahəsidir. Travmalar, qəzalar nəticəsində insan vücudunda bir çox yanıqlar, sınıq, əzilmələr və s kimi hallar baş verir. Hansi xestelere travmatologiya sobesind


tecili yardim bogaz agrisi sekis boyrek agrisi