Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

Mədə soyuqlamasının təbii üsullarla müalicəsiİnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür.

Mədə soyuqlamasının əlamətləri nələrdir?

Qusma

Bulantı

İshal

Mədə sancıları

Halsızlıq

Qarın ağrısı

Yüngül qızdırma
Mədə soyuqlamasının təbii üsullarla müalicəsiBəs belə soyuqlama zamanı hansı xalq təbabəti üsullarından istifadə etmək olar?

Nanə-limon:

Mədəni rahatlaşdırır. Nanə və limonun çay formasında dəmlənərək içilməsi olduqca effektlidir. 1 su stəkanı suya 1 şirniyyat qaşığı nanə əlavə edilir və içərisinə 2 dilim limon atılır. Bu qarışım 5 dəqiqə qaynadıldıqdan sonra süzülərək içilir.

Bal:

Təbii antioksidantdır. Bakteriyalarla mübarizə aparır. Gündəlik istifadə olduğu kimi xəstəlik zamanı da orqanizm üçün çox faydalıdır. Limonlu su ilə qarışdırılaraq da qəbul edilə bilər.

Zəncəfil:

Anti-viral və ağrıkəsici xüsusiyyətləri mövcuddur. Hər dərdə dəva olan bitkidir desək yanılmarıq. Çay formasında da içilir, çiy formada da yeyilə bilər. Ancaq mədəni yormayacaq həddə yemək tövsiyə edilir. Xüsusilə də soyuqdəymə zamanı vücudun immunitetini yüksəldir.

Qatıq:

Mədə bulantısı və və qusma üçün çox effektivdir. Mədə soyuqlaması zamanı şikayətlərin azaldılması məqsədilə yeyilir.

Qara istiot:

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi1 çay stəkanı qaynanmış suya 1 şirniyyat qaşığı istiot əlavə edib dəmləndikdən sonra bu çayı içmək lazımdır. Mədə soyuqlaması üçün olduqca effektivdir.

Mixək:

Mixək həm faydası, həm də qoxusu ilə çayın ləzzətinə ləzzət qatır desək yanılmarıq. Mixəyi çeynəyib udmaq da olar. Bunu edə bilməyənlər tez-tez çayını içsələr soyuqdəymənin azaldığını görəcəklər.

Banan:

Həzmi asanlaşdıran banan, potasium miqdarını artırar və mədə zərinin güclənməsinə kömək olar.

Düyü:

Zəngin karbonhidrat tərkibinə malik olan qida növü olan düyü mədə soyuqlaması zamanı rahatlıqla istifadə edilə bilər.

Alma:

Almanın püresi vücudu enerji ilə təmin edir. Bununla yanaşı varsa ishal kimi problemin də qarşısını almağa kömək edir.
Mədə soyuqlamasının təbii üsullarla müalicəsiMədə soyuqlaması hansı zamanlarda təhlükəli ola bilər?

Çox zaman yuxarıda qeyd edilən üsullar vasitəsilə sağalma başlayır. Adətən 1-5 gün arasında problem həllini tapır. Əgər müddət uzanarsa və əlamətlər artmağa davam edərsə bu zaman vaxt keçmədən həkimə müraciət etməkdə fayda vardır. Çünki bakteriyaların səbəb olduğu bəzi xəstəliklər mədə soyuqlaması ilə qarışdırıla bilər. Bu səbəbdən hər halda həkimlə məsləhətləşməkdə fayda daha çoxdur.

Sağlamlıq Xəbərləri     Baxılıb: 1681   Tarix: 02 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Mərkəzdən qaçan eritema nədir?

Eritema, halqavari, fiqurlu səpgilərlə xarakterizə edilən dəri xəstəliyidir. Mərkəzdən qaçan eritema xəstəliklər arasında ən çox rast gəlinənlər sırasındadır. Qadınlarda daha çox müşahidə edilir. dermatoloq Şövqü Salaho

Təzyiq ölçən zaman nələrə diqqət edilməlidir?

Təzyiq insan sağlamlığından xəbər verən əsas əlamətlərdən biridir. Ancaq hər formada təzyiq ölçmək doğru deyil. Bunun da düzgün üsulu mövcuddur. Bes evde tezyiq olcen zaman hansi sehvlere yol verilir?. xəbər verir ki, il

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

D vitamininin varlığı və əksikliyində vücudda nələr baş verir?

Sağlam sümükləri qorumaq üçün D vitamini olduqca faydalıdır. Bunun əsas səbəbi sümüyün ilk olaraq dayağı olan kalsium ancaq bu vitaminin varlığında vücud tərəfindən sovrulmasıdır. Günəş işıqlarının, dəridəki aktiv vitami

Günəş ləkələrindən necə qurtulmaq olar?

Günəş şüalarının insan sağlamlığı üçün hər nə qədər faydası olsa da müxtəlif zərərləri də vardır. Xüsusillə yaz aylarında tez-tez günəşə məruz qalmaq dəridə günəş yanıqlarına yol aça bilər. xəbər verir ki, günəş şüaları başd

Masaj olunmağın faydaları nələrdi ?

Masajin faydaları nələrdi ? Masaj nə üçün istifadə olunur ? Niyə Bir çox şəxs massajdan istifadə edir. xəbər verir ki, masaj xidməti vücud sağlamlığı cəhətdən olduqca faydalıdır. Şəxslərin sağlam vücuda sahib olması üçü

Qanda qlükozanın yüksəkliyi

Qanın tərkibində qlükozanın miqdarı bəzi insanlarda yüksək olur. Bu hal nədir?. xəbər verir ki, mütəxəssislər diabetdən öncəki vəziyyət kimi dəyərləndirirlər. Qanın yüksək olması maddələr mübadiləsini pozur ki bu da metaboli

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Varikoz: Səbəb və müalicə

Varikoz damar genişlənməsidir. Bu problem qadınlarda daha çox müşahidə edilir. Ayaqlarda qabarmış yaşıl damarların mövcudluğu ilə xarakterizə edilən problemdir. xəbər verir ki, 25-30 % qadınlarda, 15-20 % isə kişilərdə rastlanılır


qarin agrisi boyrek agrisi cinsi xestelikler bogaz agrisi