Təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə ödəniş 25 manat oldu

Təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə ödəniş 25 manat olduXidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub.
KONKRET.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin Səhiyyə iqtisadiyyatı şöbəsinin baş məsləhətçisi Şamxal Cəmilzadə Xidmətlər Zərfinin təqdimat mərasimində tibbi xidmətlərin tarifləri barədə danışıb:
"Xidmətlər Zərfi 30%-dən çox kumulyativ inflyasiya və aktual bazar tariflərinə uyğunlaşma ehtiyacı səbəbindən cari ilin avqust ayında yenilənib. Tariflər dövlət və özəl tibb müəssisələrinin tibb heyəti ilə aparılan müzakirələr, bu müzakirələr nəticəsində müəyyənləşən personal, tibbi ləvazimat, avadanlıq, dərman və digər tələblər kimi amillər əsasında formalaşdırılıb".
Onun sözlərinə görə, Xidmətlər Zərfində 1 464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırılıb. Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub.
Şöbə müdiri bildirib ki, ilkin tibbi-sanitariya yardımı xidməti üzrə adambaşına illik ödəniş məbləği 16 manatdan 21 manata, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə ödəniş 20 manatdan 25 manata çatdırılıb.
Şamxal Cəmilzadə tibb heyətinin əməkhaqlarının artırılması, rəqabətlilik və əlçatanlığın artırılması, tibb müəssisələrinin maliyyə dayanıqlığının təmin edilməsi və tibb müəssisələrinin icbari tibbi sığorta çərçivəsində xidmət göstərməsinə təşviq edilməsinin tarif dəyişikliyinin nəticələri olduğunu vurğulayıb.
APA

Sağlamlıq Xəbərləri     Baxılıb: 138   Tarix: 28 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Bağırsaq infeksiyası nədir?

Bağırsaq infeksiyası, xalq arasında ishal olaraq bilinən və gündəlik yaşayış tərzinə mənfi təsir göstərən infeksiya xəstəliyidir. Kiçik uşaqlarda daha çox müşahidə edilir. İshal, qusma, qarın ağrısı kimi problemlərə səbə

Sidik rənginiz içilən su miqdarını ortaya çıxardır

İnsan vücudunun 60% sudan ibarətdir. Tərkibindəki minerallar, biokimyəvi reaksiyaların gerçəkləşməsində və sistemlərin uyğun çalışmasında rol alır. Sidik rənginizdən suyu nə qədər içdiyinizi görə bilərsiniz. xəbər verir ki

Yaz allergiyasından necə qorunmalı?

İsti günlərin, yaz fəslinin gəlməsi ilə allergiyanın artması mümkündür. Bu aylarda tumurcuqlar, polenlərə qarşı allergiyası olan şəxslərdə vəziyyətin pisləşməsi müşahidə edillə bilir. xəbər verir ki, bahar allergiyası bitk

Göz sulanması nədir?

Tibbi ifadəsi ilə epifora olan göz sulanması, gözlərin artıq göz yaşı istehsalı və ya göz yaşlarının olması gərəkdiyi kimi axmaması səbəbiylə meydana gələn vəziyyətdir. Göz sulanmasının səbəbləri barədə ətraflı məlumat üçü

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

Psixologiya nədir?

Psixologiya elmi nədir?. Psixologiya insan zehninin fəaliyyətini, davranışını və emosional təcrübələrini öyrənən elm sahəsidir. Tarixi qədimlərə dayanır. xəbər verir ki, psixolgiya insanın psixikasını, yəni ruh halını öyrənir

Endokrinologiya nədir?

Endokrinologiya tibb elminin çox vacib və əhəmiyyətli sahələrindən biridir. Endokrin sistemi daxili vəzləri bir araya toplayır. xəbər verir ki, daxili sekresiya vəziləri hormon sintez edən və ifraz edən orqanlardır. Endokri


mede agrisi qarin agrisi babasil mualicesi bogaz agrisi