İdmansız düz qarına sahib olmağınız üçün 10 qida

İdmansız düz qarına sahib olmağınız üçün 10 qidaSirr deyil ki, düz bir qarına sahib olmaq üçün ən yaxşı yol müntəzəm idman məşqləri etməkdir. Ancaq bu yorucu görünürsə, sizi daima tox tutacaq, mədədə şişkinlik yaratmayacaq qidalar istehlak edərək bu problemdən qurtula bilərsiniz.
Milli.Az axşam.az-a istinadən sözügedən qidaların siyahısını təqdim edir:
Yumurta
Yumurta yüksək keyfiyyətli protein mənbəyidir. Sizi gün ərzində tox saxlayacaq və mədədə hər hansı şişkinlik yaratmayacaqdır. Əgər idmanla məşğul olursunuzsa, məşqdən sonra bir saat ərzində yeməməlisiniz. 
Soya
Soya zülal, lif və antioksidantlar mənbəyidir. Ondan şorba ilə yanaşı smuzi də hazırlaya bilərsiniz.
Giləmeyvə
Giləmeyvələrdə şəkər azdır və antioksidantlarla zəngindir. Ən yaxşı nəticə üçün hər gün bir fincan giləmeyvə yeyin. Bu, həzm prosesinizi sürətləndirəcək, qan şəkərinizi sabitləşdirəcək və şişkinliyi azaldacaqdır. Bundan əlavə, giləmeyvə sizi gün ərzində daha çox enerji ilə təmin edəcəkdir. Şişkinlik yaradan şirniyyatları məhz giləmeyvə ilə əvəz etməyiniz daha yaxşı olar.
Avokado
Avokado sağlam pəhriz üçün ən qidalı və sağlam meyvələrdən biridir. Pəhriz zamanı aclığı aradan qaldırmaq üçün bu meyvə kifayətdir. Avokadonun tərkibindəki yağ turşuları qarın bölgəsindəki yağları yandırmağa kömək edir.
Qoz-fındıq
Qoz-fındıq bu siyahıda olsa da, çox yemək olmaz. Buna səbəb tərkibində həddindən artıq yağın olmasıdır. Bununla belə, gündə bir ovuc bu çərəzlərdən yemək sizi tox tutacaqdır. Qoz-fındıq zülal və liflə zəngindir ki, bu da qan şəkərinin səviyyəsini sabitləməyə və aclıq hissi ilə mübarizə aparmağa kömək edəcəkdir. 
Süzmə
Süzmə proteinlə zəngin mükəmməl qəlyanaltıdır. Bu iştahınızı cilovlamağa kömək edəcək və sizə tox olduğunuzu hiss etdirəcəkdir. Süzmədən desertlərinizdə də istifadə edə bilərsiniz.
Alma
Almanın tərkibində 5 qram lif, həmçinin yağları təbii şəkildə yandıran pektin var. Bu meyvədə şəkər və kalori azdır. Bundan əlavə, araşdırmalara görə, gündə ən azı bir alma yeyənlər onu istehlak etməyənlərə nisbətən daha tez arıqlayırlar.
Quinoa
Yarım stəkan quinoada 11 qram protein və 5 qram lif var. Həmçinin, zülal, amin turşuları, fosfor və B vitamini ilə zəngindir.
Balıq
Balıq maddələr mübadiləsini sürətləndirir. Tərkibindəki zülal toxluq hissi yaradır, omeqa-3 yağ turşuları isə arıqlamağa kömək edir.
Kahı
Kahı sizi enerjili tutacaq və çəki atmaqda ən yaxın köməkçiniz olacaqdır. Kahı fitonutrientlərlə və liflə zəngindir. Pəhriz zamanı yeməyə kahı ilə başlayıb, daha sonra digər qidaları istehlak etməyiniz tövsiyə olunur.
Milli.Az

Sağlamlıq Xəbərləri     Baxılıb: 113   Tarix: 25 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

Aterosklerozun risk faktorları

Ateroskleroz nədir?. Ateroskleroz son zamanlar geniş yayılan problemlər arasında yer alır. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri damar sərtliyidir. xəbər verir ki, damar sərtliyi Aterosklerozdur. Aterosklero

Karbon pilinq nədir?

Karbon pilinq ilə dəri yeniləmə texnikası, ilk dəfə 1997-ci ildə Qoldberq tərəfindən tanınıb. xəbər verir ki, aparılan araşdırmalarda, karbon pilinq müalicəsinin bir pilinq təsir bağışladığı, dəri səthini və tıxanmış məsamələr

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Özgüvən əksikliyi

Özgüvən əksikliyi, şəxsin öz bacarıqları, dəyər və ya özgüvən mövzusunda duyduğu yetərsizlik hissidir. xəbər verir ki, bu vəziyyət sosial münasibətlərdə, iş həyatında və ümumi həyatda mənfi təsirlər yaradır. Özgüvən əksikliy

Sedasiya təhlükəlidir?

Sedasiya xəstənin qorxu, narahatlıq kimi hisslərini azaltmaq üçün istifadə edilən texnikadır. Sedasiya ne ucun edilir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, ən təməl məqsəd isə hərəkətsizliyi

Müalicəvi massajın faydaları

Digər adı ilə də bilinən Medikal massaj stress atma və rahatlamaq, bəzi xəstəliklərin müalicəsi üçün edilən massaj növüdür. Vücudun dövran sisteminə yaxşı təsir etməkdə və ümumilikdə ağrı, iltihablanma, sinir sıxışması kim

Yaz allergiyasından necə qorunmalı?

İsti günlərin, yaz fəslinin gəlməsi ilə allergiyanın artması mümkündür. Bu aylarda tumurcuqlar, polenlərə qarşı allergiyası olan şəxslərdə vəziyyətin pisləşməsi müşahidə edillə bilir. xəbər verir ki, bahar allergiyası bitk


bogaz agrisi mede agrisi dis agrisi qarin agrisi