Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir.
İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanma görülə bilər. Müalicəsi dərmanla və bəzi qulluq vasitələri ilə mümkündür. Ancaq daha sonra təkrar edə bilən infeksiya olduğu üçün müalicədən sonra bəzi tədbirlərin görülməsi lazımdır.

İnfeksiya eyni anda birdən çox dırnağa təsir edə bildiyi halda, tək dırnaqla da qala bilər. İnfeksiyanın genişlənməsi nəticəsində ayaq barmaqları və ayaq araları bu vəziyyətdən təsirlənə bilər. Göbələk infeksiyasına adətən şəkər xəstəliyi kimi immunitet sisteminə təsir edən xəstəliklər zamanı tez-tez rast gəlinir.
Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?Dırnaq göbələyi nə üçün yaranır?

Dırnaq göbələyinin səbəbləri arasında bəzi göbələk orqanizmlərinin növləri mövcuddur.

Hər yaşda və cinsiyyətdə görülə bildiyi üçün risk faktorları arasında uşaq, qadın, kişi və yaşlılar yer alır. Yaşın irəliləməsinə bağlı olaraq şəxsin dırnaqlarında qurumalar və qırılmalar görülə bilər.

Dırnaqların qırılması nəticəsində ortaya çıxan çatlaq vəziyyətləri göbələklərin dırnaq altına və ara qatlara çatmasına yol aça bilər. Ayaqların qan dövranında azalma olması vəziyyəti də bu problemin ortaya çımasına səbəb olan faktorlar arasında yer alır.

Göbələk riskini artıran faktorlar:

Uzunmüddət göbələk xəstəliyinə məruz qalmaq

Dırnağın çox yavaş böyüməsi

Ayaqların çox tərləməsi

Nəmli məkanlarda ayaq yalın yerimək

Dəridə yaralanma

Sədəf xəstəliyi

Diabet

Qan dövranı problemləri
Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?Dırnaq göbələyinin əlamətləri nələrdir?

Əlamətlər arasında dırnaqda qalınlaşma, rəng dəyişkənliyi, dırnaqda asan qırılma, dağılma, quruluşda pozulmalar yer alır.
Dırnaqların alt qismində tünd rəngli və əksər zaman pis qoxuda olan bakteriyalar toplana bilər.

Necə müalicə edilir?

Göbələyin keçməsi, yaxşılaşması və vəziyyətin müalicə edilə bilməsi üçün bir sıra gigiyena qaydalarına riayət edilməlidir.
Bəzən ciddi vəziyyət yaranmadıqca xüsusi müalicəyə ehtiyac qalmır.

Bəzən isə xüsusi göbələk əleyhinə dərmanlardan, kremlərdən istifadə edilir. Ancaq bununla yanaşı problemlə yenidən qarşılaşmaq mümkündür.

Dırnaq göbələyinin qarşısı necə alınır?
Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?Əl və ayaq dırnaqlarında yarana biləcək göbələk infeksiyası inkişafının qarşısını almaq üçün bir sıra tədbirlər alınmalıdır. Mütəmadi olaraq əl və ayaqların yuyulması lazımdır.
Göbələk xəstəliyinə yoluxmuş şəxs, dırnağı ilə təmas etdiyi halda, əllər və dırnaq aralarını sabunla köpükləndirərək yumalı və gigiyenaya düzgün qulluq etdiyindən əmin olmalıdır. Dırnaq kəsiminə diqqət edilməlidir. Yayda daha çox görülən dırnaq göbələyi, uzunmüddətli tərləmə nəticəsində ortaya çıxa biləcək üçün məhz bu aylarda daha çox diqqətli olmaq lazımdır. Corablar tez-tez dəyişdirilməli ya da tər əmici corab seçilməlidir.

Hovuz kimi istifadə edilən ortaq məkanlarda ayaq yalın gəzilməməlidir.

Dırnaq göbələyinin diaqnozu necə təyin edilir?

Dırnaq göbələyinin diaqnozu üçün həkim, əl və ayaq dırnaqlar müayinə edilir. İnfeksiyanın səbəbi bilindikdən sonra buna uyğun müalicə tərtib edilir.

Müalicə:
Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?Bəzi vəziyyətlərdə müalicə çətin ola bilər. Düzgün qulluq edilməzsə, dərmanlar zamanında qəbul edilməzsə problem uzunmüddətli davam edə bilər.
Həkim tərəfindən ağız yolu ilə qəbul edilən həblər və ya dırnağa çəkilən kremlər, məlhəmlər təyin edilə bilər. Müalicə olunduqdan sonra da göbələk yenidən geri qayıda biləcəyi üçün düzgün qulluq bir müddətlik deyil mütəmadi olmalıdır.

Sağlamlıq Xəbərləri     Baxılıb: 1085   Tarix: 04 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qulaq kiri nə üçün olur?

Qulaq kiri adlanan xarici qulaq vəzlərində istehsal edilən, yaşıl, boz, qara və ya sarımtıl rəngdə olan maddə, adətən qulağı mikroblara qarşı qoruyur. Qorunma mexanizmidir desək yanılmarıq. məlumat verir ki, qulaq kanalındak

Qanda qlükozanın yüksəkliyi

Qanın tərkibində qlükozanın miqdarı bəzi insanlarda yüksək olur. Bu hal nədir?. xəbər verir ki, mütəxəssislər diabetdən öncəki vəziyyət kimi dəyərləndirirlər. Qanın yüksək olması maddələr mübadiləsini pozur ki bu da metaboli

Özgüvən əksikliyi

Özgüvən əksikliyi, şəxsin öz bacarıqları, dəyər və ya özgüvən mövzusunda duyduğu yetərsizlik hissidir. xəbər verir ki, bu vəziyyət sosial münasibətlərdə, iş həyatında və ümumi həyatda mənfi təsirlər yaradır. Özgüvən əksikliy

Qaş qaldırma proseduru nədir?

Yaşa bağlı olaraq vücudun digər nahiyələrində sallanmalar ola bilər. Bu isə qırışlarla meydana gəlir. İlk olaraq qaş və alın nahiyəsinə təsir göstərir. xəbər verir ki, qaş qaldırma estetikası ilə yanaşı şəxsdə görmə problemind

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Göz sulanması nədir?

Tibbi ifadəsi ilə epifora olan göz sulanması, gözlərin artıq göz yaşı istehsalı və ya göz yaşlarının olması gərəkdiyi kimi axmaması səbəbiylə meydana gələn vəziyyətdir. Göz sulanmasının səbəbləri barədə ətraflı məlumat üçü

Endokrinologiya nədir?

Endokrinologiya tibb elminin çox vacib və əhəmiyyətli sahələrindən biridir. Endokrin sistemi daxili vəzləri bir araya toplayır. xəbər verir ki, daxili sekresiya vəziləri hormon sintez edən və ifraz edən orqanlardır. Endokri

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Dəri ləkələri

Ləkə müalicəsi, üz və ya vücudun hansısa nahiyəsində yaranan ləkələrin aparılması üçün edilən tibbi vəziyyətdir. Bəs dəri ləkələrinin səbəbləri nələrdir?. Dəri ləkələri barədə ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əld


mede agrisi boyrek agrisi cinsi xestelikler dis agrisi