Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısının səbəbləriBağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır.

Doktorinfo.az məlumat verir ki, ağrının səbəbi laborator analizlər, ultrasəs, endoskopik və rentgenoloji üsullarla aşkar edilir.

Bagirsaq agrisinin sebebleri nelerdir?
Bağırsaq ağrısının səbəbləriQıcıqlanmış bağırsaq sindrom - Bu zaman qarında müxtəlif ağrılar yaranır. Bunlar adətən dartılan, spastik xarakterli olur. Gərginlik zamanı bağırsaq ağrısı güclənir. Tutmaşəkilli, şiddətli ağrılar sol nahiyədə daha çox baş verir.

Qadınlarda menstruasiyadan öncə ağrı artır. Xəstələrdə gəyirmə, ürəkbulanma və köp yaranır.

Kron xəstəliyi - Nazik bağırsağın terminal hissələrinin zədələnməsi ilə bağlıdır. Qarında yüngül ağrılar, vəziyyət kəskinləşdikdə isə şiddətli ağrı və nəcisdə qan müşahidə olunur. İştahsızlıq, halsızlıq, ishal, yorğunluq kimi əlamətlərlə özünü göstərir.

Bağırsaq infeksiyaları - Nazik bağırsağın zədələnmələrində ağrı göbək ətrafında daha çox yaranır. Yoğun bağırsaqda da problem yarandıqda ağrı qarnın sol hissəsində əmələ gəlir. Bağırsaq ağrısı kəskin və tutmaşəkilli olur.
Bağırsaq ağrısının səbəbləriXroniki enterit – Göbək ətrafında, qarnın yan tərəflərində küt və yaxud sızıltı ağrılar baş verə bilər. Qidalanma pozğunluqları, spirtli içkilər ağrını daha da kəskin vəziyyətə gətirə bilər. Qaz və nəcis ifrazından sonra narahatlıqlar azalır. Enterit üçün xroniki ishal əsas tipik əlamət hesab edilir. Onların tərkibində həzm olunmamış qida qalıqlarına rast gəlinir.

Bağırsağın törəmələri - İlkin mərhələlərdə gizli gedir. Ölçülər böyüdükcə ağrı da kəskinləşir. Göbək ətrafında və yaxud qarnın yan hissəsində güclü spazmlar baş verir.
Bağırsaq ağrısının səbəbləriQidalanma pozğunluqları və ya digər növ faktorlarla bağlı olmur.

Düz bağırsaq zədələndikdə xəstələr defekasiya zamanı bağırsağın tam boşalmamağını hiss edirlər. Əlamətlər isə digər problemlərlə bənzər olur.

Disbakterioz – Qarın hissəsində spazm və sancılar baş verir. Sol tərəfdə ağrı daha kəskin olur. İshal, qarında ağırlıq, qurultu yarana bilər. Nəcis sulu, bol miqdarda və yaşıl rəngdə olur. Disbakterioza antibiotiklərin qəbulu, xroniki qastroenteroloji xəstəliklər və immun pozğunluqlar zamanı təyin edilə bilir.

Xəstəliklər     Baxılıb: 613   Tarix: 09 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Kubital Tunel Sindromu nədir?

Dirsəyin uzun müddət təzyiqə məruz qalması və dirsəyin uzun müddət qatlanmas ilə edilən hərəkətlərin nəticəsi olaraq ortaya çıxan kubital tunel sindromu, əldə və barmaqlardakı ağrı, uyuşma və hissizlik ilə özünü bəlli edir

Strep A infeksiyası nədir?

Strep A bakteriyası boğazda və dəridə meydana gələn ölümlə nəticələnən bakteriya növüdür. İnsanların çox olduğu yerdə olmaq bakteriya növlərinin artmasına yol açır. Xəstəliyə səbəb olan bakteriyalardan bir dənəsi də xal

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Çiyin ağrılarının səbəbləri

Çiyin ağrıları son zamanlar kifayət qədər yayılıb. xəbər verir ki, çiyin ağrısı çiyin və ətrafında hansısa səbəblərdən qaynaqlana bilir. Ciyin agrisinin sebebleri ve risk faktorlari nelerdir?. Sağ ya da sol çiyin ağrısı adətə

Kifoz nədir?

Kifoz xəstəliyi kiçik ölçüdə olan zaman şəxsi çox narahat etməz, ancaq böyüdüyü zaman insan həyatında böyük problemlərə yol aça bilir. Kifoz problemi şəxsin gündəlik həyatında etdiyi iş və hərəkətlərdən qaynaqlanır. Kifo

Hipertoniya: Əlamətləri və müalicəsi

Bütün dünyada ən çox görülən xəstəliklərdən biri hipertoniyadır. Orta yaşlı insanlarda daha çox müşahidə edilir. Yaşlı insanlarda xroniki hala çevrilə və nəzarətdə saxlanmadığı təqdirdə ölümə belə yol aça bilər. Yüksək təzyi

Sümük iliyi xərçəngi nədir?

Vücudda fərqli tip hüceyrələr mövcuddur. Leykositlər: Xalq arasında akyuvar, bəyaz qan hüceyrələri ya da mübarizəçi hüceyrələr olaraq bilinən leykositlər infeksiyalara qarşı mübarizə aparan hüceyrələrdir. Eritrositlər: Alyuva

Genetik xəstəlik, Apert sindromu nədir?

Apert sindromu genetik xəstəlikdir. xəbər verir ki, bu sindromda əllər, ayaqlar, üz sümükləri təsirlənir. Adətən genetik səbəblərlə görülür. Uşağın inkişafı əsnasında da yarana bilər. Apert sindromu barədə daha ətraflı məluma

Varikosel nədir?

Damar genişlənməsi, xaya ciyəsi venalarının genişlənməsi varikosel adlanır. Əksər zaman soltərəfli olur. xəbər verir ki, gənc insanların qənimidir və gizli irəliləyir. Ümumi müayinə olunarsa müəyyən edilə bilir. Bes varikose


mede agrisi qarin agrisi boyrek agrisi dis agrisi