Dil xərçəngi nədir?

Dil xərçəngi nədir?Dil xərçəngi, əksər zaman dil səthini örtən hüceyrələrdən başlayan xərçəng növüdür. Dil xərçəngi, həm dilin görünən qismini həm də boğaza doğru uzanan qisminə təsir edən xərçəngləri ifadə edən ümumi termindir.

Dil xərçəngi haqqında ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əldə edə bilərsiniz.

Dil xərçəngi ən çox skuamöz və ya səthi hüceyrələrində dildə bir yara və ya kütlə olaraq görülə bilər. Bütün ağız boşluğu xərçənglərinin təxminən 100-də 3-nü dil xərçəngi təşkil edir. 40 yaş altında daha az görülür. Kişilərdə daha çox müşahidə edilir. Erkən diaqnoz uğurlu müalicə üçün əhəmiyyət kəsb edir.

Dil xərçəngi nədir?

Doktorinfo.az xəbər verir ki, həyati təhlükə kəsb edən ağız boşluğu xərçəng növüdür. Dil, ağız boşluğu xərçəngində dodaqdan sonra ən çox görülən nahiyədir.

Dil xercenginin elametleri nelerdir?
Dil xərçəngi nədir?Dil xərçənginin əlamətləri digər ağız xərçəng növlərinə bənzəyir. İnkişaf mərhələsinə bağlı olaraq, dil xərçənginin ən geniş yayılan bəzi simptomları ağız boşluğunda sağalmayan yaradır. Ağız xərçəngi və ya dil xərçənginin bəzi simptomları başqa tibbi vəziyyətlərə də aid edilə bilər. Bu əlamətlər iki həftədən uzun çəkərsə kliniki müayinə gərəklidir.
Dil xərçənginin simptomları adətən ağrısızdır. Spesifik olmayan və adətən ağrısız simptomlardan ötrü, dil xərçəngi və digər ağız xərçəngi növləri adətən erkən mərhələdə təsbit edilmir.

Ümumi əlamətləri bunlardır:

Dilin yan sethlerinde çəhrayı bit kütlə və ya yara

Dil ağrısı

Boğaz ağrısı

Udqunma çətinliyi

Çeynəmə çətinliyi

Dili hereket etdirməkdə çətinlik

Dil kökündə inkişaf edən xərçəng adətən irəli mərhələdəykən, tümör daha böyük olduğunda və xərçəng boyundakı limfa düyünlərinə yayıldığında diaqnoz qoyulur.

Dil kökündə meydana gələn xərçəngin səbəb olduğu bəzi əlamətlər bu formadadır:
Dil xərçəngi nədir?Boğaz ağrısı

Udqunma cetinliyi

Boğazda şişkinlik hissi

Səsdəki dəyişiklik

Qulaq ağrısı

Bu simptomlardan hansısa birindən şikayət edən şəxslərin, bir qulaq-burun-boğaz mütəxəssisi tərəfindən dəyərləndirilməsi vacibdir. Əksər xərçəng növündə olduğu kimi erkən diaqnoz dil xərçəngi müalicəsinin uğuru üçün çox vacibdir.

Dil xərçəngi üçün risk faktorları nələrdir?

Dil xərçənginin inkişafı üçün ən vacib iki risk faktoru tütün istifadəsi və spirtli içki istifadəsidir. Kişilərin dil xərçənginə tutulmaq ehtimalı qadınlarda daha çoxdur. Gənc insanlarda dil xərçəngi nadirən görülür. 40 yaş üstlərdə ehtimal yüksəlir.

Bu xəstəlik üçün risk faktorları hansılardır?

Siqaretdən istifadə və ya digər tütün növlərindən istifadə etmək

Spirtli içki istifadəsi
Dil xərçəngi nədir?HPV 16 və 18, İnsan papilloma virusu

Yanlis qidalanmayla bağlı faktorlar

Genetik yatqınlıq

Ağız gigiyenasının olmaması

Bu səbəbdən erkən diaqnoz qoyulub müalicəyə başlamaq vacib rol oynayır.

Dil xercenginin diaqnozu nece qoyulur?

Biopsiya, dil xərçənginin diaqnozunda ilk addımdır. Biopsiya əsnasında dilin xərçəngdən şübhələnilən qismindən az miqdarda toxuma alınır.Toxuma mikroskop altında araşdırılır. Bundan əlavə də analizlər tələb oluna bilər.

Xercengin merheleleri asagıidaki faktorlarla baglidir:

Xərçəngin toxumalarda nə qədər böyüdüyü

Ətraf nahiyələrə yayılıb-yayılmadığı

Vücudun başqa bir yerinə yayılıb-yayılmadığı

Müalicəsi xərçəngin başlama müddəti, irəliləmə vəziyyətindən asılı olaraq təyin edilir.

Müalicə üçün radioterapiya, kimyaterapiya, cərrahi müdaxilə ola bilər.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 421   Tarix: 20 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Uretra darlığı nədir?

Uretra darlığı bəzi problemlər zamanı ortaya çıxa bilir. xəbər verir ki, uretra kanalında olan darlıq sidik ifrazının azalmasına,yanma-göynəməyə səbəb ola bilir. Bes uretra darligi ne zaman yaranir?. Uretrada olan darlığı

Balıq dərisi, İktiyozis Vulgaris xəstəliyi nədir?

İktiyozis Vulgaris dəri xəstəliyidir. Genetik səbəblərlə ya da yaşanılan fərqli narahatlıqlara bağlı olaraq dərini nəm tutan qoruyucu bariyeri bu xüsusiyyətini itirə bilir. Eyni zamanda yeni dəri hüceyrələri çox sürətlə istehsa

Kişilərdə Papilloma virusunun əlamətləri

Kişilərdə HPV (İnsan Papilloma virusu) adətən əlamət göstərməyə bilər, ancaq virus yoluxduğu zaman cinsi yolla yoluxan bir infeksiyaya səbəb ola bilər. Ən yayılmış əlaməti genital ziyillərdir, ancaq bir çox kişilərdə bu ziyillə

Genetik xəstəlik, Apert sindromu nədir?

Apert sindromu genetik xəstəlikdir. xəbər verir ki, bu sindromda əllər, ayaqlar, üz sümükləri təsirlənir. Adətən genetik səbəblərlə görülür. Uşağın inkişafı əsnasında da yarana bilər. Apert sindromu barədə daha ətraflı məluma

Diabetik nefropatiya nədir?

Diabet, yüksək təzyiq problemi, vücudda böyrək zədəyə yol açaraq diabetik nefropatiya xəstəliyinin inkişafına səbəb ola bilir. Şəxsin həyat keyfiyyətini pozan ciddi bir problem olan diabetik nefropatiya, müalicə edilmədiy

Kişi klimaksının əlamətləri

Kişi klimaksı nədir?. Bir çox kişilərdə baş verən dəyişiklikdir. Adətən 40-70 yaş arasındakı kişilərin cinsiyyət vəzlərində dəyişikliklər baş verir. Bu, xayalarda degenerativ dəyişikliklərdə əlaqəlidir. xəbər verir ki, b

Göz miqreni nədir?

Gözə vuran miqren, auralı miqren, oftalmolojik miqren olaraq bilinən və şiddətli göz ağrıs ilə ortaya çıxan göz miqreni xəstədə çox sayda şikayətə yol aça bilir. Göz miqreni və səbəbləri barədə daha ətraflı məlumat üçün məqalən

Ürtikər xəstəliyi nədir?

Vücudun müəyyən nahiyələrində səpgilər fonunda yaranan narahatçılıqdır. Urtiker nedir?. Ətraflı məlumat əldə etmək üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, anidən ortaya çıxan qırmızı, qabarıq şişliklərlə xarakteriz

Bronxit nədir?

Bronxit, ağciyərlərə hava daşıyan bronxların mikroorqanizmlər, siqaret istifadəsi ya da allergenlər səbəbiylə mukus və xırıltı ilə ortaya çıxan iltihablanma vəziyyətidir. Hava yolları divarında olan bu iltihablanma hava yollarını


cinsi xestelikler boyrek agrisi bogaz agrisi babasil mualicesi