Qarın ağrısı

Qarın ağrısıBir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər.

Doktorinfo.az məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır, ancaq bu, qarnınızdakı başqa orqanlardan da qaynaqlana bilər.
Qarın ağrısı bir çox fərqli formada özünü biruzə verə bilər:

Yüngül və şiddətli

Kəskin

Sancılı və ya kolik

Aralıqlarla baş verən sakit ağrı

Qarin agrisinin sebebleri nelerdir?

Həkim adətən müayinə edərkən qarın nahiyəni 4 hissə olaraq analiz edər. Çünki ağrının hansı nahiyədən başladığı əhəmiyyət kəsb edir:

Qarının sağ üst tərəfi

Sol üst tərəfi

Sağ alt tərəf

Sol alt tərəf

Bu tərəflər ağrının hansı orqandan qaynaqlandığını göstərir.
Sağ üst qarın ağrısı, qaraciyər, öd kisənizdə problem olduğunu göstərə bilər. Məsələn:

Hepatit

Öd daşları

Öd kisəsi xərçəngi

Qaraciyer xercengi

Sol üst qarın ağrısı mədə, dalaq ağrıları, qastrit, böyrək infeksiyası, böyrək daşının xəbərçisi ola bilər.
Alt qarın ağrısı incə və qalın bağırsağınızın böyük bir qismindən qaynaqlana bilər. Bundan əlavə:

İltihablı bağırsaq xəstəliyi

İncə bağırsaq xərçəngi

Qarın ağrısıBöyrək daşı yırtığı səbəbindən də yarana bilər.

Sol alt qarın ağrısı bağırsaqlarla əlaqəli ola bilər.

Bundan əlavə qarin agrilarinin aşağıdakı səbəblərinin olması mümkündür:

Stress

Qarın şişkinliyi

Travmatik yaralar

Əzələ gərginliyi

Həmçinin həkim, ağrıların hansı şiddətlə, aralıqlarla baş verdiyini soruşa bilər. Ağrı daxili orqan və ya qarın divarındakı əzələlər, dəri, həzm, yaralanma, infeksiya və ya digər xəstəliklə bağlı ola bilər.
Bəzən yeməkdən sonra da qarın ağrısı yarana bilər. Bunların səbəbləri:

Həzmsizlik

Qaz sancısı

Qəbizlik

İshal

Qida allergiyaları

Qida zəhərlənməsi

Qarın ağrısıHəkimə nə zaman gedilməlidir?

Şiddətli, təkrarlayan, davamlı baş verən ağrılar

Ağrı ilə nəfəsin kəsilməsi, qusma, yüksək qızdırma

Qarında şişkinlik və gərginlik olarsa…

Qarın ağrıları akut formada da baş verə bilər. Akut qarın ağrılarının səbəbləri arasında:

Kor bağırsaq

Bağırsaq tıxanıqlığı

Böyrək infeksiyası

İnfarkt

Kolesistit və s. yer alır.

Xroniki qarın ağrılarının isə spesifik səbəbini təyin etmək çətindir. Simptomlar yüngül və ya şiddətli ola bilər. Xronik qarın ağrısına səbəb ola biləcək vəziyyətlər də geniş araşdırıldıqdan sonra diaqnoz dəqiq qoyula bilər.

Qarın ağrısının çox görülən səbəblərindən biri spazmdır. Bu hamar əzələlərin, bagırsaqlarin, mədə və ya qida borusunun divarları daraldıqda meydana gələn hərəkət hesab edilir.

Spazm ilə əzələlər uzun müddət gərgin qalır və rahatlama gecikmə ilə baş verir. Spazmlar, bir qayda olaraq, qarın mərkəzində lokallaşdırılmış ağrı ilə xarakterizə olunur.

Bəzən bu ağrılar xəstədə ürək bulantısı, qusma yarada bilər. Həmçinin gəyirmə, ürək yanması kimi əlamətlərlə də özünü biruzə verə bilər.

Burada qarının hansı hissəsində necə ağrının baş verdiyini və nə qədər davam etdiyine diqqət etmək lazımdır.
Qarın ağrısıBu növ ağrılar mədə spazmına səbəb də yarana bilər. Bu zaman pəhriz edilməlidir. Belə ki, yağlı, çox duzlu, şirin qidalardan uzaq durulmalıdır. Çox edviyyatdan istifadə etmək doğru hesab edilmir.

Daha yüngül kalorili qidalara üstünlük verməyiniz töviyə edilir.

Bu ağrılar zamanı etdiyimiz ən böyük səhvlərdən biri qəbul etdiyimiz analgetiklərdir. Belə dərmanlar yalnız sinir impulslarının beyinə ötürülməsinə təsir göstərir. Bu vəziyyətdə ağrının səbəbi yox olmur, xəstə sadəcə olaraq, diskomfort hiss etməyi dayandırır. Belə bir vəziyyətdə həkimin diaqnoz qoymağı da çətinləşəcək.

Bu səbəbdən ağrı əgər 3 gündən artıq davam edərsə və şiddəti daha da artırsa həkimə müraciət edilməlidir.

Qarin agrisi nece mualice olunur?

Qarın ağrısı şikayətinin bir çox səbəbi ola biləcəyi üçün bilmədən dərman qəbulu düzgün deyil. Müalicə altda yatan səbəbə görə təyin edilir. Ancaq yemək sonrası yaranan yüngül, şiddətli qarın ağrılarında soyuq su, alma suyu içilməsi və ya banan yeyilməsi tövsiyə edilir.

Həkim müayinə etmədən, səbəbi dəqiq bilinmədən ağrıkəsicilərdən istifadə etməsəniz daha doğru olar.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 488   Tarix: 12 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Sınıq qəlb sindromu nədir?

Sınıq qəlb sindromu ayrılıq, zəlzələ, boşanma kimi böyük travmalar sonrasında meydana çıxa bilər. xəbər verir ki, adətən keçici bir xəstəlikdir. Bəzən isə həyati təhdid yarada bilər. Ani sinə ağrısı əlamətlərilə ortaya çıxmağ

Laringit nədir?

Laringit, qırtlaq və ya səs qutusu iltihabına verilən addır. Səs telləri həddindən çox istifadə edildiy zaman və ya infeksiyaya yoluxduğunda laringit ortaya çıxa bilir. Bəzi laringit xəstəlikləri zamanı səs duyulmaya bilər

Toksikodermiya nədir?

Toksikodermiya dəri xəstəliyidir. Dərinin iltihabi prosesidir. xəbər verir ki, xəstəlik şiddətli və yüngül keçir. Toksikodermiyaya adətən kimyəvi maddələr, dərmanlar yol açır. Toksikodermiyanin sebebleri:. Toksiki maddələr

Dirsək qırığı nədir?

Dirsək oynağı, vücudun ən qarışıq və həssas oynaqlarından biridir. Dirsek qirigi nedir? Dirsek qiriginin sebebleri nelerdir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, dirsək oynağı, ü

Ayaq damar tıxanıqlığı nədir?

Ayaq damar tıxanıqlığı, ürəkdən ayaqlara qan daşıyan damarların daralması və ya tıxanmasıdır. Bu damarlar daralıb tıxandığında ayaqlardakı qan axışı kəsilir və bəzi əlamətlər ortaya çıxa bilir. Ayaq damar tıxanıqlığı nədir?

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Qulaq qripi nədir?

Qulaq infeksiyaları ən çox qarşılaşılan vəziyyətlərdən biri qulaq qripidir. xəbər verir ki, normalda orta qulaq boşluğunda hava mövcuddur. Qulaq zərinin iki tərəfində yəni orta qulaq ilə xarici qulaq yolu arasında təzyi

Bronxit nədir?

Bronxit, ağciyərlərə hava daşıyan bronxların mikroorqanizmlər, siqaret istifadəsi ya da allergenlər səbəbiylə mukus və xırıltı ilə ortaya çıxan iltihablanma vəziyyətidir. Hava yolları divarında olan bu iltihablanma hava yollarını

Trigeminal nevralgiya nədir?

Trigeminal nevralgiya, üzdə şiddətli və təkrarlayan ağrıya səbəb olan sinir xəstəliyidir. Bu vəziyyət beyinin, üzün həssas sinirlərinə təzyiq etməsi və ya zərər verməsi nəticəsində ortaya çıxar. xəbər verir ki, trigemina


qarin agrisi hamilelik testi babasil mualicesi cinsi xestelikler