Vitamin əksikliyi vücudda özünü necə biruzə verir?

Vitamin əksikliyi vücudda özünü necə biruzə verir?Vücud sağlamlığı cəhətdən böyük əhəmiyyət kəsb edən vitaminlər, əksildiyi zaman həyati risk daşıyan vəziyyətlərə səbəb ola bilər. Vitaminlər adətən çox əksilmədikcə hansısa problemi yaratmaz. Vitamin əksikliyini təbii yollarla həll etmək daha məqsədəuyğundur.

Bəs vitamin əksikliyi zamanı vücudda hansı əlamətlər görünür?

Özünüzü yorğun hiss edir, nə etsəniz də bunun keçmədiyinin şahidi olursunuzsa vücudunuzda B1 vitamin əksikliyi ola bilər.

Zehni yorğunluq

Gün ərzində tez yorulursunuzsa, zehni ağırlıq hiss edirinizsə B12 vitamin əksikliyi ehtimalı ola bilər. Həmçinin bu vitamininin əksikliyi zamanı unutqanlıq, diqqət əksikliyi də yarana bilər.

Qansızlıq

Bir çox fərqli faktorlarla bağlı olaraq yaranan qansızlığın bir səbəbi də vitamin əksikliyi ola bilər. Anemiya adlandırılan qansızlıq, vücudda orqan və toxumalara oksigen daşınması üçün gərəkli miqdarda qırmızı qan hüceyrəsinin olmaması halıdır. Sağlam qan hüceyrəsi istehsalına dəstək olan fol turşusu (B9 vitamini) əksikliyi, vücudda qansızlığa yol aça bilir.
Vitamin əksikliyi vücudda özünü necə biruzə verir?Görmə problemi

A vitamini, görmə bacarığını artıran vitamin növüdür. Əksikliyi zamanı görmə zəifliyi yaranar. Hətta gecə korluğu kimi problemlər ortaya çıxa bilər. Bu səbəbdən vitamin əksikliyinə diqqət yetirmək lazımdır.

Dəri göyərmələri

Vücudda kollagen istehsalını dəstəkləyən C vitamini əksikliyində, dəri sağlamlığında gözlə görülən problemlər yaşana bilər. Hətta əksikliyi zamanı dəridə göyərmələrin olması mümkündür. Dəridə həssaslığa yol açan bir çox problemlər C vitamini əksikliyindən qaynaqlana bilər.

Dəridə çatlamalar

B6 vitamini əksikliyində də dəridə həssaslıq yarana bilər. Xüsusilə ekzema, dodaq və dildə çatlaqlar, iltihablanmalara yol açan B6 vitamin əksikliyi zamanı dəri xəstəlikləri ilə yanaşı əsəb sistemi pozulmaları müşahidə edilə bilər. Bu səbəbdən hüceyrə yenilənməsi mövzusunda problem yaşamaq istəmirsinizsə gündəlik kifayət qədər B6 vitaminini qəbul etməyə çalışın.

Sümük ağrıları

Ən çox D vitamini əksikliyi zamanı yaranan sümük ağrıları, irəliki mərhələlərdə sümük əriməsinin başlanğıcı ola bilər. Bütün vücud üzrə hiss edilən bu növ ağrılar, zamanla halsızlığın da görüldüyü narahatçılıqlara yol aça bilir. Buna görə, belə şikayətlər zamanı ağrıları göz ardı etməyin və həkimə müraciət edin.

Dırnaq və saç problemləri

Biotik və ya digər adı ilə H vitamini (B7 vitamini) əksikliyi, saç və dırnaqlarda yaşayan problemlərin qaynağı ola bilər. Asanlıqla nəzərə alına biləcək əlamətlərlə özünü göstərən B7 əksikliyi zamanı saçlarda kəpəklənmə, tökülmə, qırılmalar, dırnaqda ləkələnmə və s kimi problemlər yaranır. Bu zaman həkimin tövsiyəsi üzrə B 7 vitamini əlavəsi qəbul etməlisiniz.

Yaranan qanamaların həddindən çox davam etməsi

Vücudun hansısa nahiyəsində meydana gələn və durmaq bilməyən qanamalar, ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə K vitamini əksikliyi əlamətləri arasında görülən həddindən çox qanaxma problemi ilə qarşı-qarşıya qaldığınız zaman mütləq mütəxəssisə müraciət etməlisiniz. Əks halda uzunmüddət menstruasiya qanaxmaları, səbəbsiz burun qanaxmaları, idrarda qanın görülməsi və s kimi ciddi sağlamlıq problemləri ilə qarşılaşa bilərsiniz.

Vitamin əksikliyi vücudda özünü necə biruzə verir?Əzələ zəiflikləri

E vitamini əksikliyi əlamətləri arasında əzələ zəifləməsi, gündəlik həyatda hərəkət etməkdə çətinlik kimi problemlər yaşaya bilərsiniz. Zaman daxilində əzələlərin gücünü itirməsi və bunlardan qaynaqlanan problemlər baş verə bilər.

Vitamin əksikliyi vücudda özünü necə biruzə verir?Vitamin əksikliyinin bərpasının təbii yolları

Bu növ vitamin əksiklikləri ilə qarşılaşmamaq üçün düzgün qidalanmaq, günəş şüalarından bolca yararlanmaq lazımdır.
Gündəlik həyatınızda bunlara diqqət edin:

Süd məhsullarından istifadə edin

Vitamin qaynağıdır. Pendir, qatıq, süd gündəlik qida rasionunuzda olmalıdır.

Yaşıllıqlara diqqət edin

Vücud üçün bir çox faydaları mövcuddur. Bu səbəbdən hər yeməyinizdə yaşıllıqlardan istifadə etməlisiniz. Bununla A, K, C, B kimi vitaminləri qazanmış olarsınız.

Meyvələri unutmaq olmaz
C vitamini qaynağı olan narıncı meyvələr başda olmaq üzrə bütün meyvə növlərindən rahatlıqla, bolca istifadə edə bilərisiniz.

Ət və balıq məhsullarından istifadə edin

Gündəlik qəbul edəcəyiniz ət və balıq məhsulların tərkibində kifayət qədər vitamin və minerallar mövcuddur. Bu baxımdan gündəlik rasionunuzda mütləq istifadə ediləcək qidalardandır.

Sağlamlıq Xəbərləri     Baxılıb: 355   Tarix: 18 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Gənə dişləməsi

Gənə dişləməsi, insanlar və heyvanlar üzərində ciddi sağlamlıq problemlərinə səbəb ola bilən vacib sağlamlıq problemidir. xəbər verir ki, gənə dişləmələrində adətən qızarıqlıq, qabarıqlıq və qaşıntı kimi əlamətlər görülür

A vitamini nə üçün mühümdür?

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Burqer xəstəliyi: Əlamətlər və müalicəsi

Burqer xəstəliyi, qollarda və ayaqlarda mövcud olan damarlarda inkişaf edən və nadir görülən xəstəlikdir. Siqaret istifadəsi ilə bağlı inkişaf edən və adətən kişilərdə görülən arteriya xəstəliyidir. xəvər verir ki, xəstəliyi

Qanda qlükozanın yüksəkliyi

Qanın tərkibində qlükozanın miqdarı bəzi insanlarda yüksək olur. Bu hal nədir?. xəbər verir ki, mütəxəssislər diabetdən öncəki vəziyyət kimi dəyərləndirirlər. Qanın yüksək olması maddələr mübadiləsini pozur ki bu da metaboli

Endokrinologiya nədir?

Endokrinologiya tibb elminin çox vacib və əhəmiyyətli sahələrindən biridir. Endokrin sistemi daxili vəzləri bir araya toplayır. xəbər verir ki, daxili sekresiya vəziləri hormon sintez edən və ifraz edən orqanlardır. Endokri

Dəri ləkələri

Ləkə müalicəsi, üz və ya vücudun hansısa nahiyəsində yaranan ləkələrin aparılması üçün edilən tibbi vəziyyətdir. Bəs dəri ləkələrinin səbəbləri nələrdir?. Dəri ləkələri barədə ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əld

Müalicəvi massajın faydaları

Digər adı ilə də bilinən Medikal massaj stress atma və rahatlamaq, bəzi xəstəliklərin müalicəsi üçün edilən massaj növüdür. Vücudun dövran sisteminə yaxşı təsir etməkdə və ümumilikdə ağrı, iltihablanma, sinir sıxışması kim

Uşaqlarda günəş vurmanın əlamətləri

Günəş vurması neçə gün davam edər?. Uşaqlarda gün vurmanın əlamətləri nələrdir?. Bu və daha çox məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Günəş vurmasının əlamət göstərmə müddəti şəxsin vəziyyətinə, yaşına, qaynaqlana

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy


mede agrisi cinsi xestelikler tecili yardim babasil mualicesi