İnfarkt nədir? - Ediləcək ilkin müdaxilələr

İnfarkt nədir? - Ediləcək ilkin müdaxilələrSinədə anidən yaranan ağrı və sıxışma hissi infarkt əlamətləri arasında ən əsas simptom olaraq bilinir. Diabet, mənfi qidalanma vərdişləri, hərəkətsizlik, həddindən artıq çəki kimi keyfiyyətsiz həyat tərzi bədbəxt hadisə üçün zəmin yaradır. Düzgün yaşayış tərzi, doğru qidalanma kimi tədbirlər infarkt, ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir. Aparılan araşdırmalara görə, dünyada ən çox rastlanılan ölüm səbəbləri infarkt və insultdur.

Doktorinfo.az məlumat verir ki, infarkt zamanı erken müdaxilə böyük əhəmiyyət kəsb edir. Həm həyatı riski azaltmaq üçün həm də ürək əzələsinin zərərsiz xilas ola bilməsi üçün ilkin əlamətlər hiss edilən zaman təcili yardıma müraciət etmək lazımdır.

İnfarktın əsas əlamətləri arasında ürək ağrısı olaraq bilinən sine ağrısı və sancılardır. Sinədə hiss edilən bu ağrılardan biri də sinəyə edilən təzyiq hissi kimidir. Həmçinin sinə ağrısı sol qola, çiyinə, boyuna, qarına, belə təsir edə bilir. Adətən bu ağrılar 10-13 dəqiqə qədər davam edir. İnfarktın digər səbəbləri isə bu formadadır:

Sinədə ağrı – Döş qəfəsinin ortasında hiss edilən ağrı yarana bilər. Bu bir neçə dəqiqə çəkir. Həmçinin həzmsizlik, sinədə ağrı kimi mədə qaynaqlı şikayətlər gündəmə gələ bilər. Əksər zaman infarkt əlamətləri ilə mədə xəstəliyi olan reflüks əlamətləri bir-birlərinə bənzədiklərindən qarışdırıla bilər.
İnfarkt nədir? - Ediləcək ilkin müdaxilələrÜst gövdədə yaranan ağrı – Qollarda, çiyinlərdə, mədənin üst qismində, boyunda, çənədə meydana gələn ağrılar infarkt səbəbli yarana bilər. Qadınlarda infarkt sırasında qarın nahiyəsində və sinənin alt qismində ağrı görülə bilər. Bu səbəbdən diqqətli olunmalıdır və hər ağrı nəzarət altına götürülməlidir. Kişilərdə isə tez-tez belin üst qismində yaranan bir ağrı meydana gəlir.

Nəfəs darlığı – Nefes darlığının yaranması infarktın əlaməti ola bilər. Ağrı əsnasında ya da öncəsində yarana bilər.

Tərləmə - Əgər şəxs hansısa fiziki hərəkət etmirsə və bunun qarşılığında normaldan çox tərləyirsə, bu vəziyyət ürək problemlərindən xəbər verə bilər. Bu tərləmələr soyuq tərləmə formasında özünü biruzə verə bilir.

Halsızlıq – Şəxsin infarkt anında nəfəs darlığına halsizliq, yorğunluq da müşayiət edir.

Döyüntü – Ürəkdə ağrının yaranmasıyla yanaşı döyüntü də infarkt anında tez-tez qarşılaşılan əlamətdir.

İnfarktın səbəbləri nələrdir?

Ürəyə qan axışını təmin edən damarlarda yağ formunda plakların yaranması infarktın sebeblerinin ən çox qarşılaşılanıdır. Bununla bərabər damarda tıxanma və yırtılma da infarkta işarət edə bilər.

Siqaretdən istifadə ən böyük faktorlardan biridir. Belə insanlarda görülmə ehtimalı digərlərinə görə üç qat yüksəkdir.
İnfarkt nədir? - Ediləcək ilkin müdaxilələrQandakı mənfi xolesterin miqdarının yüksəkliyi infarkt riskini artırır. Tərkibində xolesterin miqdarı yüksək olan heyvani qidalar, bəzi dəniz məhsullarından istifadə edərkən diqqətli olmaqda fayda vardır.

Şəkər xəstəliyi də infarkt yaranmasına zəmin yaradan faktordur. Diabet xəstələrində damar divarındakı elastiklik pozulur.

Piylənmə də qan damarlarının mexanizminə zərər verən amildir. Erkən qocalma, damar sərtləşməsinə səbəb olaraq infarkt riskini artırır.

İnfarktın müalicəsi nədir?

Erkən diaqnoz bu zaman çox böyük əhəmiyyət kəsb edir. İlkin tədbirlər də çox vacibdir. Arteriyanın uzunmüddətli spazmasının infarkta səbəb olmaq ehtimalı vardır.

Tromboz damarlarların trombla tıxanması mümkündür. Bu zaman ilk olaraq damar tıxanıqlığını aradan qaldırmaq məqsədilə müxtəlif təcili müalicə üsulları tətbiq edilir: perkütan koroner girişim və damarları açan dərmanlar. Çünki arteriyanın 20-30 dəqiqə qan vurmaması infarkt üçün kifayət edir.
İnfarkt nədir? - Ediləcək ilkin müdaxilələrMiokard infarkt anında nələr edilə bilər?

Bu ciddi vəziyyətdir və dərhal tibbi yardım göstərilməlidir. Əgər bu halla qarşılaşma varsa aşağıdakı addımlar izlənilməlidir.

Təcili tibbi yardıma zəng edin – Xəstəni təcili surətdə xəstəxanaya çatdırmağa çalışın.

Xəstə rahatlandırılmalıdır – Sakitləşdirin və yatızdırın. Hərəkətlərini məhdudlaşdırın və ürək əzələsinə zərər verən hansısa fəaliyyətdən qaçının.

Nitroqliserinin istifadəsi – Əgər şəxs daha öncədən ürek xesteliyi səbəbiylə nitroqliserin istifadə edirsə, həkimin tövsiyə etdiyi formada dərman istifadəsinə icazə verin.

Aspirinin istifadəsi – Əgər şəxs daha öncədən aspirin istifadə etmirsə, təcili yardım gələnə qədər bir aspirin tabletini çeynəyərək udmasına kömək edin. Aspirin, bu ərəfədə infarkt riskini azaldır.

Ürək massajı – Əgər şəxs nəfəs ala bilmirsə, ürək massajı edərək həyat xilas edə bilərsiniz. Ancaq, ürək massajı etmədən öncə bu istiqamətdə təhsil almalısınız.
İlkin müdaxilə həyat xilas edə bilər.

İlkin əlamətlər zamanı həkimə müraicət edilməli və zamanında müdaxilə həyat xilas edə bilər.

Sağlamlıq Xəbərləri     Baxılıb: 207   Tarix: 03 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ginekologiya nədir?

Ginekologiya qadın xəstəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Ginekoloq kimdir?. xəbər verir ki, ginekoloji problemləri müayinə və müalicə edən həkim isə yüksək ixtisaslı mütəxəssis, ginekoloqdur

Sedasiya təhlükəlidir?

Sedasiya xəstənin qorxu, narahatlıq kimi hisslərini azaltmaq üçün istifadə edilən texnikadır. Sedasiya ne ucun edilir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, ən təməl məqsəd isə hərəkətsizliyi

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

Toyuq zəhərlənməsinin əlamətləri

Toyuq, sevəni də sevməyəni də çox olan ət məhsullarından biridir. xəbər verir ki, müxtəlif qida zəhərlənmələri arasında ən təhlükəli olanlardan toyuq zəhərlənməsində, salmonella bakteriyasının mövcudluğuna diqqət etmək lazımdır

Yuxudan duranda ayaqda uyuşmanın səbəbi

Bəzi insanlar səhər və ya gecə yatıb oyandıqdan sonra əllərin keyiməsindən əziyyət çəkirlər. xəbər verir ki, səhərlər ayaqlarda keyimə uyuşma hissi varsa bu diabetik polineyropatiyaya işarət edə bilər. Ayaqlarda yaranan uyuşma

40 yaşından sonra yaranan ağrı nədir?

Əksər insanlarda 40 yaşından sonra sümük oynaq ağrıları daha çox müşahidə edilir. Bəzən bu növ ağrıları revmatizm ağrıları ilə qarışdırırlar. Ancaq mütəxəssislər belə ağrıların osteoartrit ağrıları olduğunu dilə gətirirlər

Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsi

Amiloidoz, amiloid adı verilən və sümük iliyində istehsal olunan bir zülalın orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasın

Yeniyetmələr arasında yayılan xəstəliklər

Ürək patologiyaları geniş yayılan problemlər sırasında yer alır. Bəzi xəstəliklər yeniyetməlikdə üzə çıxsa da bəzilərində anadangəlmə olur. Bir çox xəstəlik simptomsuz inkişaf edir. Bes yeniyetmelerde daha hansi narahatliqla

Böyümə hormonu nədir?

Growth hormonu və somatotropin kimi adlarla bilinən böyümə hormonu, beyindəki hipofiz vəzindən istehsal olunan, uşaqlarda və yeniyetmələrdə böyüməyə təşviq edən təbii hormondur. xəbər verir ki, vücudun əzələ və sümük quruluşunu


tecili tibbi yardim boyrek agrisi dis agrisi qarin agrisi