Tiroid hormonu: Yüksək və aşağı olmasının səbəbləri

Tiroid hormonu: Yüksək və aşağı olmasının səbəbləriTiroid xəbərdarlıq hormon mənasına gələn TSH, hipofiz vəzi tərəfindən istehsal edilən, tiroksin (T4) və triyodotironin (T3) istehsalına xəbərdarlıq edən hormondur. TSH testi tiroid vəzinin vücudda nə qədər yaxşı çalışıb-çalışmadığını anlamaq üçün qandakı tiroid xəbərdarlıq hormon (TSH) miqdarını ölçür.

Doktorinfo.az xəbər verir ki, bu analiz ilə hipertiroidizm, hipotiroidizm, Qraves xəstəliyi, Haşimato xesteliyi və tiroid xərçəngi kimi xəstəliklərin diaqnozu qoyulur. TSH-ın yüksək və ya aşağı olması, edilən analiz vasitəsilə bilinir. Bu analiz qan vasitəsilə yoxlanılır.

TSH nece olmalidir?

Yaşa görə fərqlilik görülsə də normal TSH səviyyələri hər 1 litr üçün 0,4-5,0 millilitr arasında olmaqdadır. Tiroid pozgunlugu üçün görülən müalicə müddətində isə normal aralıq 1 litr üçün 0,5 ilə 3,0 olaraq qəbul edilir. Sağlam şəxslər üçün normal TSH dəyər aralıqları belə sıralanır:

5 günə qədər uşalar: Millilitr başına 0,7-15,2 mikro-birim

1 ilə 6 yaş arası uşaqlar: 0,7-5,97 İU/ML

7 ilə 11 yaş arası uşaqlar: 0,6-4,84 İU/ML

12 ilə 20 yaş arası insanlar: 0,51-4,3 İU/ML

21 ilə 99 yaş arası böyüklər: 0,27-4,2 İU/ML

TSH yuksekliyi ne ucun olur?

Səbəbləri aşağıdakılardır:

Hipotiroid varlığında

Yod catısmazliginda

Xərçəng müalicəsində

Hamiləlikdən qorunma həbləri kimi estrogen dəstəyi qebulunda

Haşimato tiroidi varlığında

Hipofiz adenomu varlığında

Hipertiroidin müalicəsi üçün istifadə edilən radioaktiv yod və anti-tiroid dərman istifadəsi kimi müalicələrin nəticələri

Həddindən çox kalsium və ya dəmir əlavəsi qəbul edildiyində TSH səviyyələri yüksələ bilir.
Tiroid hormonu: Yüksək və aşağı olmasının səbəbləriTSH yuksekliyinin elametleri nelerdir?

Yorğunluq

Əllərdə uyuşma

Menstruasiyanın pozulması

Depressiya

Qəbizlik

Səbəbi bilinmədən artan çeki və s.

TSH-ın aşağı düşməsinin səbəbi nədir?

Həddindən çox yodlu duzun istifadəsi

Tiroid hormonu dərmanının həddindən çox istifadəsi

Hamiləlik

Qraves xəstəliyi

Tərkibində tiroid hormonu olan təbii əlavələrin artıq qəbulu

Tiroid vəzi iltihablanması

Levotiroksin dərmanının istifadesi

TSH-ın asagi dusmesinin elametleri nelerdir?

Aşağı düşən zaman tez yorulma, halsızlıq hissi, depressiya, əl və ayaqlarda ödəm, səsin kəsintisi və s ola bilər.

Digər əlamətlər belə sıralanır:

Çəkinin itməsi
Tiroid hormonu: Yüksək və aşağı olmasının səbəbləriNarahatçılıq hissi

Görmə pozuntuları

Terleme

İncə, isti və nəmli dəri

Tiroid vəzinin böyüməsi

Menstruasiyanın pozulması

Gerginlik ve esebilik hali

Ezelelerde zeiflik

Saç itkisi.

TSH testi hansi xesteliklerin diaqnozunda yoxlanilir?

Sürətli çəki artımı, saç tökülməsi, soyuğa dayanıqsızlıq kimi əlamətlər görüldüyü zaman tiroid vəzi yoxlanılır.

Ani çəki itkisi, yuxusuzluq, titrəmə, tərləmə, ürək döyüntüsü kimi əlamətlər olan zaman

Tiroid dərmanı qəbul edən xəstələrdə

Yeni doğulan uşaqların bu vəzinin fəaliyyətini öyrənmək üçün ümumi müayinələr aparılır.

Qeyd edək ki, bəzi xanımlar buna əhəmiyyət vermir. Ancaq zamanında mualice edilməyən bu problem sonsuzluq, düşük, doğulan uşaqda əqli gerilik kimi problemləri belə yarada bilər. Bu səbəbdən bəzi xanımlar sonsuzluqla bağlı illərlə müalicə alsalar da məhz bunu araşdırmadıqları üçün nəticədə dəyişiklik olmur. Odur ki, TSH insan orqanizmi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 328   Tarix: 10 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Skolioz nədir?

Skolioz onurğa sütununda yaranan əyilmədir. xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğ

Kirəclənmə nədir?

Qocalma ilə birlikdə ortaya çıxan hüceyrələrdə itkilər, irəli yaş xəstəliyi olaraq bilinən, ancaq gənc yaşlarda da görülə bilən oynaq kirəclənmələrinə səbəb ola bilir. xəbər verir ki, yaşlılıq müddətində xəstələrin həya

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Sümük iliyi xərçəngi nədir?

Vücudda fərqli tip hüceyrələr mövcuddur. Leykositlər: Xalq arasında akyuvar, bəyaz qan hüceyrələri ya da mübarizəçi hüceyrələr olaraq bilinən leykositlər infeksiyalara qarşı mübarizə aparan hüceyrələrdir. Eritrositlər: Alyuva

Kişi klimaksının əlamətləri

Kişi klimaksı nədir?. Bir çox kişilərdə baş verən dəyişiklikdir. Adətən 40-70 yaş arasındakı kişilərin cinsiyyət vəzlərində dəyişikliklər baş verir. Bu, xayalarda degenerativ dəyişikliklərdə əlaqəlidir. xəbər verir ki, b

Miopiya xəstəliyi nədir?

Miopiya, gözün quruluşunun normaldan uzun olmasına bağlı olaraq uzağı dəqiq görə bilməməkdir. Miopiya barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, miopiyada gözə gələn işıqlar retinanın üzərind

Strep A infeksiyası nədir?

Strep A bakteriyası boğazda və dəridə meydana gələn ölümlə nəticələnən bakteriya növüdür. İnsanların çox olduğu yerdə olmaq bakteriya növlərinin artmasına yol açır. Xəstəliyə səbəb olan bakteriyalardan bir dənəsi də xal

Oynaq ağrılarında kompres etmək olarmı?

Oynaq ağrılarından bir çox insan əziyyət çəkir. Bu zaman isə müəyyən kremlər, isti və ya soyuq kompreslərdən istifadə edir. Bes oynaq, revmatoloji agrilar zamani kompres etmek olarmi?. xəbər verir ki, oynaq ağrıları zaman

Hipertoniya: Əlamətləri və müalicəsi

Bütün dünyada ən çox görülən xəstəliklərdən biri hipertoniyadır. Orta yaşlı insanlarda daha çox müşahidə edilir. Yaşlı insanlarda xroniki hala çevrilə və nəzarətdə saxlanmadığı təqdirdə ölümə belə yol aça bilər. Yüksək təzyi


boyrek agrisi mede agrisi bogaz agrisi tecili yardim