Qarın gərmə, Abdominoplastika əməliyyatı

Qarın gərmə, Abdominoplastika əməliyyatıQarın gərmə əməliyyatı olaraq bilinən abdominoplastika, qarın ətrafındakı həddindən çox yağ və dərinin azaldılması, qarın divarı əzələlərinin gücləndirməsi prosedurudur.

Mini qarin germe nedir?

Doktorinfo.az məlumat verir ki, adətən dəri sallaması daha az olan şəxslərə tətbiq edilir. Emeliyyat daha qısa kəsiklərlə edilir və tətbiq müddəti bir və ya iki saatdır. Mini abdominoplastika, yağ artıqlığı göbəyin alt qismində mövcud olan şəxslərə tətbiq olunduğu üçün göbək dəliyi hərəkət etdirilməz.
Qarın gərmə, Abdominoplastika əməliyyatıQarin germe emeliyyati nece edilir?

Qarın germe əməliyyatı, ümumi anesteziya altında edilir. Plastik cərrah tərəfindən icra edilir. Tam və mini abdominoplastika olmasına baglı olaraq fərqli texniklərdən istifadə edilir. Alt qarın hissəsinin böyük toxumalarının alınması məqsədilə digər kəsiklər edilir. Artıq yağ və dəri uzaqlaşdırılır, qarın əzələləri yenidən tənzimlənərək sallanan göbək görüntüsü dəyişdirilir. Qalan deri bir araya gətirilir və prosedur tamamlanır. Əldə edilən nəticə düz qarın görüntüsü verir.

Bu əməliyyat kimlər üçün uyğundur?

Abdominoplastika, sağlam və sabit çəkidə olan qadın və kişilər üçün uyğundur. Bir neçə hamiləlikdən sonra yaranan qarın sallanmasının azaldılması üçün seçilə bilər. Piylənmə hekayəsi olan və vacib ölçüdə çəki verən, göbək sallanması olan, qarin nahiyəsində artıq yağ toplanmasına sahib insanlar üçün tövsiyə edilir. Bununla yanaşı abdominoplastika, hamiləliyi planlayan qadınlar üçün uşaq sahibi olana qədər tövsiyə edilməz.

Abdominoplastika emeliyyati risklidir?
Qarın gərmə, Abdominoplastika əməliyyatıDigər emeliyyatlarda olduğu kimi riskləri yüksəkdir. Qarın gərmə əməliyyatı sonrası adətən ciddi problemlər görülməz.

Lakin mövcud ola biləcək riskləri təqdim edirik:

İnfeksiya və yaranın gec sağalması

Ürək və ağciyər problemleri

Qalıcı ağrı, narahatçılıq və ya uyuşuqluq

Cərrahi nahiyədə maye və qan toplusu və s..

Bəzi ciddi əks göstərişlər zamanı ikinci əməliyyat edilə bilər.

Abdominoplastika emeliyyatindan once diqqet edilmeli olan nuanslar:

Siqaretdən istifadə, qan axışını azaldaraq yaxşılaşma müddətinə təsir göstərir və toxuma zədələnməsini artırır. Bu səbəbdən bunu əməliyyatdan öncə tərgitməyiniz tövsiyə edilə bilər.
Həddindən çox çəkiyə sahib şəxslərin arıqlaması tövsiyə edilir. Prosedurdan sonra çəki itkisi, emeliyyat nəticələrinə təsir göstərə bilər.

Vücudda qanaxmanı artıra bilən aspirin, anti-inflamatuar dərman istifadəsindən uzaqlaşmağınız tövsiyə edilir. İstifadə etdiyiniz dərmanlar barədə həkiminizlə məsləhətləşin.

Bu emeliyyatdan sonra edilmeli olanlar:

Abdominoplastikadan sonra cərrahi nahiyədəki artıq maye və qanın boşaldılması məqsədilə kesik yerlərinə kiçik tüplər yerləşdirilir. Bunun qulluğu üçün həkimlər gərəkli məsləhətləri və ediləcəkləri izah edirlər. Cərrahi əməliyyatdan sonra qısa bir müddət antibiotik, qan durulaşdırıcı və ya ağrıkəsici dərman istifadə edilə bilir. Yaranın açılmasının qarşısını almaq üçün ani və çətinləşdirici hərəkətlərdən qaçınmaq gərəklidir.
Qarın gərmə, Abdominoplastika əməliyyatıSagalma muddeti ne qeder cekir?

Adətən 4-6 həftə olur.

Diqqet edilmesi vacib olanlar:

Yara nahiyənizi və tikişlərdən ehtiyyatlı olmalısınız və ani hereketler edilməməlidir.

Əməliyyatdan sonra bir neçə həftə maşından istifadə tövsiyə edilmir.

Ağır və fiziki işlərdən uzaq durulmalıdır.

Abdominoplastikanın qiyməti

Qiymət hər klinikada fərqlidir. Bu qiymət nahiyədə ediləcək dəyişikliklərdən asılıdır. Bu səbəbdən qiymət həkimlə danışılmalıdır.

Şahanə Quliyeva

Əməliyyatlar     Baxılıb: 316   Tarix: 14 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

İplə üz gərmə proseduru

İnsan üzü zaman daxilində yer çəkiminə və qocalma təsirlərinə məruz qalır. Kollagen azalması, elastikliyin itkisi və zəifləyən bağ toxuması səbəbiylə üz qırışır, dəridə sallanmalar meydana gəlir, bəzən də şəxs olduğunda

TUR əməliyyatı nədir?

Prostat adenoması vəziyyəti hər zaman müalicə ilə həll edilməyən problemlər arasındadır. Bəzən əməliyyata gecikdirmək belə istənilməyə nəticələrlə sonlana bilər. xəbər verir ki, gecikmiş vəziyyətdə, sidik ifrazının mümkü

Kök hüceyrəli yağ inyeksiyası nədir?

Vücudumuzdan liposaksiya ilə alınan yağın qalın partikülləri təmizləndikdən sonra ehtiyac duyulan başqa nahiyəyə inyeksiya edilir. Yağ inyeksiyası ən çox hansı nahiyələrə edilir?. xəbər verir ki, vücudun gərək duyulan hə

Liposaksiya əməliyyatı

Piylənmə kimi çəki problemləri olmayan, ancaq zəifləmə üsullarıyla həll olunmayan yağlanmalara sahib şəxslərdə, var olan artıq yağ toxumasının uzaqlaşdırılması və vücuda daha yaxşı forma qazandırılması üçün tətbiq edilə

Sünnət faydalı əməliyyatdır?

Sünnətin sağlamlıq üçün bir çox faydaları mövcuddur. Sünnətin faydaları nələrdir?. Cinsi orqan əyriliyi, əyri formada idrara getmək, idrar dəliyinin dar olması problemləri geniş yayılıb. Bu zaman sünnət edilmək bu problemləri

Blefaroplastika əməliyyatı

Yaşın irəliləməsi və yer çəkiminin də təsiri ilə dəridə təbii olaraq sallanmalar yaranır. Bu səbəblərlə göz qapaqlarında torbalanma, dəridə bollaşma, rəng dəyişikliyi, rahatlama və qırışıqlıqlar kimi əlamətlər ortaya çıxar

Dolğu proseduru

Dəridə qocamanın və ya çəki vermənin təsiri ilə yaranan, bəzən doğuşdan var olan çökük nahiyələr ola bilər. xəbər verir ki, dolğu tətbiqi, çökmüş olan bir nahiyənin, əriyə bilən bir maddə ilə doldurulması prosedurudur. Doda

Üz gərmə, Ritidektomiya nədir?

Üz gərmə əməliyyatı - üz və boyun nahiyəsindəki sallanma və qırışıqlıqların dartılma yolu ilə edilən prosedurudur. xəbər verir ki, az ya da artıq yağ toxumaları da arzu edilən yerə alınaraq şəkil vermə təmin edilə bilir

Skleroterapiya nədir?

Varikoz bir çox insanların ortaq problemidir. Müasir dövrdə varikozun müalicəsi dedikdə ilk düşünülən üsullardan biri məhz Skleroterapiyadır. Effektiv metod sayılan Skleroterapiya - damar boşluğu içərisinə dərman-skllerozan


babasil mualicesi sekis bogaz agrisi hamilelik testi