Epilepsiya xəstəliyi nə qədər təhlükəlidir?

Epilepsiya xəstəliyi nə qədər təhlükəlidir?Epilepsiya uzunmüddətli davam edən xroniki xəstəlikdir. Bu xəstəlik zamanı beyində mövcud olan neyronlar ani və nəzarətsiz formada genişlənərək boşalır. Nəticədə isə spazmlar, qıcolmalar, şüur dəyişkənliyi baş verir. Krizlər formasında təzahür edən xəstəlikdir. Dünyada təxminən 65 milyona yaxın epilepsiya xəstəsi vardır. Problemi birdəfəlik aradan qaldıran hansısa dərman mövcud olmasa da, krizlərin qarşısını almaq və ya nəzarətdə saxlamaq mümkündür.

Epilepsiya krizi necə baş verir?

Anidən ortaya çıxar və beyinin müəyyən hissəsinə yayılır. Krizlərin formaları spazmın beyinin hansı nahiyəsində başlamasından asılıdır. Bəzi insanlarda şüur itkisi baş versə də bəzilərində əlamətlər kəskin xarakter daşımaz.
Əksər zaman krizlər 30 saniyə ilə 2 dəqiqə arasında davam edər. 5 dəqiqədən daha artıq davam edən kriz varsa təcili tibbi yardım göstərilməlidir.
Krizlər zamanı yaranan əlamətlər:
Halsızlıq, danışığın azalması, hərəkətlərin sürətinin aşağıya enməsi və s.
Əksər xəstələr kiriz zamanı baş verənləri qismən də olsa xatırlayır.

Nədən yaranır?

Səbəbi dəqiq müəyyənləşdirilməsə də bir neçə faktorun təsir etdiyi bildirilir. Keçirilən travmalar, infeksiyalar, şişlər, bədbəxt hadisələr bu xəstəliyə zəmin yarada bilər. Həmçinin genetik faktorlar da mühüm əhəmiyyət kəsb edir.
Epilepsiyanın bir çox tutma tipi vardır. Gözdə baxışın itməsi absans tutmalar adlandırılır. Və ya vücudun hər hansı bir hissəsində qıcolma formasında krizlər yaranırsa, bunlar fokal tutmalar adlandırılır. Tutma keçirərkən bütün bədən boyu spazmlar meydana gələ bilər, həmçinin xəstə sidiyini qaçıra bilər. Əgər ağız da köpüklənirsə, buna adətən yayğın tutmalar deyilir. Yayğın tutmalar zamanı beyinin əksər hissəsindəki neyronlarda boşalma hadisəsi baş verir. Bunlarla yanaşı digər növ epilepsiya tutmaları da mövcuddur.

Epilepsiya xəstəliyi nə qədər təhlükəlidir?Epilepsiyanın əlamətləri nələrdir?

Epilepsiya növlərindən asılı olaraq şəxsdə müəyyən əlamətlər yaranır. Əlamətlər, bir neçə saniyə ilə 15 dəqiqə arasında meydana çıxır.
Bəzi əlamətlər epilepsiya krizindən öncə baş verə bilər, bu isə böyük həyati əhəmiyyət daşıyır.

Bəs bunlar hansılardır?

Ani olara ortaya çıxan kəskin qoxu və ya qorxu, narahatlıq hissi

Mədə bulantısı

Şüurun yavaş-yavaş itkisi

Əl və ayaqlarda hərəkətin qismən də olsa azalması

Güclü baş ağrısı

Ani ruh dəyişkənliyi

Bu və digər əlamətlər epilepsiya tutmasının xəbərçisi ola bilər.
Tutma zamanı isə hərəkətin tamam itməsi, diş qıcama, hərəkətlərin nizamsız olması, baxışların itməsi, dilin dişlənilməsi, əzələ qıcolmaları yaşana bilir.

Epilepsiyanın diaqnozu necə qoyulur?

Diaqnoz qoymaq üçün tutmaların dəqiq təsviri izah edilməli və buna uyğun olaraq müəyyən edilməlidir. Bu səbəbdən xəstə müayinəsi zamanı tutmaları müşahidə edən şəxslərin verdiyi məlumatlar da önəmlidir. Xəstəlik, nevropatoloq tərəfindən təyin edilir və nəzarətə alınır. Diaqnozu təsdiqləmək üçün EEQ, MRT, Kompyuter tomoqrafiyası kimi əlavə diaqnostik üsullardan da istifadə oluna bilər.

Epilepsiya xroniki xəstəlikdir?

Xroniki xəstəlik olaraq adlandırılır. Bu halla qarşılaşan insanlar sağlamlığının vacib olduğunu bilməli və xəstəliyə uyğun olaraq yaşamalıdırlar. Çünki xroniki xəstəliklərin müalicə ilə birdəfəlik sağalma ehtimalı yoxdur. Epilepsiya tutmaları şəxsin bütün yaşayışına mənfi təsir göstərə bilər. Bu isə depressiyaya yol aça bilər.

Epilepsiya xəstəliyi nə qədər təhlükəlidir?Bunun üçün xəstə aşağıdakılara diqqət göstərməlidir:

Əsəb hissi cilovlanmalıdır. Çünki stress vücudun gərginləşməyi üçün kifayətdir. Bu səbəbdən vücud həyəcan, qorxudan nə qədər uzaq gəzərdə sağlamlığını o qədər qorumuş olur.

Spirtli içkilərdən istifadə azaldılmalıdır.

Dərmanlar müntəzəm və doğru şəkildə qəbul edilməlidir.

Yuxu rejiminə nəzarət edilməlidir.

Yuxusuzluq tutmaların sayını artıra bilər.

Epilepsiyanın müalicəsi necə aparılır?

Epilepsiya xəstəliyi adətən dərmanlarla müalicə olunur. Dərman müalicəsi tutmaları 70% nisbətdə azalda bilir. Ancaq dərman müalicəsinə reaksiya verməyən xəstə qrupları da vardır. Epilepsiyanın ömür boyu davam edən formaları mövcud olsa da bəzi xəstələrdə sağlamlığına müntəzəm diqqət göstərdiyi zaman krizlərin tutmaması və ya nadir baş vermə halları da mümkündür.

Qeyd edək ki, dərman müalicəsinə cavab verməyən xəstələrdə cərrahi müalicə forması tətbiq oluna bilər.

Epilepsiya xəstəliyi nə qədər təhlükəlidir?Bəs epileptik tutma zamanı yardım necə göstərilməlidir?

- Tutma keçirən xəstənin hərəkətlərinə mane olmaq olmaz.

- Xəstənin çənəsi yığılıbsa, bunu hansısa vasitələrlə, yəni qaşıqla ya digər əşyalarla açmağa çalışmaq lazım deyil. Əks halda bu müdaxilələr krizin müddətini uzada bilər, hətta xəstə zədələnə bilər.

- Xəstəni ehtiyyatla yan yatırın, tənəffüs yollarını açıq tutmağa diqqət göstərin.

- Həmçinin xəstəni əlavə yaralanmalardan, zərbələrdən qorumaq üçün kəsici, deşici, iti alətləri kənarlaşdırmaq lazımdır.

- Tutma bitsə belə vücudun halsız olacağını unutmayın. Bunun üçün də xəstənin dərhal qalxmasına icazə vermək düzgün addım hesab edilmir.

Xəstəliklər     Baxılıb: 197   Tarix: 17 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Dirsək qırığı nədir?

Dirsək oynağı, vücudun ən qarışıq və həssas oynaqlarından biridir. Dirsek qirigi nedir? Dirsek qiriginin sebebleri nelerdir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, dirsək oynağı, ü

Göz miqreni nədir?

Gözə vuran miqren, auralı miqren, oftalmolojik miqren olaraq bilinən və şiddətli göz ağrıs ilə ortaya çıxan göz miqreni xəstədə çox sayda şikayətə yol aça bilir. Göz miqreni və səbəbləri barədə daha ətraflı məlumat üçün məqalən

Amilaz əksikliyi nədir?

Amilaz nədir? Aşağı olmasının hansı rolları mövcuddur?. Bu və daha ətraflı sualların cavabı üçün məqaləni sonadək oxuya bilərsiniz. Amilaz həzm sistemində böyük rol oynayır. xəbər verir ki, qarışıq karbohidratları daha bəsi

Frengi, Sifilis xəstəliyi nədir?

Sifilis olaraq da bilinən frengi, adətən cinsi yolla yoluxan bakterial bir infeksiya xəstəliyidir. xəbər verir ki, təməl səbəbi cinsi münasibət olan frengi xəstəliyi, anadan uşağa keçərək də meydana gələ bilər. İstilik tərzind

Çiyin ağrılarının səbəbləri

Çiyin ağrıları son zamanlar kifayət qədər yayılıb. xəbər verir ki, çiyin ağrısı çiyin və ətrafında hansısa səbəblərdən qaynaqlana bilir. Ciyin agrisinin sebebleri ve risk faktorlari nelerdir?. Sağ ya da sol çiyin ağrısı adətə

Sinüzit nədir?

Sinüzit, sinusları əhatə edən toxumaların iltihablanması və ya şişməsi vəziyyətidir. Sinüzit barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, sinuzit üz ağrısına, burun tıxanıqlığına və ya axıntısıyl

Genetik xəstəlik, Apert sindromu nədir?

Apert sindromu genetik xəstəlikdir. xəbər verir ki, bu sindromda əllər, ayaqlar, üz sümükləri təsirlənir. Adətən genetik səbəblərlə görülür. Uşağın inkişafı əsnasında da yarana bilər. Apert sindromu barədə daha ətraflı məluma

Laringit nədir?

Laringit, qırtlaq və ya səs qutusu iltihabına verilən addır. Səs telləri həddindən çox istifadə edildiy zaman və ya infeksiyaya yoluxduğunda laringit ortaya çıxa bilir. Bəzi laringit xəstəlikləri zamanı səs duyulmaya bilər

Distoni xəstəliyi nədir?

Distoni problemi nədir?. Səbəb və əlamətləri barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Distoni, əzələlərin gərginləşdiyi, təkrarlayan bir hərəkət pozuntusu olaraq bilinir. Xüsusilə Parkinson kimi xəstəliklərdə


boyrek agrisi mede agrisi cinsi xestelikler tecili yardim