Epilepsiya tutmaları zamanı ilk yardım

Epilepsiya tutmaları zamanı ilk yardımEpilepsiya krizləri, fərqli formalarda meydana gəlir. Yerə yıxılma, vücudun nəzarətdən kənar hərəkətləri və s. Belə tutmaların təhlükəli ola biləcəyini vurğulayan mütəxəssislər, epilepsiya keçirən şəxsə su və ya qidanın verilməməsinin vacib olduğunu dilə gətirirlər. Bu barədə türk neyroloji mütəxəssisi Barış Metinin dediklərini təqdim edirik.
Bəzi xəstələrdə kriz anı sakit, sabit duruş formasında baş verir. Ancaq bəzi tutmalarda isə şəxs yerə anidən yıxıla və vücud spazmları tuta bilər. Bu zaman təcili tibbi yardıma müraciət etmək lazımdır.

Bəs ilkin müdaxilə necə olmalıdır?

Bu zaman şəxsi ehtiyyatla yerə uzatmaq lazımdır. İlk olaraq sakit qalmalısınız.

Şəxsə zərər verə biləcək əşyaları ətrafından uzaqlaşdırın.

Başının altına yumşaq nəisə qoyun.

Sol tərəfə çevirin və rahat nəfəs almasını asanlaşdırın.
Sinə düyməsini açın və boğaz nahiyəsi açıq, sıxılmamış formada qalmalıdır.

İnsanlar adətən kömək məqsədilə bəzi hərəkətlər edirlər ki, əslində bu, kriz keçirən insana köməkdən çox zərər verir.
Epilepsiya tutmaları zamanı ilk yardımBunlar hansılardır?

Spazmları dayandırmağa çalışmayın, özünün vaxtı var.

Ağzına bir şey salmayın, bu çənə və dişlərdə zədələnmələrə yol aça bilər.

Süni tənəffüs etməyə çalışmayın, tutmalar bitən zaman tənəffüs geri gəlir.

Özünə tam gələnə qədər su və ya qida verməyin. Şüuru yerində olmayan zaman verəcəyiniz qida ağciyərlərə keçə bilər.

Sağlamlıq Xəbərləri     Baxılıb: 152   Tarix: 05 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Günəş ləkələrindən necə qurtulmaq olar?

Günəş şüalarının insan sağlamlığı üçün hər nə qədər faydası olsa da müxtəlif zərərləri də vardır. Xüsusillə yaz aylarında tez-tez günəşə məruz qalmaq dəridə günəş yanıqlarına yol aça bilər. xəbər verir ki, günəş şüaları başd

Dumanlı beyin sindromu xəstəlikdir?

Bəzən baş ağrıları yaşanılır. Bəzilərində isə ağrılarla yanaşı başda ağırlıq, diqqət əksikliyi, yaddaşda zəiflik də müşahidə edilir. Bu, dumanlı beyin kimi kimi bilinir. xəbər verir ki, tibbi dildə bu adda diaqnoz olmas

Göz sulanması nədir?

Tibbi ifadəsi ilə epifora olan göz sulanması, gözlərin artıq göz yaşı istehsalı və ya göz yaşlarının olması gərəkdiyi kimi axmaması səbəbiylə meydana gələn vəziyyətdir. Göz sulanmasının səbəbləri barədə ətraflı məlumat üçü

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

İmmunoterapiya nədir?

Vücudun immun sistemi, mikroorqanizmlərin və anormal hüceyrələrin tanınması və bunlara qarşı hücuma keçilməsi kimi əhəmiyyətli rol oynayır. xəbər verir ki, biolojik terapiya, bu təbii qorunma sisteminin xəstəliklərə qarş

40 yaşından sonra yaranan ağrı nədir?

Əksər insanlarda 40 yaşından sonra sümük oynaq ağrıları daha çox müşahidə edilir. Bəzən bu növ ağrıları revmatizm ağrıları ilə qarışdırırlar. Ancaq mütəxəssislər belə ağrıların osteoartrit ağrıları olduğunu dilə gətirirlər

Psixologiya nədir?

Psixologiya elmi nədir?. Psixologiya insan zehninin fəaliyyətini, davranışını və emosional təcrübələrini öyrənən elm sahəsidir. Tarixi qədimlərə dayanır. xəbər verir ki, psixolgiya insanın psixikasını, yəni ruh halını öyrənir

Yeməkdən sonra çay içmək bu xəstəliyi yaradır

Qanda hemoqlabin adlı zülalın insan orqanizmi üçün əhəmiyyətli dərəcəsi çoxdur. xəbər verir ki, bu zülalın aşağı düşməsi və ya qırmızı qan hüceyrələrinin sayının azalması qanazlığı problem yarada bilər. Anemiya isə ayrılıqd

Böyümə hormonu nədir?

Growth hormonu və somatotropin kimi adlarla bilinən böyümə hormonu, beyindəki hipofiz vəzindən istehsal olunan, uşaqlarda və yeniyetmələrdə böyüməyə təşviq edən təbii hormondur. xəbər verir ki, vücudun əzələ və sümük quruluşunu


qarin agrisi hamilelik testi babasil mualicesi cinsi xestelikler