Dişləriniz sızıldayır? - Səbəb və həll yolları

Dişləriniz sızıldayır? - Səbəb və həll yollarıDiş ağrıları bir çox insanların ortaq problemidir. Bəzən dişdə hansısa çürük olmasa da müxtəlif faktorlardan qaynaqlanan sızıldamalar, həssaslıq baş verir. Xüsusilə buzlu, soyuq, isti yeyəcəklər, dişdə həssaslığını artıra bilər.

Diş həssaslığı, sızlanmasının səbəbləri nələrdir?

doktorinfo.az təqdim edir:

Çox soyuq ya da çox isti qida və içkilərin istifadəsi

Çox acı, turş, ədviyyatlı, şirin qidalar, içkilərin tez-tez istifadəsi

Yanlış diş fırçalanması

Diş plombları ilə yaranan problemler

Dişdə çürüyün olması

Diş minasının zedelenmesi

Diş əti çəkilmələri

Diş plombu etdirenden sonra ortaya çıxan həssaslıq
Dişləriniz sızıldayır? - Səbəb və həll yollarıDiş ağartmadan sonra yaranan problemlər

Ağız içində yaranan iltihablanma, infeksiyalar

Diş sıxma xəstəliyi

Bəzi dermanlarin əks təsirləri

Diş qıcırdatma və s.

Diş həssaslığı, sızlanmasına nə yaxşı təsir göstərər?

Evdə tətbiq edəcəyiniz bəzi təbii üsullarla diş həssaslığından qaynaqlanan sızlanmalara həll yolu tapa bilərsiniz. Ancaq adı çəkilən məhsula qarşı allergiyanız varsa istifadədən qaçınmalısınız.

Duzlu su – Diş sızıldamalarının sebebi olan mikroblardan xilas olmaq üçün duzlu sudan dəstək ala bilərsiniz. Bunun üçün bir stəkan təmiz içmə suyunun içinə 1 çay qaşığı qədər duz əlavə edib yaxşı qarışdırmağınız lazımdır. Hazırladığınız bu duzlu su ilə qarqara etməyiniz kifayətdir. Bunu dişlərinizi hər fırçaladıqdan sonra etməlisiniz.
Dişləriniz sızıldayır? - Səbəb və həll yollarıMixək – Diş ağrıları mövzusunda vacib olan bitki antiseptik xüsusiyyətləri ilə ağız içinin temizlenmesinde və fərahlanmasında böyük rola malikdir. Bunun üçün bir neçə mixəyi sert olmadan çeynəməyiniz yetərli olacaqdır.

Mixək yağı – Əgər mixəyi çeynəmək istəmirsinizsə yağından istifadə edə bilərsiniz. Bunun üçün bir hissə pambığın üzərinə 10 damla qədər bu yağdan damladın və mixək yağlı pambığı sızıldayan dişinizin üzərinə diqqətlə basın və bir müddət gözlədin. Sızıldamağın, həssaslığın azaldığını görəcəsiniz.

Çobanyastığı çayı – İltihabların tez keçməsini təmin edir. Eyni zamanda sinirləri sakitləşdirir. Diş həssaslığının aradan qalxmasına kömək olur. Bunun üçün çobanyastığı çayını hər zamanki kimi dəmləyin və ilıqlaşmasını gözləyin. Hazırladığınız çayın bir qismini istifadə edin. Qalan qismi ilə qarqara edin.

Sarımsaq – Faydalarını saymaqla bitmez. Çiy olaraq istifadə edildiyi zaman qoxusu narahat etsə də 1 diş sarımsağı çeynəyərək yeyilməsi diş ağrılarının azalmasına gətirib çıxarır.

Şahanə Quliyeva

Xalq Təbabəti     Baxılıb: 213   Tarix: 01 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyin damarlarını açan vasitələr

Beyin damarlarının tutulması bir sıra problemləri yanında yarada bilər. Bu hala bir çox faktor sebeb ola bilər. Hansı səbəbdən beyin damarları tutula bilər?. xəbər verir:. İrsi hal. Stress. İnsult. Yüksək şəkər. Qalxanvar

Hər kəsin evində var - Sadə üsullarla ağrılardan xilas olun

Gündəlik hər insan müxtəlif ağrılardan əziyyət çəkə bilər. Bəzən ağrılar elə zaman başlayır ki həkimə müraciət edə bilmirik və ya maddi vəziyyət buna şərait yaratmır. Bu zaman ev şəraitində ağrılardan necə xilas ola bilərik?

Sarımsaq limon birləşməsi hansı dərdə faydalıdır?

Xalq təbabətindən hər zaman müasir tiblə yanaşı istifadə edilib. Təbiətin belə nemətlərindən biri limon və sarımsaq birləşməsidir. İkisi də ayrılıqda insan orqanizmi üçün olduqca faydalıdır. Xolesterini azaldır, insult v

Sancıları azaldıb, qanaxmanı kəsən bitki - Quşəppəyinin faydaları nələrdir?

Təbiətin bəxş etdiyi bir çox dərdə dəva olan bitkilərdən biri quşəppəyidir. Bu bitkinin meyvələri buynuzcuqludur, üçbucaq formalıdır. Daha çox yaz aylarında çəmənlikdə görmək olur. Bəs insan orqanizmi üçün faydaları nələrdir?

Daim əlləriniz üşüyür? - Səbəbi və həll yolu

Bir çox insan əllərinin, barmaqlarının daim soyuq olmasından şikayətlənirlər. Bədənləri üşüməsə də əllər və barmaqlar buz kəsir desək yanılmarıq. xəbər verir ki, buna sebeb barmaqlara kifayət qədət qanın çatmamasıdır. Bə

Böyrəkləri təmizləyən reseptlər

Böyrək insan orqanizmi üçün vacib orqandır. Vücudu zərərli toksinlərdən təmizləyir. xəbər verir ki, böyrəkləri çox yükləmək də doğru deyil. Toksin və ziyanlı maddələri orqanizmdən temizlemek üçün təbii vasitələrdən də istifad

Cinsi zəifliyi aradan qaldıran vasitələr

Cinsi zəifliyi səbəbindən asılı olaraq təbii və tibbi üsullarla müalicə edərək aradan qaldırmaq mümkündür. -ın təqdim etdiyi türkə çarə vasitələrlə mövcud problemi aradan qaldıra bilərsiniz. Həmçinin bu üsulların vücudunuz

Rozmarinin (Bibəriyyə) faydaları nələrdir?

Tərkibində önəmli maddələr mövcud olan bitkilərdən biri rozmarindir. Xalq arasında akpüren, bibəriyyə kimi fərqli adlarla da bilinən bu bitkinin çox illik tarixi vardır. xəbər verir ki, mavi rəngdə çiçəkləri mövcud olan bibəriyy

Bir çox problemin dərmanı bir arada... - Quru əriyin faydaları nələrdir?

Quru ərik hər zaman yeməklərdə və xalq təbabətində istifadə edilib. İnsan orqanizmi üçün olduqca faydalıdır. Tərkibi:. xəbər verir ki, içərisində B, C, PP vitaminləri, 12 amin turşusu, maqnezium mövcuddur. Bəs faydaları nələrdir?


mede agrisi tecili tibbi yardim qarin agrisi bogaz agrisi