Xəstə halsız vəziyyətdə təcili yardım şöbəsindən qaçdı - "Həkimlər xəstəni axtarırdılar..."

Xəstə halsız vəziyyətdə təcili yardım şöbəsindən qaçdı - Dünən yolumuz Kliniki Tibbi Mərkəzə düşdü. Ad dəyişilsə də, qalan hər şey yerli yerindədir. Həyatımda ilk dəfə təcili yardımdan xəstənin qaçdığını orada gördüm. Adam içəridə hansı münasibəti görmüşdüsə, halsız vəziyyətdə olsa da özünü qapıdan çölə atdı. Sonra həkimlər çıxıb xəstəni axtarmağa başladılar.
KONKRET.az xəbər verir ki, bunu jurnalist Çingiz Səfərli bildirib.
"İkinci bir məsələ "açıq bazar"ın hələ də qalmasıdır. Deməli, təcili yardıma xəstə gəlir. Xəstəni müayinə edirlər, ardınca birinci tibb bacısı gəlir və "hörmət" istəyir. 5 manat verib yola salırsan və deyir ki, bir azdan da həkim gələcək.
Normalda belə pul istəyənləri acılayıram, amma düz kameranın altında istədi və kameraların çəkdiyini deməyimə baxmayaq, "fərqi yoxdur" deyə cavab verdiyi üçün ovcuna 5 manat basdım. Çıxanda da həkimə 10 manat verdim. Vəziyyət belədir. Buna rəğmən də hər gün "səhiyyəmiz inkişaf edir, ay mütəxəssislərimiz elədir, belədir" tipli açıqlama verirlər. Bu da TƏBİB və onun xəstəxanalarda yaratdığı şərait. Kliniki Tibbi Mərkəz hələ bunların ən yaxşısıdır guya… Təcili yardıma xəstə gəlir, birinci xəstə ilə maraqlanmaqdansa, deyirlər ki, əvvəlcə gedib adını qeydiyyata salın, sonra gəlin. Belə xidmət olar?" – jurnalist qeyd edib

Sağlamlıq Xəbərləri     Baxılıb: 114   Tarix: 17 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Özgüvən əksikliyi

Özgüvən əksikliyi, şəxsin öz bacarıqları, dəyər və ya özgüvən mövzusunda duyduğu yetərsizlik hissidir. xəbər verir ki, bu vəziyyət sosial münasibətlərdə, iş həyatında və ümumi həyatda mənfi təsirlər yaradır. Özgüvən əksikliy

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

Dumanlı beyin sindromu xəstəlikdir?

Bəzən baş ağrıları yaşanılır. Bəzilərində isə ağrılarla yanaşı başda ağırlıq, diqqət əksikliyi, yaddaşda zəiflik də müşahidə edilir. Bu, dumanlı beyin kimi kimi bilinir. xəbər verir ki, tibbi dildə bu adda diaqnoz olmas

Boğaz iltihabı: Növləri və müalicələri

Boğaz iltihabı, gündəlik həyatda tez-tez qarşılaşılan və xüsusilə havaların soyuması ilə artan problemdir. xəbər verir ki, bakteriyaların, virusların səbəb ola biləcəyi bu problem, boğazda meydana gəlməsi ilə birlikdə şəxsləri

Histamin nədir?

Histamin, insan vücudunda təbii olaraq mövcud olan, bitki və heyvanlar tərəfindən sintez edilə bilən bioloji amindir. xəbər verir ki, histidin tərkibli qida maddələri histaminə çevrilə bilir. Histamin ola bilməsi üçün ortamd

Varikoz: Səbəb və müalicə

Varikoz damar genişlənməsidir. Bu problem qadınlarda daha çox müşahidə edilir. Ayaqlarda qabarmış yaşıl damarların mövcudluğu ilə xarakterizə edilən problemdir. xəbər verir ki, 25-30 % qadınlarda, 15-20 % isə kişilərdə rastlanılır

Gənə dişləməsi

Gənə dişləməsi, insanlar və heyvanlar üzərində ciddi sağlamlıq problemlərinə səbəb ola bilən vacib sağlamlıq problemidir. xəbər verir ki, gənə dişləmələrində adətən qızarıqlıq, qabarıqlıq və qaşıntı kimi əlamətlər görülür

İmmunoterapiya nədir?

Vücudun immun sistemi, mikroorqanizmlərin və anormal hüceyrələrin tanınması və bunlara qarşı hücuma keçilməsi kimi əhəmiyyətli rol oynayır. xəbər verir ki, biolojik terapiya, bu təbii qorunma sisteminin xəstəliklərə qarş

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay


babasil mualicesi qarin agrisi boyrek agrisi mede agrisi