Altıncı xəstəlik nədir?

Altıncı xəstəlik nədir?Kiçik uşaqlarda virus qaynaqlı yoluxucu xəstəliklər mühüm problemlərin başında gəlir. Bunların ən çox görüləni altıncı xəstəlikdir. Yüksək qızdırma ilə baş verən altıncı xəstəlik, kiçik uşaqlarda problemlərə yol aça bilər.

Xalq arasında altıncı xəstəlik olaraq bilinən "roseola infantum", bədənin müxtəlif nahiyələrində, daha çox dodaq və genital hissədə uçuq meydana gətirməsi ilə bilinən herpes ailəsindən gələn HHV-6 və HHV-7 viruslarının səbəb olduğu xəstəlikdir. Altıncı xəstəlik əksər zaman 6 ay ilə 2 yaş arasında uşaqlara təsir göstərir. Bir neçə gün yüksək qızdırma ilə seyr edən, qızdırma düşəndən sonra vücudda səpkilərlə davam edir.

Altıncı xəstəliyin əlamətləri nələrdir?
Altıncı xəstəlik nədir?Altıncı xəstəlik, yüngül üst tənəffüs yolu infeksiyası yüksək qızdırma ilə baş verir. Bu, altıncı xəstəliyin ən əsas əlamətidir. Qızdırma 4 ilə 7 gün arasında davam edir, bu müddətdə halsızlıq, iştahsızlıq, yorğunluq kimi hallar baş verir. Xəstəliyin davamında qızdırma birdən düşər və vücudda səpkilər yaranmağa başlayar. Qızdırma adətən 3-7 gün davam edir, bir neçə gün arasında solar və keçər.

Diaqnozu necə qoyulur?

Fiziki müayinə, tibbi keçmiş araşdırılır. Gərək duyularsa qan analizləri aparılır.

Müalicəsi

Xüsusi müalicə növü yoxdur. Qızdırmanın düşməsi üçün ibuprofen, parasetamol tərkibli dərmanlar istifadə edilir. Çoxlu maye qəbul etməsi təmin edilir. Meyvə və tərəvəz çoxlu yeyilməlidir.

Altıncı xəstəlik yoluxucudur?

Yoluxucudur, ancaq koronavirus, qızılca kimi böyük problemlərə yol açmaz. Hava-damcı yolu ilə yoluxur. Asqıran, öskürən zaman mikrobların ətrafa saçılması nəticəsində yoluxma baş tutur. Nadirən də olsa böyüklərdə də görülmək ehtimalı vardır. Bu vəziyyət adətən böyüklərin bu xəstəliyi keçirmiş və immuniteti qazanmış olması ilə əlaqədardır.
Altıncı xəstəlik nədir?Belə xəstələrə duş etdirmək olarmı?

Bahar aylarında daha çox görülən altıncı xəstəliyin müddəti 3-7 gündür. Bol maye qəbulu və dincəlməklə yanaşı uşağa ilıq su ilə duş qəbulu etdirilə bilər.

Altıncı xəstəliyin yoluxuculuğu neçə gün davam edir?

Digər viruslarda olduğu kimi altıncı xəstəlikdə də yoluxuculuq, öskürmə, danışmaq, asqırmaq yolu ilə, yəni kiçik maye damlacıqlarla gerçəkləşir. Bu xəstəlik üçün yoluxuculuq müddəti 14 gündür. Bu zaman müddətində, virus daşıyıcısı olan uşağın infeksiyanı başqasına rahatlıqla yoluxdura bilər.

Uşaq xəstəlikləri     Baxılıb: 301   Tarix: 11 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar arasında yayılan rotavirus xəstəliyi nədir?

Rotavirus, xüsusilə 5 yaşdan aşağı uşaqlarda ishala səbəb olan çox yayılmış infeksiya növüdür. 9 fərqli növü mövcud olan rota virusların içərisində ən çox yayılan infeksiyaya səbəb olan qrup Rotavirus A formasıdır. 6-24 a

Müalicə edilməyən sarılıq beyinə zərər verir

Uzun müddət gözləntinin ardından uşağınızı qucağınıza almağın xoşbəxtliyi heç nə ilə ölçülə bilməz. Ancaq bəzi xəstəliklər, bu xoşbəxtliyə kölgə sala bilər. Xüsusilə də uşaqda görülən, bəzən bəsit görünən sarılıq belə ağı

Uşaqlarda mədə bulantısının səbəbləri

Mədə bulantısı ağrısız, xoş olmayan qusma hissinə yaxın olaraq bilinən şikayətdir. xəbər verir ki, mədə bulantısı adətən kimyəvi xəbərdarlıq və ya hərəkətə bağlı yarana bilən tam olaraq səbəbi açıqlana bilməyən bir vəziyyətdir

Uşaqlarda sümük kistaları

Uşaqlarda daha çox çiyin nahiyəsində görülən sümük kistləri bəzən heç bir əlamət verməsə də bəzən ağrı ilə özünü biruz verir. xəbər verir ki, sümüklərdə qırıqlara səbəb ola bilən kistlər nadir də olsa uşaqlarda qısalığa bel

Körpələrdə dayanmayan ağlamaq - Kolik problemi nədir?

Sağlam uşaqlarda sıx aralıqlarla, uzun müddətli və çox görülən ağlama və ya narahatçılıq vəziyyətinə kolik adı verilir. Valideynlər üçün bu dövr xüsusilə sıxıntılı və çətin bir haldır. Kolik körpələrdə krizlər adətən 6-c

Uşaqlarda qulaq ağrısı

Uşaqlarda qulaq ağrısı yayılan xəstəliklər sırasındadır. xəbər verir ki, adətən körpələrdə və 3-4 yaş aralığı uşaqlarda daha çox görülür. Bes daha cox usaqlarda gorulen qulaq agrisinin sebebleri nelerdir?. Soyuqdəymə - B

Uşaqları xəstəlikdən necə qorumalı?

Soyuq havalar, yazın gəlişi ərəfəsi zamanı havaların soyuq və ya isti keçməsi xəstəliklərin artımına səbəb olur. Bununla da uşaqların immunitet sistemi xüsusilə zəifləyir. Bu məqamda valideynlər bəzi nüanslara diqqət etməlidirlər

Əl-ayaq-ağız xəstəliyi olan "Koksaki virusu" nədir?

Son illərdə yayılan əl-ayaq-ağız xəstəliyi xüsusilə isti fəsillərdə daha çox müşahidə edilir. Bu xəstəliyə səbəb olan koksaki virusu insanların həzm sistemlərində yaşayıb artan, yayılan virus ailəsinin üzvüdür. Əksər zama

Ən yaxşı pediatr kimdir?

"Ən yaxşı həkim kimdir, "Dərdimizi kimə ünvanlayaq?" kimi suallar bir çoxlarının yaralı yeridir. Bu dəfə mövzumuzu "Bakıda ən yaxşı pediatr kimdir?" sualı ətrafında yazdıq. Bu barədə şəhərdə, sosia


babasil mualicesi qarin agrisi boyrek agrisi mede agrisi