.

Seymur Xəlilov

Həkim Haqqında
Ümumi Cərrah. Cərrah Koloproktoloq. Tibb üzrə fəlsəfə doktoru. 28 ildən çox həkimlik təcrübəsi var. Ümumi cərrahi ( mədə-bağırsaq traktının cərrahi xəstəlikləri, xora xəstəliyi, xoş və bədxassəli şişlər, qarın boşluğu orqanlarının irinli-iltihabi xəstəlikləri, qarın divarının bütün növ yırtıqları, abdominoplastika), Koloproktoloji xəstəliklərin (yoğun bağırsağın irinli-iltihabi xəstəlikləri, xoş və bədxassəli şişləri, anadangəlmə qüsürları, babasil, anal çatlar, müxtəlif növ pararektal fistulalar, anal sfinkerin xəstəıikləri-strikturaları, çatmamazlıqları, abseslər, paraproktitlər, büzdüm nahiyyəsinin cərrahi xəstəlikləri- dermoid kistalar və s.) diaqnostika və müalicəsi ilə məşğul olur. Ümumi Cərrahi, Koloproktoloji əməliyyatları uğurla həyata keçirir. İş təcrübəsi1986-1994 -cü illər Azərbaycan Dövlət Tibb Universiteti - tələbə.1994-1995 ci il Ümumi cərrahiyyə üzrə internatura.1997-2004-cü illərdə Rusiya Federasiyası. Saratov vilayəti. Saratov şəhər 8 saylı kliniki xəstəxananın Cərrahiyyə və Koloproktologiya şöbələrində həkim-cərrah vəzifəsində çalışıb,2004-cü ildən Bakı şəhər Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə şöbəsində Həkim-Cərrah vəzifəsində çalışır. TəhsiliBak şəhəri. Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə-profilaktika fakultəsi.Bakı şəhəri. Ümumi cərrahiyyə üzrə subordinatura və internatura.Rusiya Federasiyası Saratov vilayəti. Saratov şəhəri. Tibb Universiteti Ümumi cərrahiyyə üzrə ixtisaslaşma və aspirantura.Rusiya Federasiyası Moskva şəhəri. Elmi Tədqiqat Koloproktologiya institutu. Rusiya Federasiyası Saratov vilayət Koçoproktoloji mərkəz. Saratov şəhəri.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi. Bakı şəhəri. (Cərrahiyyə üzrə) Tibb üzrə fəlsəfə doktoru müdafiə. Kurslar
1994-1995-ci illərdə Bakı şəhər 5 kliniki xəstəxanada ümumi cərrahiyyə ixtisası üzrə internatura keçib.
2001-ci ildən Saratov Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasında elmi fəaliyyətlə məşğul olmağa başlayıb. 
2002-ci ildə Moskva şəhəri ÜmumRusiya Elmi - Tədqiqat Koloproktologiya İnistitutunda Koloproktologiya ixtisasına yiyələnib, Saratov şəhər Koloproktologiya mərkəzində həkim vəzifəsində çalışıb.
2014-cü ildən etibarən Tibb üzrə Fəlsəfə doktorudur.
24-ə qədər məqalə və tezislərin müəllifidir. 
Məqalələri Rusiya, Belorusiya, Qazaxıstan və Azərbaycan Tibb jurnallarında dərc olunub.
Prosedurlar
kolektomiya (yoğun bağırsağın çıxardılması);proktoloji əməliyyatlar;yoğun bağırsaq əməliyyatı;appendektomiya;koloproktoloji əməliyyatlar;plastik əməliyyatlar;hemorroidal ektomiya.