.

Dr. Ellada Manafova

Düz bağırsaq fistulaları  , Bauhinit, Çənbər bağırsağın psevdopolipozu

Həkim Haqqında
Haqqında Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra ümumi cərrah- proktoloq ixtisası üzrə çalışıb. İxtisasını daha da təkmilləşdirmək üçün Ankara Gülhane Askeri Tibb Akademiyasında fəaliyyət göstərib. Türkiyədə olarkən bir çox xəstəxanalarda, klinikalarda yeni üsullarla cərrahi müdaxilələrdə yaxından iştirak edib. Avropa Cərrahlar Cəmiyyətinin, Türkiyə Cərrahi Dərnəyinin üzvü olan Ellada Manafova bir çox ölkələrdə keçirilən elmi konfranslara qatılıb. Hazırda İstanbul NS Klinikasında çalışır. İcra etdiyi prosedurlar: Babasil xəstəliyinin ağrısız, qansız , müxtəlif üsullarla operativ və konservativ müayinəsi; Hamilələrdə hemorodili (babasil) xəstələrin doğuşa qədər idarə olunması; Anal çat; Anal fistul; Anal abseslər; Kandiloma (analgental); Dermoid kist (tük dönməsi) müasir üsullarla cərrahi müalicəsi; Yırtıqların (herni) (qasıq, diofraqmal, göbək) müxtəlif üsullarla müasir cərrahi əməliyyatları (Açıq və qapalı şəkildə); Laparoskopik (qapalı) və açıq öd kisəsi xaric olunması əməliyyatı; Doğuşdan sonra qarın sallanmaları, sinə sallanmalarının plastik cərrahiyəsi; Hər növ cərrahi əməliyyatların açıq və qapalı icra olunması; Poliplərin xaric olunması, Polipektamiya əməliyyatı

Ünvan
İSTANBUL NS KLİNİKASI, Atatürk prospekti 140.Atatürk prospekti 140. Bakı