.

Cahid Rəhimоv

Həkim Haqqında
Həkim-qastroenteroloq, endoskopist. Qida borusu traktının qastroenterolojı və endoskopik diaqnostikası üzrə böyük təcrübəsi var. Həzm orqanların funksional və iltihablı patologiyasının hərtərəfli terapiyasını aparır, antihomotoksik, qomeopatik fitoterapiya metodlarına malikdir. 
Həkim haqqında1993—2015 il - Silahlı Qüvvələrin Baş Klinik Hospitalı, Endoskopiya şöbəsi, həkim-endoskopist;Hal-hazırda – «Turan» Klinikası.
 
Təhsili
Azərbaycan Dövlət Tibbi Universiteti (1977—1983 illər) 
Kurslar
Respublika Klinik xəstəxanasında endoskopiya üzrə kurs (1986 il);Qastroenterologiya üzrə kurs (Ukrayna, Zaporojye şəhəri, 1988 il);Diaqnostik mərkəzdə Endoskopiya üzrə kurs (1993 il); Gülhanə Əsgəri Tibb Akademiyasında Qastroenterologiya və Endoskopiya kursu (Türkiyə, 2001 il).
Prosedurlar
Endoskopik müayinələr:
1. Mədə,  bağırsaq və yoğun bağırsaq qanaxmalarının adrenalin və ya koaqulyasiyan üsulla dayandırılması;
2. Mədə, və yoğun bağırsaqda yad cisimlərin çıxardılması və bezoarların xaric edilməsi;
3. Qida borusu, mədə, yoğun bağırsaqda рolipektomik əməliyyatları;
4. Qida borusunun varikozu zamanı bantların qoyulması;
5. Endoskopik üsulla qastrostomanın qoyulması.
Qeyd: Bütün əməliyyatların videosu diskə çəkilir.